Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 və ya 25 mq amitriptilin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, povidon (polivinilpirrolidon), silisium dioksid, maqnezium stearat. Amitriptilin Qrindeks 10 mq: mavi opadri II 85F20753 boya maddəsi (polivinil spirti, titan dioksid (E 171), makroqol PEG 3000, talk, indiqokarmin (E 132), Ponso 4 R (E 124), xinolin sarısı (E 104)), karnaub mumu. Amitriptilin Qrindeks 25 mq: sarı opadri II 85F22450 boya maddəsi (polivinil spirti, makroqol PEG 3000, xinolin sarısı (E 104), talk, titan dioksid (E 171), “günəş qürubu” sarısı (E 110), indiqokarmin (E 132)), karnaub mumu.
İstifadəsinə göstərişlər:
Amitriptilin Qrindeks tabletləri aşağıdakı hallarda istifadə edilir: ➢ Böyüklərdə ağır depressiv epizodların müalicəsi; ➢ Böyüklərdə neyropatik ağrının müalicəsi; ➢ Böyüklərdə xroniki gərginlik tipli baş ağrısının profilaktikası (chronic tension type headache, XGBA); ➢ Böyüklərdə miqrenin profilaktik müalicəsi; ➢ Üzvi patologiya olmadıqda, 6 yaşdan yuxarı uşaqlarda gecə enurezinin müalicəsi, o cümlədən, spina bifida və onunla əlaqədar pozulmalar; spazmolitik preparatlar və vazopressinlə əlaqədar olan preparatlar daxil olmaqla, dərman istifadəsilə və onların istifadəsi olmadan bütün digər müalicə növlərinə reaksiya olmadıqda və istisna olduqda. Bu preparat, yalnız daimi enurezə nəzarət bilgisi olan tibb işçisi tərəfindən təyin edilə bilər.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Yaxınlarda keçirilmiş miokard infarktı. İstənilən növ blokada və ya ürək ritminin pozulması, eləcə də, koronar arteriyaların çatışmazlığı. MAO inhibitorları ilə(monoaminoksidaza inhibitorları) eyni vaxtda tətbiqi əks göstərişdir. Amitriptilinlə MAO inhibitorlarının eyni vaxtda təyin edilməsi serotonin sindromunun (oyanıqlıq, çaşqınlıq, tremor, mioklonus və hipertermiya daxil olmaqla, simptomların uyuşması mümkündür) inkişafına səbəb ola bilər. Amitriptilinlə müalicəyə MAO-nun geri dönməyən qeyri-selektiv inhibitorlarının qəbulu dayandırıldıqdan 14 gün sonra və geri dönən təsirə malik moklobemid preparatının qəbulundan ən azı 1 sutka keçdikdən sonra başlamaq olar. MAO inhibitorlarının istifadəsinə amitriptilinin qəbulu dayandırıldıqdan 14 gün sonra başlamaq olar. Qaraciyərin ağır xəstəlikləri. Porfiriya 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Pasiyent hamiləlik, laktasiya zamanı və ya hamiləlik planlaşdırdıqda, bu preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Həkim fayda/risk nisbətini diqqətlə qiymətləndirdikdən sonra preparatın qəbulunun vacib olduğunu vacib hesab etdiyi haldan başqa hamiləlik dövründə amitriptilinin istifadəsi əks göstərişdir. Hamiləliyin sonunda preparatın istifadə edilməsi zamanı yenidoğulmuşlarda, qıcıqlanma, hipertoniya, tremor, qeyri-müntəzəm tənəffüs, udqunmanın çətinləşməsi, yüksək səslə ağlamaq, sidiyin ləngiməsi və qəbizlik kimi antixolinergik simptomlar yarana bilər. Amitriptilin və onun metabolitləri ana südünə keçir. Ana südü ilə qidalanan körpələrdə risk istisna edilə bilməz. Həkim pasiyent və uşaq üçün fayda/risk nisbətini qiymətləndirdikdən sonra ana südü ilə qidalandırmanın başlanması/davam etdirilməsi/dayandırılması barədə qərar verməlidir.
Amitriptilin Qrindeks istifadə qaydası, dozası
Preparatı həmişə həkim təyin etdiyi qaydada istifadə etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə müraciət etmək lazımdır. Dərmanların bütün dozalanma sxemi istənilən farmasevtik forma/dozalanma köməyilə realizə olunmur. Başlanğıc doza və sonradan dozanın artırılması üçün müvafiq dərman formasını/dozalanmanı seçmək lazımdır. Ağır depressiv epizodlar Böyüklər Məsləhət görülən doza sutkada 2 dəfə 25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən iki qəbula bölməklə, 150 mq-a qədər artıra bilər. 65 yaşdan yuxarı yaşlı şəxslər və ürək-damar xəstəlikləri olan pasiyentlər Başlanğıc doza sutkada 10-25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən iki qəbula bölməklə, 100 mq-a qədər artıra bilər. Pasiyent sutkada 100-150 mq doza qəbul etdiyi halda, həkimin xəstənin vəziyyətini tez-tez qiymətləndirilməsinin tələb edilməsi mümkündür. Uşaqlar və yeniyetmələr Depressiyanı müalicə etmək məqsədilə bu dərman vasitəsini uşaqlara və yeniyetmələrə vermək olmaz. Neyropatik ağrı, xroniki gərginlik baş ağrısının müalicəsinin profilaktikası və miqrenin müalicəsinin profilaktikası Həkim dozanı pasiyentin simptomlarına və müalicəyə qarşı reaksiyasına müvafiq seçməlidir. Böyüklər Məsləhət görülən başlanğıc doza axşam 10-25 mq-dır. Məsləhət görülən gündəlik doza 25-75 mq-dır. Pasiyentin dərman vasitəsinə reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra bilər. Alınan doza sutkada 1000 mq-ı aşdıqda, həkimin pasiyentin vəziyyətini tez-tez qiymətləndirilməsinin tələb olunması mümkündür. Həkim, dozanı sutkada 1 dəfə və ya 2 qəbula bölmək barədə göstəriş verməlidir. 65 yaşdan yuxarı yaşlı şəxslər və ürək-damar xəstəlikləri olan pasiyentlər Məsləhət görülən başlanğıc doza axşam 10-25 mq-dır. Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq, həkim dozanı tədricən artıra bilər. Alınan doza sutkada 75 mq-ı aşdıqda, həkimin pasiyenti müayinə etməsinin tələb olunması mümkündür. Uşaqlar və yeniyetmələr Bu dərman vasitəsini uşaqlarda və yeniyetmələrdə neyropatik ağrının, xroniki gərginlik baş ağrısının müalicəsinin profilaktikası və miqrenin müalicəsinin profilaktikasında istifadə etmək olmaz. Gecə enurezi Uşaqlarda məsləhət görülən doza: 6 yaşa qədər: “Əks göstərişlər” bölməsinə bax; 6-10 yaşlı uşaqlar: sutkada 10-20 mq. Bu yaş qrupunda daha uyğun dərman formasından istifadə etmək lazımdır; 11 yaşdan yuxarı uşaqlar: sutkada 25-50 mq. Dozanı tədricən artırmaq lazımdır. Preparatı yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək lazımdır. Müalicəyə başlamazdan əvvəl həkim ürəkdöyünmənin dəyişməsi əlamətlərini yoxlamaq üçün pasiyentin ürəyini EKQ etməlidir. Həkimlə müzakirə etmədən müalicəni dayandırmaq olmaz. Xüsusi riskli pasiyentlər Qaraciyər xəstəlikləri olan və ya “ləng metabolizatorlar” adlandırılan şəxslər, adətən preparatın daha kiçik dozasını qəbul edirlər. Yeridilmə üsulu Tabletlər daxilə qəbul üçün nəzərədə tutulub. Tabletlər su ilə udulur. Müalicənin müddəti Həkimlə məsləhətləşmədən preparatın dozasını dəyişdirmək və müalicəni dayandırmaq olmaz. Ağır depressiv epizodlar Depressiyanın müalicəsi üçün istifadə edilən digər dərman vasitələri kimi pasiyent hər hansı yaxşılaşma hiss edənə qədər bir neçə həftə tələb oluna bilər. Depressiyanın müalicəsi zamanı müalicənin müddəti fərdidir, adətən 6 aydır. Müalicənin müddəti həkim tərəfindən müəyyən edilir. Dərman vasitəsini həkim tövsiyə etdiyi qədər qəbul etmək lazımdır. Əsas xəstəlik uzun müddət ərzində saxlana bilər. Pasiyent müalicəni tez dayandırdığı halda onun simptomları qayıda bilər. Neyropatik ağrı, xroniki gərginlik baş ağrısının müalicənin profilaktikası və miqrenin müalicəsinin profilaktikası Pasiyentin sağlamlığının hər hansı yaxşılaşması üçün bir neçə həftə tələb oluna bilər. Pasiyent müalicənin müddəti barədə həkimlə məsləhətləşməli və həkim tövsiyə etdiyi qaydada istifadəsini davam etdirməlidir. Gecə enurezi 3 aylıq kurs istifadəsindən sonra müalicənin davam etdirilməsinə həkim verməlidir.