Sevimlilərə əlavə edin
Paylaşın

AKTOVEGIN 40MG 5ML N5 AMP (TAKEDA)

Məhsul Kodu : 111-02057
İstehsalçı ölkə : Avstriya
Reseptlə satılır
0 Şərh Şərh
21,38 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

AKTOVEGİN, inyeksiya üçün məhlul

AKTOVEGİN tərkibi

AKTOVEGİN tərkibi, 1 ampulda 80 mq, 200 mq və ya 400 mq Aktovegin konsentrat (buzovların qanının deproteinləşdirilmiş hemoderivatı) vardır

Aktovegin, istifadəsinə göstərişlər

Kompleks müalicənin tərkibində: insultdan sonrakı koqnitiv pozulmalar və demensiya daxil olmaqla koqnitiv pozulmaların simptomatik müalicəsi. Periferik qan dövranının pozulmalarının və onların fəsadlarının simptomatik müalicəsi. Diabetik polineyropatiyanın simptomatik müalicəsi.

Əks göstərişlər

Aktovegin preparatına və bənzər preparatlara və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq. Dekompensə olunmuş ürək çatışmazlığı, ağciyər ödemi, oliquriya, anuriya, orqanizmdə mayenin ləngiməsi. 18 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Aktovegin yalnız onun döl və ya uşaq üçün terapevtik faydası potensial riskdən üstün olduğu hallarda istifadə oluna bilər.

İstifadə qaydası və dozası

Klinik təzahürlərin ağırlıq dərəcəsindən asılı olaraq əvvəl hər gün 10-20 ml preparat venadaxili və ya arteriya daxilinə yeridilir; sonra isə venadaxili və ya əzələdaxili ləng, hər gün və ya həftədə bir neçə dəfə 5 ml yeridilir. İnfuziya şəklində yeridilməsi üçün 10-50 ml preparat 200-300 ml əsas məhlula (natrium xlorid izotonik məhlulu və ya 5% qlükoza məhlulu) əlavə edilir. İnfuziya sürəti təxminən 2 ml/dəq təşkil edir. Əzələdaxili inyeksiyalar üçün 5 ml-ə qədər preparat istifadə edilir, məhlul hipertonik olduğu üçün preparat ləng yeridilməlidir. Postinsult koqnitiv pozulmalar: 5-7-ci gündən başlayaraq, gündə 2000 mq venadaxili damcı üsulu ilə 20 infuziyaya qədər, sonra isə 2 tabletdən gündə 3 dəfə (1200 mq/gün), müalicənin ümumi müddəti 6 ay təşkil edir. Demensiya: gündə 2000 mq venadaxili damcı üsulu ilə 4 həftə. Periferik qan dövranının pozulmaları: gündə 800-2000 mq arteriya daxilinə və ya venadaxilə damcı üsulu ilə, müddəti 4 həftəyə qədər. Diabetik polineyropatiya: gündə 2000 mq vendaxili damcı üsulu ilə 20 infuziya, sonra isə 3 tabletdən gündə 3 dəfə (1800 mq/gün), müalicə müddəti – 4-5 ay.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02057

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce