Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 24 mq betahistin dihidroxlorid vardır. Köməkçi maddələr:mannitol (E421) (75,0 mq), mikrokristallik sellüloza, poliplasdon XL, limon turşusu monohidrat, kolloidal silisium dioksid, talk, stearin turşusu.
İstifadəsinə göstərişlər:
Aşağıdakı üç əsas simptomla təyin olunan Menyer sindromunda: başgicəllənmə (ürəkbulanma/qusma ilə müşayiət olunur) eşitmənin itməsi (eşitmənin pozulması) qulaqlarda cingilti Vestibulyar başgicəllənmənin müalicəsi üçün göstərişdir.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Feoxromositoma.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Ümumi tövsiyə Hamiləlik kateqoriyası B-dir. Doğuş potensialı olan qadınlar/Doğuşa nəzarət (Kontrasepsiya) Hər hansı məlumat yoxdur. Hamiləlik dövrü Hamilə qadınlarda betahistinin istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar betahistinin hamiləliyə, embronal inkişafa/ dölün inkişafına, doğuşa və postnatal inkişafa təsirini qiymətləndirmək üçün kifayət deyildir. İnsanlar içün potensial riski məlum deyil. Betahistin, mütləq zərurət olmazsa, hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya dövrü Betahistinin insan südünə keçib-keçməməsi məlum deyil. Betahistinin ana südünə keçməsinə dair heyvanlar üzərində tədqiqat aparılmamışdır. Dərmanın ana üçün faydası, ana südü ilə qidalandırmanın uşaq üçün faydası və potensial riskləri qiymətləndirilməlidir. Reproduktiv qabiliyyət /Fertillik Reproduktiv qabiliyyətə/fertilliyə təsiri məlum deyil.
Doza/istifadə tezliyi və müddəti Böyüklər üçün gündəlik doza 48 mq təşkil edir. Bu doza bölünərək istifadə olunmalıdır (gündə 2 dəfə 1 tablet).