Sevimlilərə əlavə edin
Paylaşın

Tornaza Dex 10 ml Damla

Məhsul Kodu : 111-28192
İstehsalçı ölkə : Bolqaristan
0 Şərh Şərh
9,60 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

TORNAZA DEKS, 3 mq +1mq /ml göz damcısı, suspenziya

TORNAZA DEKS tərkibi

Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 3 mq (0,3%) tobramisin, 1 mq deksametazon vardır.

İstifadəsinə göstərişlər

TORNAZA DEX oftalmoloji suspenziya böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda iltihabın profilaktikası və müalicəsi və katarakta əməliyyatı ilə əlaqədar infeksiyanın profilaktikası üçün istifadə edilir.

Əks göstərişlər

• Preparatın aktiv və ya köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq • Herpes simplex tərəfindən törədilən keratit, suçiçəyi vaksinindən sonra, buynuz qişanın və konyunktivanın suçiçəyi və digər virus xəstəlikləri, • Mycobacterium tuberculosis, Mycobacterium leprae or Mycobacterium avium tərəfindən torədilən gözün mikobakterial infeksiyaları • Gözün göbələk xəstəlikləri • Gözün müalicə olunmamış irinli infeksiyası

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda dölə zərərli təsiri barədə hər hansı məlumat mövcud deyil, lakin ehtiyac olmadıqca istifadəsindən çəkinilməlidir və yalnız fayda – risk nisbəti dəyərləndirildikdən sonra dərman istifadəsinə qərar verilməlidir. Laktasiya Məlumatların məhdudluğunu nəzərə alaraq, təsiredici maddənin ana südünə keçmə riski olduğuna görə laktasiya dövründə TORNAZA DEX preparatının istifadəsinin dayandırılması tövsiyə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müvəqqəti olaraq yarana biləcək görmə pozğunluqları avtomobil idarə etmə və ya digər mexanizmlərdən istifadə etməyə təsir edə bilər.

TORNAZA DEKS istifadə qaydası və dozası

Pozologiya Müalicənin müddəti və doza həkim tərəfindən müəyyən edilir. Gündəlik doza 4-6 saatdan bir konyunktival kisəciyə 1-2 damcı damızdırılır. İlk 24-48 saat ərzində, doza hər iki saatda 1-2 damcıya qədər artırıla bilər, klinik əlamətlər yaxşılaşdıqca istifadənin tezliyi yavaş-yavaş azaldılmalıdır. Müalicə vaxtından əvvəl dayandırılmamalıdır.

Profilaktika məqsədilə, əməliyyatdan 1-2 gün əvvəl gözün konyuktival kisəciyinə gündə 4 dəfə 1-2 damcı damızdırılır. Əməliyyatdan sonra, əməliyyatdan sonrakı gündən başlayaraq, 24 günə qədər, gündə dörd dəfə 1 damcı damızdırılır. Gözdaxili təzyiqin monitorinqi zəruridir. Pediatrik populyasiya TORNAZA DEX göz damcısı, suspenziya 2 yaşdan yuxarı uşaqlarda böyüklərdəki dozada istifadə edilə bilər.

Təhlükəsizlik və effektivliyinə dair mövcud məlumat yoxdur. İstifadə qaydası Reseptə əsasən istifadə olunan dərman vasitəsidir. Yalnız yerli istifadə üçündür. Başqa oftalmoloji vasitələrlə birlikdə istifadə edildikdə, aralarındakı fasilə 10 dəqiqədən az olmamalıdır.

Damcıladarkən düzgün gigiyena qaydalarına riayət etmək və flakonun yuxarı hissəsini göz qapaqlarına və ətrafa toxundurmamaq vacibdir. Utilizasiya Xüsusi tələblər yoxdur. İstifadə edilməmiş hər hansı bir dərman məhsulu və ya tullantı materialı yerli tələblərə uyğun olaraq atılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28192

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce