Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 1,34 mq klemastin fumarata ekvivalent miqdarda 1 mq klemastin vardır.
Tavegil polinozun (allergik rinokonyunktivit) və digər allergik rinitlərin, müxtəlif mənşəli övrənin, qaşınmanın, qaşınma ilə müşayiət edilən dermatitin, həşərat dişləməsinin müalicəsində göstərişdir. Tavegil, eləcə də, kəskin və xroniki ekzema, kontakt dermatit və dərman dermatiti zamanı köməkçi preparat qismində göstərişdir.
Preparatın istənilən komponentinə və ya digər analoji antihistamin preparatlara qarşı hiperhəssaslıq. Porfiriyadan əziyyət çəkən pasiyentlərdə Tavegildən istifadə etmək olmaz. 6 yaşa qədər uşaqlarda Tavegilin tablet forması istifadə edilməməlidir.
Hamiləlik Klemastinin hamilə qadınlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olmadığı halda bu dərman vasitəsini hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya Antihistamin dərman vasitələri ana südünə keçə və südəmər körpəyə təsir edə bilər. Ana üçün gözlənilən fayda yenidoğulmuşa olan potensial riskdən üstün olmadığı halda laktasiya dövründə bu dərman vasitəsindən istifadə etmək olmaz.
Başgicəllənmə və ya yuxululuq baş verdikdə, nəqliyyat və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Daxilə (peroral) qəbul üçün nəzərdə tutulub. Tabletlər yeməkdən əvvəl su ilə qəbul edilir. Böyüklər və 12 yaşdan böyük uşaqlar Həkim tərəfindən digər dozalanma rejimi tövsiyə edilmədiyi halda, 1 tablet səhər və axşam qəbul edilir.
24 saat ərzində 6 tabletdən artıq istifadə etmək olmaz. Bir qəbula maksimal birdəfəlik doza 2 tablet təşkil edir. 6-12 yaşlı uşaqlar 1⁄2-1 tablet səhər və axşam təyin edilir. Maksimal istifadə müddəti: həkim məsləhəti olmadan preparatı 14 gündən artıq istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz.