Sevimlilərə əlavə edin
Paylaşın

Vigamox 5MG 5 ml Damla

Məhsul Kodu : 111-00038
İstehsalçı ölkə : Isveçre
1 Şərh Şərh
12,25 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

VİQAMOKS, 5 mq/ml göz damcısı, məhlul

VİQAMOKS tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5,45 mq moksifloksasin hidroxlorid (5 mq moksifloksasinə ekvivalentdir) vardır. Hər göz damcısının tərkibi 190 mikroqram moksifloksasindən ibarətdir.

İstifadəsinə göstərişlər

Moksifloksasinə həssas ştammlar tərəfindən törədilmiş irinli konyunktivitin yerli müalicəsi. Antibakterial vasitələrin münasib istifadəsi üzrə rəsmi təlimatlara diqqət etmək lazımdır.

Əks göstərişlər

Təsiredici maddəyə, köməkçi maddələrə və ya digər xinolonlara qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınların VİQAMOKS göz damcısı məhlulundan istifadə etməsi barədə müvafiq məlumat yoxdur. Bununla belə, moksifloksasinin sistem ekspozisiyası cüzi olduğu üçün, hamiləliyə təsiri ehtimal edilmir. Dərman preparatı hamiləlik dövründə istifadə edilə bilər. Moksifloksasinin/metabolitlərinin ana südünə keçməsi məlum deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar, moksifloksasinin per os qəbulundan sonra ana südündə aşağı səviyyədə aşkar olunmasını əks etdirmişdir. Lakin, VİQAMOKS göz damcısı məhlulunun terapevtik

dozasının südəmər uşağa təsiri ehtimal edilmir. Dərman preparatı laktasiya dövründə istifadə edilə bilər. Reproduktiv dövr VİQAMOKS dərman vasitəsinin okulyar istifadədə reproduktiv qabiliyyətə təsirini müəyyən edəcək araşdırmalar aparılmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələri və digər mexanizmlərin idarə olunmasına VİQAMOKS-un təsiri cüzi və yox səviyyədədir. İstənilən göz damcılarında olduğu kimi, görmə qabiliyyətinin müvəqqəti bulanıqlığı və ya görmə ilə bağlı digər narahatlıqlar nəqliyyat vasitələrini və digər potensial təhlükəsi mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər. Preparatdan istifadə zamanı görmədə bulanıqlıq yaranarsa, xəstə nəqliyyatı və ya digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləməlidir.

VİQAMOKS istifadə qaydası və dozası

Okulyar istifadə Yalnız okulyar istifadə üçündür. İnyeksiya şəklində istifadə olunmamalıdır. VİQAMOKS gözün selikli qişasının altına inyeksiya ilə və ya birbaşa göz almacığının qabaq kamerasına yeridilməməlidir. Böyüklərdə və yaşlı xəstələrdə (>65 yaş) Gündə 3 dəfə zədələnmiş gözə 1 damcı. Adətən yaxşılaşma 5 gün ərzində baş verir, lakin müalicə əlavə olaraq 2-3 gün də davam etdirilməlidir. Əgər müalicə başladıqdan sonra 5 gün ərzində yaxşılaşma müşahidə edilməzsə, diaqnoz və/və ya müalicə üsulu yenidən nəzərdən keçirilməlidir. Müalicənin müddəti xəstəliyin kəskinlyindən və infeksiyanın klinik, bakterioloji gedişindən asılıdır. Pediatrik xəstələr Dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər və böyrək çatışmazlığı zamanı istifadəsi Dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Damcıtökənin ucluğunun və məhlulun çirklənməsinin qarşısını almaq üçün flakonun damcıtökəni ilə göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxunmaq olmaz. Burnun selikli qişası vasitəsilə, xüsusilə də yeni doğulmuş körpələrdə və uşaqlarda damcının sorulmasının qarşısını almaq məqsədilə, damcını tökdükdən sonra 2-3 dəqiqə ərzində burun- göz yaşı kanalını barmaqla bağlı saxlamaq lazımdır. Əgər eyni zamanda bir neçə yerli oftalmoloji preparat istifadə edilirsə, onlar arasında ən azı 5 dəqiqə fasilə olmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00038

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce