TRİKORTİN, 1000 əzələdaxili inyeksiya üçün məhlul
Trikortin tərkibi
Təsiredici maddə: 1 ampulda 12 mq donuz beyin qabığının fosfolipidləri, 1000 mkq siankobalamin vardır. Köməkçi maddələr: lidokain xlorid, iki əsaslı natrium fosfat, bir əsaslı natrium fosfat, P-hidroksibenzoat turşusunun mürəkkəb efiri, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Asteno-nevrotik sindromlu xəstələrdə müalicəyə əlavə vasitə kimi.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq. 18 yaşa qədər olan uşaqlar və yeniyetmələr.
Hamiləliк və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparat yalnız həkim nəzarəti altında tətbiq oluna bilər.
Trikortin istifadə qaydası, dozası
Həkimin göstərişi üzrə sutkada 1 dəfə 2ml əzələdaxili yeridilir.