Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 dozada 18 mikroqram tiotropiuma ekvivalent 21,7 mikroqram tiotropium bromid anhidrid vardır.
TİO-D, ağızdan inhalyasiya olunur, toz zərrəcikləri şəklində tiotropium bromid kimi qəbul edilir. Tiotropium AXOX olan pasiyentlərdə simptomların aradan qaldırılması üçün dəstəkləyici bronxodilatator kimi göstərişdir. Tiotropium, antixolinergik adlanan, uzun təsirə malik bir bronx genişləndiricidir. Tənəffüs yollarının açılmasını təmin edir və havanın ciyərlərə asan girib-çıxmasını təmin edir.
TİO-D, xroniki obstruktiv ağciyər xəstəliyi (AXOX) olan insanların daha rahat nəfəs alıb vermələrini təmin edir.AXOX, tənəffüs yollarının daralmasına və öskürəyə səbəb olan, uzun müddətli bir ağciyər xəstəliyidir. AXOX uzunmüddətli bir xəstəlik olduğu üçün TİO-D’ni, sadəcə nəfəs alıb – vermədə problemləriniz olanda və ya AXOX-un digər əlamətləri meydana çıxanda deyil, hər gün mütəmadi olaraq istifadə etməlisiniz. TİO-D’in davamlı olaraq istifadəsi eyni zamanda, xəstəliyinizə bağlı olaraq, uzun müddətli təngnəfəslik ortaya çıxan dövrlərdə də yararlı olur. Sizin daha uzun müddətdə aktiv olmanıza yardımcı olur.
Gündəlik TİO-D istifadəsi ayrıca AXOX əlamətləri meydana çixan zaman bir neçə günlük qısamüddətli pisləşmələrinizin (ataklar) də qarşısının alınmasında sizə yardımçı olacaqdır. TİO-D nəfəs yoluyla tətbiq olunduqda bronxlara seçici təsir göstərir. Tiotropiumla nəfəs aldıqdan sonra broxlardakı genişlənmə, əsasən tənəffüs yollarında olan bir təsirdir, sistem təsirə malik deyil. TİO-D orta və ağır AXOX-lu xəstələrdə mütəmadi istifadə edilməklə tutmaların tezliyinin azaldır, xəstəliyin əlamətlərini və həyat keyfiyyətini yaxşılaşdırır.
Bu dərmanın təsiri 24 saatdır, başqa sözlə gündə bir dəfə istifadəsi yetərlidir. Əks-göstərişlər Əgər Tiotropiuma və ya TİO-D’in tərkibindəki hər hansı maddəyə qarşı həssassınızsa, Atropinə və ya ipratropium ya da oksitropium kimi atropinə-bənzər maddələrə qarşı allergiyanız varsa, 18 yaşından aşağı istifadə etmək olmaz.
Hamiləlik Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Həkiminiz xüsusi olaraq tövsiyyə etmədiyi dövrdə bu dərmanı hamiləlik zamanı istifadə etməyin. Müalicə sırasında hamilə olduğunuzu hiss etsəniz həkimə müraciət edin. Həkiminiz xüsusi olaraq tövsiyyə etmədiyi dövrdə bu dərmanı hamiləlik zamanı istifadə etməyin.
Laktasiya Dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Ana üçün preparatdan istifadənin faydası körpənin ana südü ilə qidalanmasından üstün olduğu halda laktasiyanı dayandırmaq lazımdır.
Baş dönməsi, bulanıq görmə və baş ağrısı kimi təsirlərin ortaya çıxması, maşın və nəqliyyatı idarə etmə hallarına təsir edə bilər.
TİO-D preparatı hər gün eyni saatda istifadə etməyə çalışın. TİO-D 24 saat təsirli olduğundan bu əhəmiyyətlidir. Tövsiyə edilən doza, gündə bir dəfə, 1 inhalyasiya dozasının (18 mikrogram tiotropium) ağızdan nəfəs alaraq istifadə etmək lazımdır. (inhalyasiya edilməsidir).
Tövsiyə edilən dozadan artıq istifadə etməyin. İnhalyasiya cihazı ilə nəfəs aldıqda dərman ağciyərlərə çatır. Bu səbəblə, cihazın ağızlığı ilə dərin və güclü nəfəs almanız önəmlidir. TİO-D istifadə edərkən, tozun gözünüzə düşməməsi üçün diqqətli olmalısınız.
