Sevimlilərə əlavə edin
Paylaşın

Tiamina Xlorid 5% 1 ml N10 Amp (B1)

Məhsul Kodu : 111-00061
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
1,99 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

TİAMİN XLORİD – ZDOROVYE, inyeksiya üçün məhlul

TİAMİN XLORİD – ZDOROVYE tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq tiamin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

B1 hipo- və avitaminozu (o cümlədən zond vasitəsi ilə qidalanan, hemodializ proseduraları aparılan, malabsorbsiyadan əziyyət çəkən pasiyentlərdə). Kompleks terapiyanın tərkibində – neyrotrofik dəyişikliklərlə və maddələr mübadiləsi pozğunluqları ilə müşayiət olunan nevritlərin, polinevritlərin, radikulitlərin, nevralgiyaların, periferik parezlərin və ifliclərin, neyropatiyaların (o cümlədən, diabetik, alkoqol), ensefalopatiyaların (o cümlədən Vernike-Korsakov ensefalopatiyasının), nevrasteniyaların, qaraciyərin xroniki zədələnmələrinin, miokardiodistrofiyanın, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin, bağırsaq atoniyasının, endarteriitin, dermatozların (o cümlədən ekzemanın, atopik dermatitin, piodermiyanın, psoriazın, qırmızı yastı dəmrovun) müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq, allergik xəstəliklər, idiosinkraziya, qadınlarda preklimakterik və klimakterik dövrlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparat yalnız, göstərişlərə əsasən tövsiyə olunan dozalarda həkim nəzarəti altında istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sinir sistemində əlavə reaksiyaların inkişaf etmə ehtimalını nəzərə alaraq, müalicə müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

TİAMİN XLORİD – ZDOROVYE istifadə qaydası və dozası

Preparat əzələ daxilinə (əzələyə mümkün qədər dərin) istifadə üçün nəzərdə tutulmuşdur. Böyüklərə – hər gün sutkada 1 dəfə 25-50 mq (0,5-1 ml preparat) təyin edilir. Preparatın yeridilməsinə aşağı (25 mq-dan (0,5 ml-dən) artıq olmayan) dozaların istifadəsindən başlamaq və yalnız, preparat pasiyentlər tərəfindən yaxşı qəbul edildiyi halda, daha yüksək (50 mq (1 ml)) dozaların istifadəsinə keçmək lazımdır. Müalicə kursu 10-30 inyeksiya təşkil edir. Vernike-Korsakov ensefalopatiyası zamanı – preparat, klinik yaxşılaşma qeyd olunana qədər sutkada 2 dəfə 50-100 mq (1-2 ml) dozada istifadə edilir. Preparatdan istifadə etdikdə, pasiyentdə B1 vitamininin yeridilməsinə qarşı allergik reaksiyanın inkişaf etmə ehtimalı nəzərə alınmalıdır. 8 yaşdan yuxarı uşaqlar – hər gün sutkada 1 dəfə 12,5 mq (0,25 ml preparat) təyin edilir. Müalicə kursu 10-30 inyeksiya təşkil edir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00061

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce