Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Arlevert 40 mq/ 20 mq N20 tablet

Məhsul Kodu : 111-28337
İstehsalçı ölkə: Almaniya
13,64 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Arlevert, 20 mq/40 mq tabletlər

Arlevert tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 20 mq sinnarizin, 40 mq dimenhidrinat vardır.

Əks göstərişlər 

Aşağıdakı hallarda Arlevert preparatını qəbul etməyin:  
− əgər Sizdə sinnarizin, dimenhidrinat və ya difenhidraminə və ya bu dərmanın tərkibindəki digər maddələrə (tərkibi bölməsində sadalanmışdır) qarşı allergiya vardırsa 
− əgər Sizdə hər hansı digər histaminəleyhinə vasitələrə (məsələn, allergiyaya qarşı dərmanlar qismində istifadə edilən astemizol, xlorfeniramin və terfenadin) qarşı allergiya vardırsa. Həkim təyinatı olmadan bu dərmanı qəbul etməməlisiniz. 
− əgər Siz qapalı-bucaqlı qlaukomadan (göz xəstəliyinin xüsusi bir növü) əziyyət çəkirsinizsə 
− əgər Sizdə epilepsiya vardırsa 
− əgər Sizdə yüksək kəllədaxili təzyiq vardırsa (məsələn, şiş səbəbindən) 
− əgər Siz alkoqol asılılığından əziyyət çəkirsinizsə 
− əgər Sizdə sidik ifrazının çətinləşməsinə səbəb olan prostat vəzi problemləri vardırsa 
− əgər Siz qaraciyər və ya böyrək çatışmazlığından əziyyət çəkirsinizsə.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Əgər hamiləsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa, hamilə ola biləcəyinizi düşünürsünüzsə və yaxud hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləlik zamanı dərmanın qəbulu tövsiyə olunmur. Laktasiya dövründə istifadə olunmamalıdır.

İstifadə qaydası və dozası 

Bu dərmanı hər zaman həkiminizin və ya əczaçınızın təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda, həkiminiz və ya əczaçınızla dəqiqləşdirin. 
Tövsiyə olunan doza gündə üç dəfə bir tabletdir, yeməkdən sonra müəyyən miqdarda maye ilə qəbul edilir. Tabletləri çeynəməyin, bütöv şəkildə udun. 
Arlevert preparatı bir qayda olaraq, 4 həftəyədək müddətdə qəbul edilir. Arlevert preparatını bir müddət daha qəbul etmək lazım gələrsə, həkiminiz bunu Sizə bildirəcəkdir. 
Böyrək funksiyasının pozulması: 
Yüngül və ya orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə Arlevert ehtiyatla istifadə edilməlidir. 
Kreatinin klirensi ≤ 25 ml/dəq olan xəstələrdə (ağır böyrək çatışmazlığı) Arlevert istifadə edilməməlidir. 
Qaraciyər funksiyasının pozulması: 
Qaraciyər çatışmazlığı olan xəstələrdə heç bir tədqiqat aparılmamışdır. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə Arlevert istifadə edilməməlidir. 
Uşaqlarda və yeniyetmələrdə istifadəsi 
Uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə Arlevert preparatının təhlükəsizliyinə və effektivliyinə dair kifayət qədər təcrübə yoxdur. Bu səbəbdən də, preparat uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadə edilməməlidir. 
Arlevert preparatının qida, içkilər və alkoqolla birlikdə qəbulu 
Arlevert preparatı həzmin pozulmasına səbəb ola bilər, tabletləri yeməkdən sonra qəbul etməklə bunu azaltmaq mümkündür. Arlevert preparatını qəbul etdiyiniz müddətdə alkoqollu içkilər qəbul etməyin, belə ki, bu halda Sizdə yorğunluq və ya yuxululuq meydana çıxa bilər. 
Arlevert preparatını qəbul etməyi unutmusunuzsa 
Əgər Arlevert preparatının tabletini qəbul etməyi unutmusunuzsa, bu tabletin qəbulunu ötürün. Arlevert preparatının növbəti tabletini öz vaxtında qəbul edin. Unudulmuş tableti kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. 
Arlevert preparatının qəbulunu dayandırmısınızsa 
Həkiminiz məsləhət görmədən Arlevert preparatının qəbulunu dayandırmayın. Müalicəni çox erkən 
dayandırdığınız halda Sizdə başgicəllənmə və "fırlanma hissi" simptomları yenidən meydana çıxa bilər. 
Bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız varsa, həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin.  

Prepared by  T-Soft E-Commerce.