Bitib
Stokda olanda mənə xəbər verin.Örtüklü tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq xlorpromazin hidroxlorid vardır. Köməkçi maddələr: kalsium hidrofosfat, mikrokristallik sellüloza, kartof nişastası, susuz kolloi- dal silisium dioksid, kalsium stearat, stearin turşusu, makroqol 4000, talk, hipromelloza, titan dioksid (E 171), günəş qürubu sarısı boya maddəsi FCF ( 110).
İstifadəsinə göstərişlər:
Böyüklər. Xroniki paranoid və hallüsinator-paranoid vəziyyətlər, şizofreniya zamanı psixomotor oyanıqlıq vəziyyətləri (hallüsinator-sayıqlama, gebefrenik, katatonik sindromlar), alkoqol psixoz, maniakal-depressiv psixoz zamanı maniakal oyanıqlıq, epilepsiya zamanı psixi pozğunluqlar, presenil psixozdan, maniakal-depressiv psixozdan əziyyət çəkən pasiyenlərdə ajitasiyalı depressiya və həmçinin, oyanıqlıq və gərginliklə müşayiət olunan digər xəstəliklər; əzələ tonusunun yüksəlməsi ilə müşayiət olunan nevroloji xəstəliklər; Menyer xəstəliyi, qusma, şişəleyhinə preparatlarla müalicə zamanı və şüa müalicəsi aparıldıqda baş verən qusmanın müalicəsi və profilaktikası; davamlı hıçqırma; qaşınan dermatozlar; aşağıdakı hallarda kompleks müalicənin tərkibində: davamlı ağrı, o cümlədən, kauzalgiyalar (analgetiklərlə birlikdə), davamlı xarakter daşıyan yuxu pozğunluqları (yuxugətirici preparatlarla və trankvilizatorlarla birlikdə). Uşaqlar. Şizofreniya, autizm.
Əks göstərişlər:
Xlorpromazinə və preparatın tərkibində olan digər komponentlərə qarşı yüksək həssaslıq; qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları (sirroz, hepatit, hemolitik sarılıq) və/və ya böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları (nefrit, kəskin pielit, böyrəklərin amiloidozu), qanyaradıcı orqanları funksiyalarının ağır dərəcəli pozğunluqları; baş beyinin və onurğa beyninin proqressivləşən sistem xəstəlikləri (ləng neyroinfeksiyalar, məsələn, dağınıq skleroz); mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin kəskinləşmə mərhələsi; miksödema; ağır dərəcəli ürəkdamar xəstəlikləri (dekompensasiya olunmuş ürək çatışmazlığı və ürək qüsurları, şiddətli miokardiodistrofiya, ağır dərəcəli arterial hipotenziya, revmokarditin gecikmiş mərhələləri); tromboemboliya; bronxoektaziya xəstəliyinin gecikmiş mərhələsi; qapalı-bucaqlı qlaukoma; prostat vəzinin hiperplaziyası nəticəsində sidik ifrazının ləngiməsi; insult, kəllə-beyin travmasının kəskin dövrü; öd daşı və böyrək daşı xəstəlikləri; kəskin infeksion xəstəliklər; mərkəzi sinir sisteminin (MSS) şiddətli tormozlanması, komatoz vəziyyət, beyin travmaları, eyni zamanda barbituratların, alkoqolun, narkotiklərin istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə preparatın istifadəsi tövsiyə olunmur. Hamiləlik dövründə preparatın istifadəsi üçün mütləq zərurət yarandıqda, müalicə müddətini məhdudlaşdırmaq, hamiləliyin III trimestrinin sonunda isə preparatın dozasını mümkün qədər aşağı salmaq lazımdır. Xlorpromazin doğuş müddətini uzadır. Hamilə qadınlar Aminazin preparatını yüksək dozalarda istifadə etdikdə, yenidoğulmuşlarda bəzən, preparatın atropinəbənzər təsiri ilə əlaqəli həzm pozğunluğu və ekstrapiramid simptom qeyd olunmuşdur. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Aminazin və onun metabolitləri plasentar baryerdən keçir və ana südünə nüfuz edir.
Preparatı daxilə, yeməkdən sonra təyin etmək lazımdır. Göstərişlərdən və pasiyentin vəziyyətindən asılı olaraq, preparatın dozalarını, istifadə tezliyini və müalicə sxemlərini həkim fərdi qaydada müəyyən edir. Dozaları minimal dozadan başlayaraq, artırmaq yolu ilə seçmək lazımdır. Müalicənin davametmə müddəti 3 həftədən 2-4 aya qədər və daha çoxdur. Böyüklər üçün başlanğıc doza, sutkada 2-3 dəfəlik qəbula bölünmüş, 25-75 mq təşkil edir. Sonralar dozanı, 3-4 dəfəlik qəbula bölünmüş, adətən 75-300 mq təşkil edən effektiv dəstəkləyici sutkalıq dozaya qədər tədricən artırmaq olar, lakin, bəzi pasiyentlərə 1 q sutkalıq doza tələb oluna bilər. Yaşlı pasiyentlərdə, qaraciyər və ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə preparatın dozasını 2-3 dəfə aşağı salmaq lazımdır. Davamlı hıçqırma. Böyüklərə sutkada 3-4 dəfə 25-50 mq dozada təyin etmək lazımdır. 5 yaşdan yuxarı uşaqlara böyüklər üçün müəyyən olunan dozanın ⅓ - ½ -ni təyin etmək lazımdır; maksimal sutkalıq doza, bir neçə dəfə qəbula bölünmüş 75 mq təşkil edir. Uşaqlar. 5 yaşdan yuxarı uşaqlarda autizmin, şizofreniyanın müalicəsi üçün istifadə olunur.