Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ambroksol 15 mq 5 ml sirop

Məhsul Kodu : 111-02564
İstehsalçı ölkə: Türkiye
2,90 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMBROKSOL, şərbət

Ambroksol tərkibi

Təsiredici maddə:  5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr:propilenqlikol, metilparaben (E 218), propilparaben (E 216), etanol 96%,  sorbit (E 420), moruq aromatizatoru, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Bronxial sekresiyanın və bəlğəmin xaric olmasının azalması ilə əlaqədar kəskin və xroniki bronx-ağciyər xəstəliklər zamanı sekrolitik terapiya.

Əks göstərişlər:

 Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qıcolma sindromu, preparatın köməkçi maddələrinə qarşı dözümsüzlük, nadir irsi hallar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Ambroksol hidroxlorid plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan tədqiqatlarda ambroksol hidroxloridin hamiləliyin gedişatına, embrionun/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı zərərli təsiri aşkar edilməyib. Klinik tədqiqatlarda preparatın hamiləliyin 28-ci həftəsindən sonra istifadəsi, dölə heç bir mənfi təsirini aşkar etməmişdir. Lakin hamiləlik dövründə preparatın istifadəsi üzrə adi ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Xüsusilə hamiləliyin I trimestrində ambroksol istifadə etmək məsləhət görülmür. Ambroksol anа südünə keçir, bu səbəbdən laktasiya dövründə istifadəsi tövsiyə edilmir.  

Ambroksol istifadə qaydası, dozası

 Ambroksol dərman vasitəsinin dozalanmasına dair həkimin digər təyinatı olmazsa, 15 mq/5 ml şərbət aşağıdakı kimi dozalanır: 2 yaşa qədər uşaqlar: sutkada 2 dəfə (sutkada 15 mq ambroksol hidroxloridə ekvivalent) 2,5 ml (1/2 çay qaşığı) təyin edilir. 2-6 yaşlı uşaqlar: sutkada 3 dəfə (sutkada 22,5 mq ambroksol hidroxloridə ekvivalent) 2,5 ml (1/2 çay qaşığı) təyin edilir. 6-12 yaşlı uşaqlar: sutkada 2-3 dəfə (sutkada 30-45 mq ambroksol hidroxloridə ekvivalent) 5 ml (1 çay qaşığı) təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: ilk 2-3 gün ərzində doza sutkada 3 dəfə (sutkada 90 mq ambroksol hidroxloridə ekvivalent) 10 ml (2 çay qaşığı), sonra sutkada 2 dəfə (sutkada 60 mq ambroksol hidroxloridə ekvivalent) 10 ml (2 çay qaşığı) təşkil edir. Ehtiyac olduqda, böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda dozanın 20 ml sutkada 2 dəfə (sutkada 120 mq ambroksol hidroxloridə ekvivalent) artırılması ilə terapevtik effekt gücləndirilə bilər. 15 mq/ml Ambroksol şərbətini qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. 15 mq/ml Ambroksol şərbətinin dozasını qutuya qablaşdırılmış ölçülü qaşığın köməyilə ölçmək olar. İstifadə müddətinə nisbətdə məhdudiyyət yoxdur, lakin uzun müddətli terapiyanı həkim nəzarəti altında aparmaq lazımdır. 15 mq/ml Ambroksol şərbətini həkim məsləhəti olmadan 4-5 gündən artıq istifadə etmək olmaz. 15 mq/ml Ambroksol şərbətini şəkərli diabetli pasiyentlərdə istifadə etmək olar; 5 ml məhlulun tərkibində 2,0 karbohidrat vardır. 

Prepared by  T-Soft E-Commerce.