Sevimlilərə əlavə edin
Paylaşın

Tobreks 3 Mq 5 ml Damla

Məhsul Kodu : 111-00291
İstehsalçı ölkə : Isveçre
1 Şərh Şərh
5,44 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Tobreks, 0,3% steril oftalmoloji məhlul, göz damcısı

Tobreks tərkibi

Tobreks tərkibi, 1 ml məhlulun tərkibində 3 mq tobramisin (3 mq/ml) vardır. Köməkçi maddələr: bor turşusu, susuz natrium sulfat, natrium xlorid, tiloksapol, benzalkonium xlorid, sulfat turşusu və natrium hidroksid, təmizlənmiş su.

Tobreks, istifadəsinə göstərişlər

Tobreks yerli istifadə üçün nəzərdə tutulmuş antibiotik olub, göz və gözün əlavə aparatının tobramisinə həssas olan bakteriyalar tərəfindən törədilən infeksiyalarının müalicəsi zamanı istifadə edilir; əsasən digər antibiotiklərə qarşı rezistent olan, xüsusilə Pseudomonas aeruginosa tərəfindən törədilən infeksiyalar; aşağıdakılarla məhdudlaşmayaraq: bakterial konyunktivit, blefarit, keratokonyunktivit, blefarokonyunktivit, keratit, dakrosistit, ön seqment əməliyyatında cərrahi əməliyyatdan əvvəl və sonra profilaktik tədbir kimi. Tobreksdən istifadə zamanı, bakteriyaların müalicəyə həssaslığının müvafiq müşahidəsi aparılmalıdır.

Əks göstərişlər

Preparatın təsiredici maddələrinə və ya komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Yerli tətbiq olunan okulyar tobramisinin hamilə qadınlarda istifadəsi ilə bağlı məlumat məhdud və ya yox dərəcəsindədir. Hamilə qadınlarda tobramisin venadaxili yeridilmədən sonra plasentadan keçərək dölə nüfuz etmişdir. Tobramisinin bətndaxili ekspozisiya nəticəsində ototoksikliyə səbəb olması ehtimal edilmir. Heyvanlar üzərində aparılmış tədqiqatlarda Tobreks göz damcısının insanlar üçün tövsiyə edilən dozalardan əhəmiyyətli dərəcədə yüksək dozalarının istifadəsi zamanı reproduktiv toksiklik əlamətləri aşkar olunmuşdur (klinik olaraq məhdud əhəmiyyətli). Tobramisinin siçovullarda və ya dovşanlarda teratogenliyə səbəb olması qeyd edilməmişdir. Tobramisin göz damcısı hamiləlik zamanı yalnız mütləq zəruriyyət yarandıqda istifadə edilə bilər. Tobramisin sistem şəkildə istifadədən sonra, insanlarda ana südünə nüfuz edir. Tobramisinin yerli okulyar istifadədən sonra insanlarda ana südünə keçməsi məlum deyil. Yerli istifadədən sonra tobramisinin ana südündə aşkar miqdarda olması və ya körpəyə klinik təsir göstərməsi ehtimal edilmir. Buna baxmayaraq, südəmər uşaqlar üçün risk istisna edilmir. Körpələrin ana südü ilə qidalandırılması və ya müalicənin dayandırılması fayda/risk nisbətinə əsasən qərara alınmalıdır.

Tobreks, istifadə qaydası

Böyüklər və 1 yaşından yuxarı uşaqlar üçün Tobreks 3 mq/ml göz damcısı, məhlul, yüngül və orta dərəcəli infeksiyalarda 7 gün müddətinə, 4 saatlıq müntəzəm intervallarla konyunktival kisəciyə 1-2 damcı təyin edilir. Ağır dərəcəli infeksiyalar zamanı, hər saatdan bir 2 damcı təyin edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda, preparatın dozası azaldıla bilər. Uşaqlarda (1 yaşından yuxarı) böyüklərlə eyni dozada istifadə olunur. 1 yaşından aşağı uşaqlara dair məlumatlar məhduddur. Preparatın təhlükəsizliyi və effektivliyi 2 aydan balaca uşaqlarda müəyyən edilməmişdir. Yaşlı və cavan xəstələr arasında preparatın təhlükəsizliyi və effektivliyinə dair klinik fərq müşahidə edilməmişdir. Böyrək və qaraciyər funksiyası pozulmuş xəstələrdə təhlükəsizlik və effektivlik müəyyən edilməmişdir. Yalnız yerli istifadə üçündür. İstifadə edilmədiyi zaman flakon kip bağlanmalıdır. Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Preparatın istifadəsindən sonra burun-göz yaşı kanalının barmaqla asta basılması və ya göz qapaqlarının yavaş bağlanması tövsiyə edilir. Bu yerli istifadə edilən dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirləri azalda bilər. Birdən artıq oftalmoloji vasitələr təyin edildikdə, hər bir dərman vasitəsi azı 5 dəqiqə fasilə ilə istifadə edilməlidir. Göz məlhəmi ən sonda tətbiq edilməlidir. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00291

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce