Sevimlilərə əlavə edin
Paylaşın

Bifrends N20 kapsul

Məhsul Kodu : 111-24541
İstehsalçı ölkə : Ukrayna
Reseptlə satılır
0 Şərh Şərh
11,57 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Bifren DS, kapsullar

Bifren DS tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq fenibut vardır.

İstifadəsinə göstərişlər

Astenik və həyəcanlı-nevrotik vəziyyətlər (emosional qeyri-stabillik, yaddaş pozğunluqları, diqqət konsentrasiyasının aşağı düşməsi), narahatlıq, qorxu, həyəcan, sayrışan hallar nevrozu; uşaqlarda – kəkələmə, enurez, tiklər; yaşlı şəxslərdə – yuxusuzluq, gecə narahatlığı. Əməliyyatlardan və ağrı ilə müşayiət olunan diaqnostik müayinələrdən əvvəl stress vəziyyətlərinin profilaktikası. Abstinent sindromu zamanı alkogolizmin müalicəsində köməkçi vasitə kimi təyin olunur. Bundan əlavə, preparat Menyer xəstəliyində, vestibulyar aparatın disfunksiyası ilə əlaqəli olan başgicəllənmələrdə, dəniz və təyyarə xəstəliyinin profilaktikası məqsədi ilə istifadə olunur.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Kəskin böyrək çatışmazlığı. 11 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə Bifren DS preparatının istifadəsi əks göstərişdir, belə ki, bu dövrlərdə preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatla müalicə dövründə yuxululuq, başgicəllənmə və ya sinir sistemində baş verən digər əlavə təsirlər yaranan pasiyentlər, nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etməkdən çəkinməlidirlər.

Bifren DS istifadə qaydası və dozası

Preparatı qida qəbulundan əvvəl, su ilə birlikdə daxilə istifadə etmək lazımdır. Astenik və həyəcanlı-nevrotik vəziyyətlərdə böyüklərə – sutkada 3 dəfə 250-500 mq dozada təyin etmək lazımdır. Birdəfəlik yüksək dozaları: böyüklər üçün – 750 mq, ahıl yaşlı pasiyentlər üçün – 500 mq. Müalicə kursu 2-3 həftə təşkil edir.

Zərurət yarandığı halda, müalicə kursunu 4-6 həftəyə qədər uzatmaq mümkündür. 11 yaşdan yuxarı uşaqlara – sutkada 3 dəfə 250 mq dozada. 14 yaşdan yuxarı uşaqlara – böyüklər üçün müəyyən edilən dozalar təyin olunur. Vestibulyar aparatın infeksiya mənşəli disfunksiyası (otogen labirintit) zamanı başgicəllənmənin aradan qaldırılması və Menyer xəstəliyinin kəskinləşməsi dövrü: Bifren DS preparatını 5 -7 gün müddətində sutkada 3 dəfə 750 mq, vestibulyar pozğunluq təzahürləri aşağı düşdükdən sonra 5-7 gün müddətində sutkada 3 dəfə 250 -500 mq və daha sonra 5 gü n müddətində sutkada 1 dəfə 250 mq dozada təyin etmək lazımdır.

Xəstəliyin nisbətən yüngül gedişi qeyd olunduğu halda, Bifren DS preparatını 5-7 gün müddətində sutkada 2 dəfə 250 mq dozada və daha sonra, 7-10 gün müddətində sutkada 1 dəfə 250 mq dozada təyin etmək lazımdır. Vestibulyar aparatın damar və ya travmatik mənşəli disfunksiyası zamanı başgicəllənmənin aradan qaldırılması üçün – Bifren DS preparatını 12 gün müddətində sutkada 3 dəfə 250 mq dozada təyin etmək lazımdır. Dəniz və təyyarə xəstəliyinin profilaktikası məqsədi ilə preparatı 1 dəfə 250 -500 mq dozada yola çıxmazdan 1 saat əvvəl və ya ilk simptomlar meydana çıxdığı halda, təyin etmək lazımdır. Preparatın dozasını artırdıqda, Bifren DS preparatının təsiri güclənir.

Şiddətli təzahürlər (qusma, ürəkbulanma) qeyd olunduqda, preparatın hətta 750 -1000 mq dozalarda təyin edilməsi belə, az effektivdir. Alkoqolizmin müalicəsi zamanı abstinent sindromun aradan qaldırılması üçün: müalicənin ilk günlərində Bifren DS preparatını sutkanın günorta vaxtlarında 3 dəfə 250-500 mq və gecə 750 mq dozalarda təyin etmək və gələcəkdə sutkalıq dozanı tədricən böyüklər üçün müəyyən edilmiş adi dozaya qədər aşağı salmaq lazımdır. Preparatın 1 və ya bir neçə dozasının istifadəsi ötürüldüyü halda, onun istifadəsini əvvəlcədən təyin edilən dozalarda davam etdirmək lazımdır. Zərurət yarandıqda və ya pasiyentin vəziyyəti pisləşdiyi halda həkimlə məsləhətləşmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24541

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce