Sevimlilərə əlavə edin
Paylaşın

Tobradeks 1/3MG 3.5 g Məlhəm

Məhsul Kodu : 111-00288
İstehsalçı ölkə : Belçika
1 Şərh Şərh
6,68 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Tobradeks, steril göz məlhəmi

Tobradeks tərkibi

Tobradeks tərkibi, 1 q məlhəmin tərkibində 3 mq tobramisin (0,3%), 1 mq deksametazon (0,1%) vardır. Köməkçi maddələr: susuz xlorbutanol, maye parafin, ağ yumşaq parafin.

Tobradeks, istifadəsinə göstərişlər

Tobradeks göz məlhəmi səthi bakterial okulyar infeksiya riski və ya okulyar bakterial infeksiya olduğu zaman, kortikosteroidlər təyin edilən steroid həssas iltihabi okulyar xəstəliklərdə təyin edilir. Okulyar steroidlər palpebral və bulbar konyunktivanın, buynuz qişa və göz almasının ön seqmentinin iltihabi xəstəliklərində, xronik ön üveit və buynuz qişanın zədələnməsi zamanı təyin edilir. İnfeksiya əleyhinə komponentlə preparatın kombinəolunmuş istifadəsi səthi okulyar infeksiya riski yüksək olduqda və ya gözdə bakteriyaların təhlükəli sayda olma ehtimalı olduqda təyin edilir.

Əks göstərişlər

• Preparatın təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq
• Herpes simplex tərəfindən törədilən keratit
• Buynuz qişanın və konyunktivanın inək suçiçəyi (vaccinia), suçiçəyi və digər virus xəstəlikləri
• Göz strukturunun göbələk xəstəlikləri və ya gözün müalicə olunmamış parazitar infeksiyası
• Mikobakterial okulyar infeksiyalar

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda Tobradeks göz məlhəmi ilə əlaqədar adekvat və yaxşı nəzarət edilmiş tədqiqatlar aparılmadığı üçün, preparatla əlaqəli risklər barədə məlumat vermək mümkün deyil. Hamiləlik dövründə kortikosteroidlərin uzunmüddətli və ya təkrar istifadəsi bətndaxili inkişaf geriliyinin artması riski ilə əlaqələndirilmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda deksametazonun terapevtik dozalarda istifadəsi embrio-fetal toksiklik və teratogenlik göstərmişdir. Tobramisinlə müalicədən sonra döldə zərərli təsir müşahidə edilməmişdir. Yerli istifadədən sonra ana südünə keçib-keçmədiyi məlum deyil. Südəmər körpələr üçün risk istisna edilmir. Fertilliyə dair məlumatlar məhduddur, lakin tobramisin siçovullarda mənfi təsir göstərməmişdir.

Tobradeks, istifadə qaydası

Məlhəm gündə 3-4 dəfə konyunktival kisəciyə nazik zolaq şəklində (təxminən 1 sm) çəkilir. Məlhəm və suspenziya birlikdə də istifadə oluna bilər: məlhəm axşam, suspenziya gün ərzində. Böyrək və qaraciyər funksiyasının pozulması zamanı dozaya düzəliş tələb olunmur. 2 yaşdan yuxarı uşaqlarda böyüklər üçün dozada istifadə oluna bilər. Yaşlı xəstələrdə dozaya düzəlişə ehtiyac yoxdur. Preparat yalnız yerli istifadə üçündür. Tubun ucunun gözə toxunmaması və 5 dəqiqəlik fasilə ilə digər preparatların istifadəsi tövsiyə olunur. Məlhəm ən sonda tətbiq edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00288

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce