Sevimlilərə əlavə edin
Paylaşın

Bronxo-Munal 7 Mq N10 Kapsul

Məhsul Kodu : 111-05795
İstehsalçı ölkə : Sloveniya
1 Şərh Şərh
24,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BRONXO-MUNAL®, 7 mq (böyüklər üçün)  kapsullar

Bronxo-Munal tərkibi

 Təsiredici maddə:   1 kapsulda bakteriyaların 7 mq və ya 3,5 mq liofilizəolunmuş lizatı vardır. Köməkçi maddələr: susuz propilqallat, susuz natrium qlutamat, mannitol, maqnezium stearat,  jelatinləşdirilmiş nişasta. Jelatin kapsulların tərkibi: indiqotin (E132), titan dioksid (E171), jelatin.

İstifadəsinə göstərişlər:

 Tənəffüs yollarının bütün infeksion xəstəliklərində əlavə müalicə kimi. Profilaktika məqsədilə yuxarı və aşağı tənəffüs yollarının residivləşən infeksiyalarında (xroniki bronxit, tonzillit, faringit, laringit, rinit, sinusit, otit) təyin olunur.

Əks göstərişlər:

 − Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. − Hamiləlik − Laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə dərman vasitəsi istifadə etməməlidir.  

Bronxo-Munal istifadə qaydası, dozası

 Səhər ac qarına daxilə qəbul edilir. 12 yaşdan  böyük uşaqlar və böyüklərdə Tənəffüs traktının  infeksiyalarının profilaktik müalicə kursu 1 bərk kapsul (7 mq böyüklər üçün) hər gün acqarına, ayda 10 ardıcıl gün ərzində davamlı olaraq 3 ay müddətində qəbul edilir. İmkan olduqda hər ayın eyni günü müalicəyə başlamaq və 20-günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal gündə 1 kapsul 10-30 ardıcıl gün müddətində qəbul edilir. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal antibiotik ilə birgə qəbul olunur.  6 aydan 12 yaşa qədər uşaqlarda Tənəffüs yollarının infeksiyalarının profilaktik müalicə kursu üçün: Ayda 10 ardıcıl gün ərzində gündə bir dəfə ac qarına bir bərk kapsul/saşe (3,5 mq uşaqlar üçün) davamlı olaraq 3 ay müddətində. İmkan olduqda  hər ayın eyni günü müalicəyə başlamaq və 20- günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal P gündə 1 kapsul 10-30  ardıcıl gün müddətində qəbul edirlər. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal P antibiotik ilə birgə qəbul olunur.  Kapsulu uda  bilməyən uşaqlara (məs., 5 yaşına qədər uşaqlar), kapsulu açaraq, saşe qablaşmada olduğu kimi onun möhtəviyyatını adekvat miqdarda su, meyvə suyu, süd/uşaq qidasına əlavə etmək lazımdır. Məhlulu hazırladıqdan bir neçə dəqiqə sonra tam olaraq qədul etmək və qəbul etməmişdən əvvəl hər zaman qarışdırmaq lazımdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05795

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce