Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 mq-lıq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq aripiprazol vardır. 10 mq-lıq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq aripiprazol vardır. 15mq-lıq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq aripiprazol vardır. 30 mq-lıq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq aripiprazol vardır.
Təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək
həssaslıq.
Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik
Hazırda aripiprazolun hamilə qadınlarda istifadəsinə dair adekvat nəzarətolunan və tələblərə cavab verən tədqiqat nəticələri yoxdur. Anadangəlmə anomaliyalar barədə məlumat verilmiş, lakin
onların aripiprazolla səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlar inkişafa münasibətdə potensial toksikliyin olmasını istisna etməyə imkan vermir. İnsanlarda təhlükəsizliyə dair kifayət qədər məlumatın olmaması ilə
əlaqədar olaraq, həmçinin ehtiyat tədbiri kimi, heyvanlar üzərində aparılan reproduktiv toksiklik
tədqiqatlarının nəticələrinə əsaslanaraq, gözlənilən faydanın döl üçün potensial riski aşkar
üstələdiyi hallar istisna olmaqla, bu dərman preparatı hamiləlik dövründə istifadə edilməməlidir.
Hamiləliyin üçüncü trimestri müddətində antipsixotik preparatların (aripiprazol daxil ol-maqla)
təsirinə məruz qalan yenidoğulmuşlar doğuşdan sonra ekstrapiramid pozğunluqlar və/və ya
müxtəlif dərəcəli ifadəliliyə və davametmə müddətinə malik ləğvetmə simptomları daxil olmaqla,
arzuolunmaz reaksiyaların inkişaf riski altında olurlar. Həyəcan, tonusun yük-səlməsi və ya aşağı
düşməsi, tremor, yuxululuq, tənəffüs pozğunluqları və ya qidalanmanın pozğunluqları barədə
məlumatlar daxil olmuşdur. Bu səbəbdən, yenidoğulmuşları ciddi müşahidə etmək lazımdır.
Laktasiya
Aripiprazol ana südü ilə xaric olur. Ona görə də aripiprazolla müalicə dövründə ana südü ilə
qidalandırma dayandırılmalıdır.
Aribit preparatını həkimin tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır.
Nəyəsə şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır.
Dozalar
Вöyüklər
Şizofreniya: Aribit preparatının tövsiyə olunan başlanğıc dozası gündə 10 və ya 15mq təşkil edir;
dəstəkləyici doza – qida qəbulundan asılı olmayaraq, gündə 1 dəfə 15 mq/gün.
Aribit gündə 10mq-dan 30 mq-a qədər doza diapazonunda effektivdir. preparatın 15 mq/gün-dən
yuxarı dozaları ilə müalicə zamanı effektivliyin yüksəlməsi müşahidə edilməmişdir, lakin, bəzi
pasiyentlər üçün daha yüksək dozaların istifadəsi faydalı ola bilər. Maksimal gündəlik doza 30
mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozğunluq zamanı maniakal epizodlar: monoterapiya kimi və ya digər preparatlarla
kombinasiyada Aribit preparatının tövsiyə olunan başlanğıc dozası qida qəbulundan asılı
olmayaraq, gündə 1 dəfə 15 mq/gün təşkil edir. Bəzi pasiyentlər üçün daha yüksək dozaların
istifadəsi faydalı ola bilər. Maksimal gündəlik doza 30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozğunluq zamanı maniakal epizodların residivinin profilaktikası: maniakal
epizodların residivinin profilaktikası üçün monoterapiya şəklində və ya digər preparatlarla
kombinasiyada aripiprazol alan pasiyentlərdə müalicə, doza dəyişdirilmədən davam etdiril
məlidir. Gündəli dozaya düzəliş edilməsi, o cümlədən onun azaldılması klinik vəziyyətə əsasən
həyata keçirilməlidir.
Xüsusi pasiyent qrupları
Uşaqlar
15 və yuxarı yaşlı yeniyetmələrdə şizofreniya: Aribit preparatının tövsiyə olunan başlanğıc dozası
qida qəbulundan asılı olmayaraq, gündə 1 dəfə 10 mq/gün təşkil edir. Müalicəni 2 mq doza ilə
başlamaq lazımdır (aripiprazolun əczaçılıq bazarında olan daxilə qəbul üçün məhlul dərman
forması şəklində, 1 mq/ml istifadə etməklə); 2 gün sonra isə dozanı 5 mq-a qədər qaldırmaqla,
tövsiyə olunan 10 mq gündəlik dozaya qədər yüksəltmək lazımdır. Dozanın sonrakı yüksəldilməsi
lazım gələrsə, onu 5 mq-lıq addımlarla 30 mq maksimal gündəlik dozadan artıq olmamaqla,
artırmaq lazımdır.
Aribit gündə 10mq-dan 30 mq-a qədər doza diapazonunda effektivdir. Preparatın 10 mq/gün-dən
yuxarı dozaları ilə müalicə zamanı effektivliyin yüksəlməsi müşahidə edilməmişdir, lakin, bəzi
pasiyentlər üçün daha yüksək dozaların istifadəsi faydalı ola bilər.
Aribit preparatının 15 yaşdan aşağı şizofreniyalı pasiyentlərdə istifadəsi tövsiyə edilmir, belə ki,
bu yaşda pasiyentlərdə onun istifadəsinin təhlükəsizliyinə və effektivliyinə dair kifayət qədər
məlumat yoxdur.
13 və yuxarı yaşlı yeniyetmələrdə I tip bipolyar pozğunluq zamanı maniakal epizodlar: Aribit
preparatının tövsiyə olunan dozası qida qəbulundan asılı olmayaraq, gündə 1 dəfə 10 mq/gün
təşkil edir. Müalicəni 2 mq doza ilə başlamaq lazımdır (aripiprazolun əczaçılıq bazarında olan
daxilə qəbul üçün məhlul dərman forması şəklində, 1 mq/ml istifadə etməklə); iki gündən sonra
dozanı 5 mq-a qədər, 2 gün sonra isə dozanı tövsiyə olunan 10 mq gündəlik dozaya qədər
yüksəltmək lazımdır. Müalicə müddəti simptomlara nəzarət etmə əldə olunana qədər lazım olan
minimal müddət olmalı və 12 həftədən artıq olmamalıdır. 10 mq/gün-dən yüksək dozalarda
preparatla müalicə zamanı effektivliyin yüksəlməsi müşahidə edilməmişdir, preparatın 30 mq
gündəlik dozada istifadəsi isə ekstrapiramid simptomlarla (EPS) bağlı hallar, yuxululuq,
yorğunluq və bədən kütləsinin artması daxil olmaqla, mühüm əlavə təsirlərin tezliyinin
əhəmiyyətli dərəcədə artması ilə bağlı olmuşdur . Ona görə
də 10 mq/gün-dən artıq dozalar ciddi klinik müşahidə altında yalnız müstəsna hallarda istifadə
edilməlidir .
Cavan yaşlı pasiyentlər aripiprazolla bağlı arzuolunmaz təsirlərin inkişafının yüksək riskinə məruz qalır. Вununla əlaqədar olaraq, Aribit ptreparatının 13 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə
olunmur.
Autistik pozğunluqlarla bağlı oyanıqlıq: aripiprazolun 18 yaşdan aşağı uşaqlarda istifadəsinin
təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Bu vaxta qədər alınmış məlumatlar
dozalanma rejiminə dair tövsiyələr hazırlamağa imkan vermir.
Тurem sindromu ilə bağlı tiklər: 6 yaşdan 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə
aripiprazolun istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Bu vaxta qədər
alınmış məlumatlar dozalanma rejiminə dair tövsiyələr hazırlamağa imkan vermir.
Qaraciyərin funksional pozğunluğu: qaraciyərin yüngül və orta dərəcəli funksional poz-ğunluğu
olan pasiyentlər üçün dozaya düzəliş edilməsi tələb olunmur. Qaraciyərin ağır funk-sional
pozğunluğu olan pasiyentlərə gəlincə, preparatın istifadəsinə tövsiyələr verilməsi üçün kifayət
qədər məlumat yoxdur. Bu kateqoriya pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir.
Qaraciyərin ağır funksional pozğunluğu olan pasiyentlərdə preparatın 30 mq naksimal gündəlik
dozada istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Böyrəklərin funksional pozğunluğu: böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur.
Ahıl yaşlı pasiyentlər: aripiprazolun 65 və daha yuxarı yaşda olan pasiyentlərdə şizofre-niyanın və I tip bipolyar pozğunluğun müalicəsi üçün istifadəsinin effektivliyi müəyyən edilməmişdir.
Əhalinin bu qrupu üçün xas olan yüksək həssaslıqla əlaqədar olaraq, müvafiq klinik faktorların
olması halında daha aşağı başlanğıc dozanın istifadə edilməsinin mümkünlüyü nəzərdən
keçirilməlidir.
Cins: kişilərlə müqayisədə qadın cinsli pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur.
Siqaretçəkmə: aripiprazolun metabolizm yoluna əsasən siqaret çəkən pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur .
Qarşılıqlı təsirlərlə bağlı dozaya düzəliş edilməsi: CYP3A4-ün və ya CYP2D6-nın güclü
inhibitorları ilə birlikdə istifadə zamanı aripiprazolun dozasını azaltmaq lazımdır. CYP3A4 və ya
CYP2D6-nın kombinəolunmuş müalicənin tərkibində istifadə olunan inhibitorunun ləğv edilməsi
zamanı aripiprazolun dozasını artırmaq lazımdır
CYP3A4-ün güclü induktoru ilə birlikdə istifadə zamanı aripiprazolun dozasını yüksəltmək
lazımdır. CYP3A4-ün kombinəolunmuş müalicənin tərkibində istifadə olunan induktorunun ləğv
edilməsi zamanı aripiprazolun dozasını tövsiyə olunan dozaya qədər azaltmaq lazımdır
İstifadə qaydası
Aribit tabletləri daxilə qəbul edilir.
Aribit tabletlərini udmaqda çətinlik çəkən pasiyentlərdə alternativ kimi, alipiprazolun əczaçılıq
bazarında mövcud olan sorma üçün tablet dərman formasından və ya daxilə qəbul üçün məhlul
dərman formasından istifadə edilə bilər.
Müalicə müddəti
Yalnız pasiyentin özünü yaxşı hiss etməsinə görə Aribit preparatı ilə müalicə kursunu
dayandırmaq tövsiyə edilmir. Arbit preparatını həkimin təyin etdiyi müddət ərzində qəbul etmək
lazımdır. Əgər preparatdan istifadə zamanı pasiyentə elə gələrsə ki, preparatın təsiri həddindən artıq güclüdür və ya zəifdir, o, həkimə müraciət etməlidir.