Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: hər bərk kapsulda Ginkgo biloba L. yarpaqların (Ginkqo yarpaqları) ibarət (35 - 67 : 1) 80 mq ekstraktı vardır (quru, təmizlənmiş və standartlaşdırılmış şəkildə), hansı ki:
- 17,6-21,6 mq flavonoidlər, flavon qlikozidlər şəklində;
- 2,24-2,72 mq A, B, C qinkqolidlər;
- 2,08-2,56 mq bilobalidə uyğundur. Ekstraksiya üçün həlledici: aseton 60 % (m/m). Köməkçi (texnoloji) komponent: duru, tozlandırma ilə qurudulmuş qlükoza.
Diqqətin azalması, yaddaşın zəifləməsi, intellektual qabiliyyətin azalması, yuxunun pozulması ilə müşayiət olunan müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya (insult, kəllə-beyin travması nəticəsində, yaşlılarda inkişaf edən); periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (o cüm. aşağı ətrafların arteriopatiyası, növbələnən ağsaqlıq), Reyno sindromu; neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya); sarı ləkənin qocalıq degenerasiyası; diabetik retinopatiya.
Qinkqo ekstraktına və ya dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri Bilobil forte kapsullarının qəbuluna başlamadan əvvəl əmin olmaq lazımdır ki, “İstifadəsinə göstərişlər” bəndində təqdim olunmuş simptomlar spesifik müalicə tələb olunan, digər əsas xəstəliyin əlamətləri deyildir. Dərmanı istifadə edərkən simptomlar kəskinləşirsə, həkiminizə və ya eczaçıya müraciət etməyiniz tövsiyə edilir. Hiperhəssaslıq reaksiyaları yaranan zaman kapsulların qəbulunu dayandırmaq lazımdır. 18 yaşdan kiçik uşaqların Bilobil forte qəbul etməsi tövsiyə olunmur, çünki bu kateqoriya xəstələrdə istifadəsinin təhlükəsizliyi barədə məlumatlar məhduddur. Cərrahi müdaxilədən əvvəl Bilobil forte kapsul qəbul etməniz barədə həkimə məlumat verməlisiniz. Ehtiyat tədbiri olaraq Bilobil fortenin qəbulu planlaşdırılmış əməliyyatdan 3-4 gün əvvəl dayandırılmalıdır. Spontan qanaxmalara (hemorragik diatez) meyilli xəstələr və qanın laxtalanmasının profilaktikası üçün preparatlar (antikoaqulyant və ya antiaqreqant terapiya) qəbul edən xəstələr Bilobil forte kapsulları ilə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Epilepsiya xəstələrində Qinkqo preparatlarının qəbulu nəticəsində daha çox tutmaların baş verməsi istisna edilə bilməz. Bilobil fortenin efavirenz ilə birgə istifadə edilməsi tövsiyə edilmir. Qanda qlükozanın səviyyəsini azaldan preparatlar, həmçinin hipotenziv dərman vasitələri qəbul edən xəstələr Bilobil forte ilə müalicədən əvvəl həkimlə məsləhətləşməlidirlər. Preparatın bəzi inqrediyentləri barədə xüusi məlumat Bilobil forte preparatının tərkibində laktoza və qlükoza vardır. Nadir irsi qalaktoza dözümsüzlüyünün pozulması, laktoza çatışmazlığı və qlükoza-qalaktoza sorulmasının pozulması olan xəstələr bu dərman preparatını qəbul etməməlidirlər. Bilobil forte preparatının tərkibində azorubin rəngləyicisi (E122) vardır, və bu allergik reaksiyalar yarada bilər. Bilobilin qida və içkilərlə qəbulu Siz Bilobil forte kapsullarını qida qəbulundan asılı olmadan qəbul edə bilərsiniz. Hal-hazırda qida və ya içkilərin qinkqonun təsirinə hər hansısa bir təsiri barədə məlumat alınmamıdşır. Kapsulların alkoqollu içkilərlə birlikdə qəbul edilməsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Bu dərman vasitəsinin antikoaqulyantlarla (fenprokumon, varfarin kimi) və ya antitrombotik vasitələrlə (klopidoqrel, asetilsalisil turşusu və həmçinin qeyri-steroidli iltihabəleyhinə dərman vasitələri) eyni vaxtda istifadəsi ilə bu dərmanların təsirinin gücləndirilməsi istisna edilə bilməz. Varfarinlə aparılan mövcud tədqiqatlar, varfarin və Qinkqo biloba dərmanları arasında qarşılıqlı təsir olduğunu göstərmir. Buna baxmayaraq, müalicənin başlanğıcında, dozanı dəyişdirərkən, Bilobil forte ilə müalicəni dayandırarkən və Qinkqo biloba tərkibli başqa bir dərmana keçərkən uyğun bir monitorinq aparmaq tövsiyə olunur. Talinolol ilə qarşılıqlı tədqiqat göstərir ki, Qinkqo biloba bağırsaq səviyyəsində P-qlikoproteinin inhibə olunmasına səbəb ola bilər. Bu, dabiqatran eteksilat kimi bağırsaqdakı P-qlikoproteyinə əhəmiyyətli dərəcədə təsir edən dərmanların təsirinin artmasına səbəb ola bilər. Bilobil forte adlı dərman vasitəsi və dabiqatranın birlikdə istifadəsi ehtiyatlılıq tələb edir. Qarşılıqlı təsirlərə dair tədqiqatlardan birində Qinkqo bilobanın təsiri altında nifedipinin Cmax göstəricisinin artmasının mümkün olduğunu müəyyən edildi. Bəzi insanlarda artım 100%-ə qədər müşahidə edildi, bu da başgicəllənmənin inkişafına və yığılmaların artmasına səbəb oldu. Bilobil forte və efavirenzin eyni vaxtda qəbulu tövsiyə edilmir; CYP3A4 induksiyası nəticəsində efavirenzin konsentrasiyasını plazmada azaltmaq mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi Hər-hansı dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə aid hər-hansı birbaşa və ya dolayı zərərli təsirini aşkar etməmişdir. Hamiləlik Ginkqo biloba ekstraktı trombositlərin birləşmə qabiliyyətinə mane ola bilər. Qanaxmaya meyillilik arta bilər. Heyvanlar üzərində tədqiqatlar reproduktiv toksikliyi müəyyən etmək üçün kifayət deyil. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövrü Ginkqo biloba metabolitlərinin ana südü ilə xaric olub olmadığı məlum deyil və yeni doğulmuşlar/körpələr üçün risk istisna edilmir. Ana südü ilə qidalandırma zamanı istifadəsinin təhlükəsizliyinə dair məlumatlar məhdud olduğundan, dərmanı laktasiya dövründə istifadə etmək tövsiyə edilmir. Fertillik Qinkqo bilobanın məhsuldarlığa təsirlərini qiymətləndirmək üçün insanlar üzərində aparılan tədqiqatlar olmamışdır. Dişi siçanlar üzərində aparılan tədqiqatlarda məhsuldarlığa təsir müəyyən edilmişdi.
Preparatın avtomobil və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumatlar yoxdur.
Daxilə, Kapsulları qida qəbulundan asılı olmayaraq, bütöv, müəyyən qədər su ilə içərək udmaq lazımdır. Müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya: 1 kapsul olmaqla gündə 2-3 dəfə. Periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (həmçinin, aşağı ətrafların arteriopatiyası), Reyno sindromu: Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər və axşam) Neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya); sarı ləkənin qocalıq degenerasiyası; diabetik retinopatiya: Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər vəaxşam). Yaxşılaşmanın ilk göstəriciləri adətən 1 aydan sonra yaranır. Müalicə kursu 3 aydan az olmamalıdır (xüsusən yaşlı xəstələr üçün). Təkrar müalicə kursu yalnız həkim konsultasiyasından sonra aparıla bilər. 3 aydan sonra simptomatik yaxşılaşma olmadıqda və ya patoloji əlamətlər daha da pisləşirsə, həkim müalicənin davam etdirilməsinə zəmanət verildiyini yoxlamalıdır.