Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq tiamin nitrat (B 1 vitamini), 1 mq riboflavin (B2 vitamini), 4 mq piridoksin hidroxlorid (B6 vitamini), 50 mq nikotinamid (vitamin PP) vardır.
B (B1,B2,B6) qrup vitaminlərinin və nikotinamidin çatışmazlığı hallarında.
Preparatın komponentlərindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq). Yüksək qan təzyiqi (arterial hipertenziya) II-III mərhələdə. 6 yaşdan aşağı uşaqlar. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Vitamin B kompleksini qəbul edərkən aşağıdakı hallarda xüsusən diqqətli olmalısınız Bədxassəli şiş və ya qaraciyər xəstəlikləri, xora, qastrit və podaqra xəstəliklərində.
Vitamin B kompleksinin tərkibində olan B 2 vitamininin təsirindən sidik qırmızı rəngdə ola bilər. Uzun müddət yüksək dozada piridoksin q əbul etdikdə (gündəlik 100 mq -dan çox) periferik neyropatiyanın inkişafı mümkündür. Bəzi tərkib hissələri barədə vacib məlumat Preparatın tərkibinə daxil olan buğda nişastası çox az miqdarda olduğu üç ün seliakiyalı xəstələr üçün risk daşımır, əgər pasientdə seliakiya xəstəliyi varsa. Bir tabletin tərkibinə 3,3 mikroqramdan çox olmayan qlüten daxildir.
Əgər pasiyentdə buğdaya qarşı allergiya var sa (seliakiyadan fərqli) ona preparatın qəbulu məsləhət görülmür. Tablet örtüyünün tərkibində olan “günəş qürubu” sarısı (E110) boyası allergik reaksiyalara səbəb ola bilər.
Bu preparat hamiləlik zamanı həkiminizin təyin etdiyi dozada istifadə oluna bilər. Laktasiya dövründ ə vitamin B kompleksi istifad ə olunmur. Preparatın qə bulu vacib olduqda ana südü il ə qidalandırmanı dayandırmaq məsləhət görülür.
Təyin edilmiş dozalarda istifad ə olunduqda Vitamin B kompleksi nəqliyyat vasit ələrini v ə digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Preparat daxilə, kifayət miqdarda su ilə qəbul edilməlidir. Böyuklər: gündə 2-3 dəfə 1-2 tablet. 6 yaşdan yuxarı olan uşaqlar: gündə 1-2 tablet.