Əgər gözünüzə toz düşərsə görməniz bulanıqlaşa bilə, gözlərininz ağrıya bilər və/və ya qızara bilər. Belə olarsa gözlərinizi tez ilıq su ilə yuyun. Daha sonra, başqa nə etməniz haqda həkiminizlə məsləhətləşin. Əgər nəfəs alıb-vermənizin pisləşdiyini hiss etsəniz təcili həkiminizə müraciət edin.
İstifadə təlimatında istifadə qaydası ilə tanış ola biləcəksiniz. İnhalyasion cihazın istifadə təlimatları Karton qutuda təqdim edilən tənəffüs cihazı təhlükəsizlik məqsədi ilə qoruyucu paketdə yerləşdirilmişdir. İnhalyasiya cihazını istifadə etməzdən əvvəl, göstərildiyi kimi paketdən çıxarın. İnhalasyon cihazı, paketdən çıxardığınız zaman bağlı olacaqdır.
İstifadə edilməmiş bir inhalyasiya cihazı içərisində ayrı- ayrı qorunmuş olaraq toz halda 30 və ya 60 dozalıq dərman mövcuddur. Doza göstəricisi, inhalasiya cihazı içində neçə doza dərman qaldığını göstərir. Hər doza tam olaraq ölçülmüş olub gigiyenik şərtlərə uyğun olaraq qorunmaqdadır. Qulluğa və yenidən doldurulmaya ehtiyac yoxdur.
Tənəffüs cihazını istifadə etmək asandır. Dərmanı qəbul etmək üçün aşağıdakı üç addımı edin. 1. Açmaq 2.
İnhalasiya etmək 3. Bağlamaq. TİO-D İnhalyasiya cihazı necə işləyir? Xarıcı qapağı itələmək üçün qırmızı düyməni (uşaq kilidi) basın.
Xarici qapağı itələdikdə cihazın ağız hissəsində kiçik bir çuxur açılır və dərmanın dozası tənəffüs etməyə hazır olur. Tənəffüs cihazı bağlandıqda, xarici qapaq başlanğıc mövqeyinə dönərək növbəti istifadəyə hazır olur. Xarici qapaq, istifadə edilmədikdə inhalasiya cihazını qoruyur. Açmaq İnhalyasiya cihazını açmaq və tənəffüs üçün hazırlamaq üçün qırmızı düyməyə basaraq xarici qapağı çıxartmaq kifayətdir.
İnhalyasiya cihazını elə tutun ki, ağız hissəsi sızə tərəf olsun. İnhalasiya cihazı artıq istifadə üçün hazırdır. Xarici qapağın hər bir açılışında bir doza inhalyasiya üçün hazırdır. Bu doza göstəricisində görülür.
Dərmanı itirməmək üçün xarici qapaq ilə oynamayın. 2. İnhalasiya Dərmanı qəbul etməzdən əvvəl bu bölməni diqqətlə oxuyun. • İnhalyasiya cihazını ağızdan uzaq saxlayın.
Nəfəsinizi mümkün qədər çölə doğru çox verin. Unutmayın - inhalasiya qurğusuna nəfəsinizi boşaltmayın. Dodaqlarınızı ağızlığa qoyun. Uzun və dərindən nəfəs alın - burnunuzdan nəfəs almayın, tənəffüs cihazının içindən nəfəsinizi alın.
• Ağızdan inhaleri çıxarın. • Nəfəsini 10 saniyəyə yaxud bir az daha çox saxlayın. • Yavaş-yavaş tənəffüs edin. 3.
Cihazın bağlanması • Tənəffüs cihazını bağlamaq üçün yalnız xarici qapağı əvvəlki vəziyyətinə qətirməlisiniz. • Tənəffüs cihazı yenidən istifadəyə hazırdır. DİQQƏT! İnhalyasiya cihazını quru saxlayın.
İstifadə edilmədikdə onu bağlayın. Heç vaxt cihazın içinə nəfəs almayın. Dərmanı qəbul etməyə hazır olduğunuz zaman xarici qapağı açın. Təyin olunan dozadan daha çox nəfəsinizə çəkməyin.