Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Vigadeksa 5/1 mq 5 ml damla

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14507
İstehsalçı ölkə: Braziliya
14,14 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİQADEKSA, steril oftalmoloji məhlul, göz damcısı

VİQADEKSA tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq moksifloksasin (5,45 mq moksifloksasin hidroxloridə müvafiq), 1,0 mq deksametazon fosfata (1,10 mq deksametazon natrium fosfata müvafiq) vardır.

İstifadəsinə göstərişlər

Viqadeksa steril göz damcısı preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyalarının müalicəsi və həmçinin əməliyyatdan sonrakı iltihab və bakterial infeksiyanın profilaktikası məqsədilə istifadə edilir.

Əks göstərişlər

Təsiredici maddəyə, köməkçi maddələrə və ya digər xinolonlora qarşı hiperhəssaslıq; Herpes simplex tərəfindən törədilən keratit; Buynuz qişa və ya konyunktivanın vaksinasiyası (inək çiçəyinə qarşı), suçiçəyi və digər virus infeksiyaları; Göz strukturunun göbələk xəstəlikləri və ya müalicə olunmamış parazitar göz infeksiyaları; Mikobakterial göz infeksiyaları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Viqadeksa dərman vasitəsinin istifadəsi ilə əlaqəli risklər barədə məlumat verəcək adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik zamanı uzunmüddətli və ya təkrar sistem kortikosteroidlərin istifadəsi bətndaxili inkişafın ləngiməsi riskinin artması ilə əlaqələndirilmişdir. Hamiləlik dövründə əhəmiyyətli dozalarda kortikosteroidlər qəbul edən anaların körpələri doğuşdan sonra hipoadrenalizm əlamətlərinə görə diqqətlə müşahidə olunmalıdırlar. Heyvanlar üzərində deksametazonla aparılan tədqiqatlarda embrio-fetal toksiklik və teratogenlik müşahidə edilmişdir. AUC əyrisinə əsasən moksifloksasinin insanlar üçün tövsiyə olunan maksimal oftalmik dozadan (MROHD) 30 dəfə yüksək dozalarda orqanogenez dövründə siçovullara və meymunlara peroral, dovşanlara isə venadaxili yeridilməsi zamanı analarda və ya döldə əlavə təsir yaranmamışdır. Viqdakesa hamiləlik dövründə yalnız potensial fayda döl üçün potensial riskdən yüksək olduğu zaman istifadə edilə bilər. Moksifloksasin və ya deksametazonun yerli istifadədən sonra insanlarda ana südünə keçməsi məlum deyil. Süd verən siçovullar üzərində aparılan tədqiqatlarda moksifloksasinin peroral istifadədən sonra südə keçməsi qeyd edilmişdir. Moksifloksasin və deksametazonun ana südündə aşkarlanması və ya körpəyə klinik təsir ehtimallarının olmamasına baxmayaraq, südəmər körpələr üçün risk istisna edilmir. Südəmər körpələrdə və analarda fayda/risk nisbəti dəyərləndirilərək, preparatla müalicənin və ya ana südü ilə qidalandırmanın dayandırlımasına qərar verilməlidir. Viqadeksanın insanlarda və ya heyvanlarda fertilliyə təsiri barədə məlumat yoxdur. Moksifloksasin və ya deksametazonun kişi və ya qadın fertilliyinə təsir etməsi barədə klinik məlumatlar məhduddur. Deksametazonun istifadəsi ilə heyvanlar üzərində standart fertillik tədqiqatları aparılmamışdır. Moksifloksasin siçovullarda fertilliyə təsir etmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetməyə təsir edə bilər. Preparatın istifadəsindən sonra görmədə bulanıqlıq yaranarsa, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləmək lazımdır.

VİQADEKSA istifadə qaydası və dozası

Cərrahi əməliyyatdan sonrakı infeksiya və iltihabın profilaktikası üçün

• Əməliyyatdan 1 gün əvvəl başlayaraq və sonrakı 15 gün ərzində əməliyyat olunan gözə gündə 4 dəfə 1 damcı.

• Katarakta əməliyyatı keçirmiş xəstələrdə preparat əməliyyatdan sonra dərhal istifadə edilir.

• LASIK üsulu ilə refraktiv əməliyyat keçirmiş xəstələrdə, məhlul əməliyyatdan sonrakı 15 dəqiqə ərzində istifadə edilməlidir. Bu preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyaları: 7 gün ərzində gündə 4 dəfə 1 damcı. Ayrı-ayrı qrup xəstələrdə dozalanma Qaraciyər və böyrək funksiyasının pozulması Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə preparat tədqiq edilməmişdir. Uşaqlarda istifadəsi (18 yaşdan aşağı) Klinik tədqiqatlarda preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur; spesifik tövsiyələr yoxdur. Yaşlı xəstələr (65 yaş və yuxarı) 65 yaşdan yuxarı xəstələrdə Viqadeksanın istifadəsinə dair mövcud məlumatlar məhdud saydadır. Lakin bu yaş qrupuna dair xəstələrdə dozaya düzəlişlərin edilməsini tələb edən dəlillər mövcud deyil. İstifadə qaydası Yalnız okulyar istifadə üçündür. Kontaminasiyaya yol verməmək üçün, flakonun ucluğunu hər hansı bir səthə toxundurmaq olmaz. Damcıtökənin ucluğunu həmçinin gözə də toxundurmaq olmaz, belə ki, bu gözü zədələyə bilər.

Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Birdən artıq yerli oftalmoloji vasitə istifadə edildiyi zaman, dərman preparatları araslnda ən azı 5 dəqiqə fasilə olmalıdır. Məlhəm ən sonda istifadə edilir. Preparatın damcıladılmasından sonra gözün daxili bucağının və ya göz qapaqlarının ehtiyatla bağlanması tövsiyə olunur. Bu, yerli istifadə olunan dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirlərin də azalmasına kömək edə bilər.

Prepared by  T-Soft E-Commerce.