Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Biogest 200 mq N15 şam

Məhsul Kodu : 111-21044
İstehsalçı ölkə: Misir
29,32 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Biogest, 200 mq; 400 mq vaginal və rektal şamlar

Biogest, beynəlxalq patentləşdirilməmiş adı: Progesterone

Biogest tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 200 və ya 400 mq progesteron vardır.

İstifadəsinə göstərişlər

− Qadınlarda progesteron çatışmazlığı vəziyyətləri
− Yumurtalıqların fəaliyyət göstərməməsi zamanı əvəzedici hormonoterapiya
− Risk qrupundan olan qadınlarda vaxtından əvvəl doğuşun qarşısının alınması
− Ekstrakorporal mayalanmaya hazırlıq zamanı lüteal fazasının dəstəklənməsi
− Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq
− Progesteron çatışmazlığı nəticəsində yaranan adəti düşüyün və düşük təhlükəsinin profilaktikası

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq; diaqnozu məlum olmayan vaginal qanaxma; tromboembolik pozğunluqlar; kəskin qaraciyər çatışmazlığı; serebral hemorragiya; trombozlara meyllilik; natamam abort; porfiriya; süd vəzilərinin və cinsiyyət orqanlarının bədxassəli törəmələri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı əlavə təsir müşahidə olunmur. Laktasiya dövründə istifadəsi tövsiyə edilmir.

Pediatriyada istifadəsi

Uşaqlarda istifadəsi məqsədəuyğun hesab olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Yuxululuq, başgicəllənmə, görmə pozğunluqları ola biləcəyi üçün fərdi yanaşma tələb olunur.

Biogest istifadə qaydası

Biogest vaginal və ya rektal yolla tətbiq edilir:
– Düşük təhlükəsi: 7 gün ərzində hər gün 200 mq, sonrakı müalicə klinik mənzərəyə uyğun
– Adəti düşük: gündəlik 200 mq
– Hipermenoreya, polimenoreya, metroragiya: aybaşıdan bir neçə gün əvvəl başlayaraq istifadə olunur
– Amenoreya, hipomenoreya, oliqomenoreya: ayda 5 gün istifadə edilir
– Hamiləlik zamanı əməliyyat: gündə 200 mq
– Menstrusiyaönü pozğunluqlar: siklin 14-cü günündən başlayaraq gündəlik
Doza gündə 2 dəfə 400 mq-a qədər artırıla bilər

Prepared by  T-Soft E-Commerce.