Tetraciklin 3% 15 g Məlhəm
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.TETRASİKLİN 3 %, xaricə istifadə üçün məlhəm
TETRASİKLİN 3 % tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 3,226 q tetrasiklin hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
- yumşaq toxumaların irinli infeksiyaları;
- furunkulyoz;
- infeksiyalaşmış ekzemalar;
- səpgilər, sızanaqlı səpgilər;
- follikulit.
Əks göstərişlər
Hiperhəssaslıq, uşaqlar (yaşı 11-ə qədər).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, yalnız preparatın ana üçün faydası, döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallarda təyin edilə bilər. Lakin, tetrasiklinin ana südünə nüfuz etməsi ehtimalını nəzərə alaraq, uzunmüddətli müalicə tələb olunduğu halda, ana südü ilə qidalanmanın dayandırılması barədə qərar qəbul etmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə, həmçinin yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən fəaliyyət ilə məşğul olmağa təsir göstərmir.
TETRASİKLİN 3 % istifadə qaydası və dozası
Xaricə istifadə olunur. Mələhəmi dərinin zədələnmiş sahələrinə sutkada 1-2 dəfə çəkmək lazımdır (okklüzion sarğının bağlanması mümkündür).