Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 600 mq asetilsistein vardır.
Asetilo həddindən artıq qatı bəlğəmin çıxarılması və azalması üçün, ağciyər xəstəlikləri zamanı bəlğəmin çıxarılmasını asanlaşdırmaq üçün isti fadə olunur. Bundan başqa parasetamolun yüksək dozalarının qəbuluna bağlı olaraq meydana çıxan qaraciyər çatışmazlığının profilaktikası üçün istifadə olunur.
Aşağıdakı hallarda Asetilonun istifadəsi əks göstərişdir: Asetilsisteinə və ya tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. 2 yaşa qədər uşaqlara həkim nəzarəti olmadan vermək olmaz.
Ümumi tövsiyə Hamiləlik kateqoriyası: B. Doğuş potensialı olan qadınlar/Kontrasepsiya Xüsusi ehtiyat tədbirləri tələb olunmur. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar da hamiləliyə, embrion/dölün inkişafına, doğuş və ya postnatal inkişafa birbaşa və ya dolayı zərərli təsir halları müşahidə ed ilməmişdir. Bununla belə, hamiləlik dövründə insanlarda asetilsisteinin istifadəsi ilə bağlı kifayət qədər məlumat olmadığından, hamiləlik dövründə asetilsisteinin istifadəsi nə fayda-risk qiymətləndirilməsindən sonra qərar verilməlidir.
Hamilə qadınlara təyin edərkən ehtiyatlı olmaq lazımdır. Laktasiya Asetilsisteinin ana südünə keçib -keçməməsinə dair məlumat yoxdur. Buna görə də xəstə üçün gözlənilən fayda uşaq üçün riskdən yüksək olduğu hallar istisna olmaqla, laktasiya dövründə Asetilodan istifadə edilməməlidir. Reproduktivlik/Fertillik Xüsusi ehtiyat tədbirləri tələb olunmur.
Asetilo 600 mq fışıldayan tabletlər nəqliyyat vasitəsini və digər po tensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Dozalanma/istifadə tezliyi və müddəti Başqa cür tövsiyə edilmədikdə, Asetilo 600 mq fışıldayan tablet üçün dozalanma aşağıdakı kimidir: Mukolitik istifadə Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələrdə: 1 fışıldayan tablet gündə 1 və ya 2 dəfə (gündə 600 mq-1200 mq asetilsistein). 14 yaşdan kiçik uşaqlarda dozanı tənzimləmək üçün Asetilo 200 mq fışıldayan tabletdən istifadə etmək tövsiyə olunur. 6-14 yaş arası uşaqlarda: gündə 400 mq asetilsistein. 2 - 5 yaş arası uşaqlarda: gündə 200-300 mq asetilsistein.
Parasetamol ilə zəhərlənmə zamanı istifadə Yükləmə dozası 140 mq/kq, dəstəkləyici dozası 4 saatdan bir 70 mq/kq təşkil edir (cəmi 17 doza). İstifadə tezliyi və müddəti Asetilo həkim tərəfindən başqa cür tövsiyə olunmadıqda 4-5 gündən artıq istifadə edilməməlidir. İstifadə qaydası Asetilo bir stəkan suda həll edil ərək və yeməkdən sonra qəbul edilir. Bəlğəmgətirici effekti maye qəbulu ilə güclənir.
Xəstə ürəkbulanma səbəbindən dərman qəbul edə bilmədiyi halda, Asetilo nazoqastrik zondla verilə bilər. Xüsusi xəstə qrupları ilə bağlı əlavə məlumat Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə asetilsisteinin təhlükəsizliyi və effektivliyi araşdırılmamışdır. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld -Pyu C sinfi) asetilsisteinin orta yarımxaricolma müddəti yüksəlir, klirens isə azalır. Pediatriyada 14 yaşdan kiçik uşaqlar Gündə 400 mq asetilsistein tövsiyə olunur.
Asetilsistein 2 yaşdan kiçik uşaqlarda həkim nəzarəti altında istifadə edilməlidir. Asetilsistein yalnız həyati göstəricilər və ciddi tibbi müşahidə altında körpələrə və 1 yaşa qədər uşaqlara verilə bilər. Yaşlılarda Yaşlı xəstələrdə asetilsisteinin təhlükəsizliyi və effektivliyi araşdırılmamışdır.