Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır.
Zaridineks gözün ön şöbəsinin infeksion mənşəli iltihabı, bakterial konyunktivit və buynuz qişanın infeksiyalaşmış xorası, blefarit, tarsit (göz qapağı qığırdağının iltihabı) və itdirsəyinin müalicəsində istifadə olunur.
Aşağıda göstərilmiş vəziyyətlərdə Zaridineksin istifadəsi əks göstərişdir: - dərman vasitəsinin tərkibinə daxil olan ofloksasinə və yaxud hər hansı digər xinolonlara qarşı yüksək həssaslıq - 1 yaşa qədər uşaqlar - hamiləlik və laktasiya dövrü və yaxud hamiləliyi güman edilən qadınlar.
Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Zaridineksin hamilə qadınlarda istifadəsi tövsiyə olunmur. Əgər müalicə zamanı hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminizlə məsləhətləşin. Laktasiya dövrü Zaridineksin laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Göz damcılarının instillyasiyası zamanı görmə aydınlığının müvəqqəti azalması baş verə bilər. Görmə qabiliyyəti tam bərpa edilənədək yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyətlə məşğul olmaq məsləhət görülmür. İstifadə və dozalanma qaydası Zaridineks yalnız həkimin təyinatına əsasən tətbiq olunur. Hər hansı qeyri-müəyyənlik olarsa, bu barədə həkiminizlə məsləhətləşin.
İlk 2 gün ərzində adi doza zədələnmiş gözə 2-4 saatdan bir 1 və yaxud 2 damcı, sonra isə gündə 4 dəfə 1-2 damcı təşkil edir. Əgər müalicə on gündən artıq təşkil edərsə, bu zaman həkiminizlə məsləhətləşin. Zaridineksin istifadəsindən əvvəl kontakt linzalar çıxarılmalıdır. Dərman vasitəsinin istifadə edilməsindən 15 dəqiqə sonra kontakt linzalar təkrar taxıla bilər.
İstifadə qaydası Göz damçısını istifadə etməzdən əvvəl əllər yuyulmalıdır. 1. Başınızı arxaya əyərək, yuxarı baxın. 2.
Alt göz qapağını astaca aşağıya doğru aralayaraq kiçik cib yaradılmalıdır. 3. Flakonun dibini yuxarı qaldıraraq sıxmaqla bir və yaxud iki damcı müalicə olunan gözə damızdırılır. 4.
Aşağı göz qapağını buraxaraq, 30 saniyə müddətində gözlərinizi bağlı saxlayın. Əgər damcı gözdən kənara düşərsə, proseduru təkrar edin. Damcıtökənin ucluğunun gözlə və yaxud digər yerlərlə təmasda olasına yol verilməməlidir. İstifadədən dərhal sonra flakonun qapağını bağlayın.
Göz damcısının lazım olan qaydada istifadə edilməsi vacibdir. Əgər hər hansı sualınız yaranarsa, həkiminizə və yaxud əczacınızla məsləhətləşin. Müxtəlif qrup xəstələrdə istifadəsinə dair məlumat Uşaqlarda istifadəsi Bu dərman vasitəsinin 1 yaşdan aşağı olan uşaqlarda istifadə edilməməlidir. Yaşlı şəxslərdə istifadəsi Yaşlı xəstələr və digər qrupda istifadə olunmasına dair müqayisəli məlumatlar mövcud deyil.
Xüsusi qrup xəstələrdə istifadəsinə dair məlumat Böyrək və qaraciyər çatışmazlığı Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə yerli oftalmoloji istifadəsi barədə məlumatlar mövcud deyildir. Əgər Zaridineksin istifadəsi fonunda dərman vasitəsinin təsirinin çox güclü və yaxud çox zəif olmasını hiss edərsinizsə, həkiminizə və ya əczaçınıza müraciət edin. Əgər Zaridineksi istifadə etməyi unutmusunuzsa Əgər siz dərman maddəsinin növbəti dozasını qəbul etməyi unutmusunuzsa, təcili olaraq preparatı qəbul edin. Əgər növbəti qəbul vaxtı yaxınlaşırsa, buraxılmış dozanı qəbul etməyin.
Dərmanın qəbulunu həkimin göstərişlərinə uyğun olaraq davam edin. Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza istifadə etməyin. Zaridineklə müalicəni dayandırdıqda meydana çıxan təsirlər Zaridinekslə müalicədən sonra arzuolunmaz təsirlərin baş verməsi gözlənilmir.