Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TOTEMA 10ML N20 AMP

Məhsul Kodu : 111-05667
İstehsalçı ölkə: Fransa
13,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TOTEMA, daxilə qəbul etmək üçün məhlul

TOTEMA tərkibi

Təsiredici maddə: 1 ampulda (10 ml) bəsit dəmirə müvafiq miqdarda 50,00 mq dəmir qlükonat dihidrat, bəsit manqana müvafiq miqdarda 1,33 mq manqan qlükonat, bəsit misə müvafiq miqdarda 0,70 mq mis qlükonat vardır.

İstifadəsinə göstərişlər

- Böyüklərdə və 3 aylıqdan yuxarı uşaqlarda dəmir çatışmazlığı nəticəsində baş verən anemiyanın müalicəsi; - risk qruplarında dəmir çatışmazlığının profilaktikası: hamiləlik dövründə, dəmir çatışmazlığından əziyyət çəkən anaların dünyaya gətirdiyi uşaqlarda, qan donorlarında.

Əks göstərişlər

- Dəmir çatışmazlığı ilə əlaqədar olmayan anemiyalar; - hemoxromatoz, hemosideroz; - talassemiya; - mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə mərhələsində; - qurğuşun intoksikasiyası; - preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; - 3 aylığa qədər uşaqlar; - mis və ya manqan intoksikasiyası, Vilson-Konovalov xəstəliyi; - saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Preparatın hamilə qadına, dölə və ya yenidoğulmuş körpəyə heç bir mənfi təsiri aşkar edilməyib, bu səbəbdən preparatı hamiləlik dövründə istifadə etmək olar. Laktasiya dövrü Preparatın ana südünə nüfuz etməsi barədə heç bir məlumat olmadığı üçün, laktasiya dövründə preparatdan istifadə etdikdə, ana südü ilə qidalanmadan çəkinmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsiri yoxdur.

TOTEMA istifadə qaydası və dozası

Daxilə, qida qəbulundan əvvəl istifadə olunur. Ampulun möhtəviyyatını sadə və ya şirinləşdirilmiş suda həll etmək lazımdır. İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır. Ampulun ucunu təhlükəsiz qırmaq üçün, punktir xəttlə qutudan karton parçası qoparmaq və onu ikiqat qatlamaq lazımdır.

Ampulu, şəkildə göstərildiyi kimi, hər iki tərəfdən sıxaraq sındırmaq və ampulun möhtəviyyatını stəkana boşaltmaq lazımdır. Dozalar Sutkalıq dozanı bir neçə dəfəlik qəbula bölüb qəbul etmək və ya birdəfəyə istifadə etmək lazımdır. Preparatın sutkalıq dozası dəmir çatışmazlığının dərəcəsindən asılıdır (sutkalıq dozaların cədvəlinə bax). Böyüklərdə və 3 aylıqdan yuxarı uşaqlarda dəmir çatışmazlığı anemiyalarının profilaktikası və müalicəsi üçün Totema ® preparatının sutkalıq dozaları Yaş Risk qruplarında DÇA-nın profilaktikası DÇA-nın müalicəsi Totema® preparatının dozası (1 ampulda 10 ml preparat = 50 mq dəmir qlükonat) 3 aydan 1 yaşa qədər uşaqlar Körpənin bədən kütləsinin hər kq-na 3 mq hesabı ilə 1-5 yaşlı uşaqlar Uşağın bədən kütləsinin hər kqna 3 mq hesabı ilə Sutkada 50 mq (1 ampul) 6-12 yaşlı uşaqlar Sutkada 50 mq (1 ampul) Sutkada 100 mq (2 ampul) Yaşı 12-dən yuxarı uşaqlar və böyüklər, o cümlədən qan donorları Sutkada 50 mq (1 ampul) Yüngül dərəcədə sutkada 100 mq (2 ampul) Orta dərəcədə sutkada 150 mq (3 ampul) Ağır dərəcədə sutkada 200 mq (4 ampul) Hamilə qadınlar (II-ci trimestrdən başlayaraq); uşaq əmizdirən analar Sutkada 50 mq (1 ampul) Yüngül dərəcədə sutkada 100 mq (2 ampul) Orta dərəcədə sutkada 150 mq (3 ampul) Ağır dərəcədə sutkada 200 mq (4 ampul) İstifadə müddəti Uşaqlarda və böyüklərdə preparatın istifadə müddəti fərdi təyin olunur.

Müalicənin gedişində vaxtaşırı qanda hemoqlobinin, ferritinin, zərdab dəmirinin miqdarını təyin etmək tövsiyə olunur. Ağırlıq dərəcəsindən asılı olaraq, uşaqlarda və böyüklərdə DÇA-nın müalicə kursunun müddəti 6 aya qədər təşkil edə bilər. Hamilələ qadınlarda DŞA-nın müalicəsini hemoqlobin səviyyəsi normalaşana qədər aparmaq lazımdır. Dəmir çatışmazlığının profilaktikasının müddəti, o cümlədən risk qruplarında 1-2 ay təşkil edə bilər (“İstifadəsinə göstərişlər” bölməsinə bax).

Prepared by  T-Soft E-Commerce.