Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml preparatın tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır.
- Beyin qan dövranının kəskin pozulmaları; - kəllə-beyin travması, kəllə-beyin travmalarının fəsadları; - dissirkulyator ensefalopatiya; - vegetativ distoniya sindromu; - aterosklerotik mənşəli yüngül koqnitiv pozğunluqlar; - nevrotik və nevrozabənzər hallarda həyəcan pozğunluqları; - kəskin miokard infarktı (ilk günlərdən) kompleks terapiyanın tərkibində; - müxtəlif mərhələlərdə ilkin açıqbucaqlı qlaukoma (kompleks terapiyanın tərkibində); - nevrozabənzər və vegetativ -damar pozğunluqlarının üstünlüyü ilə alkoqolizm zamanı abstinent sindromunun dayandırılması; - antipsixotik vasitələrlə kəskin intoksikasiya; - qarın b oşluğunun kəskin irinli -iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) kompleks terapiyanın tərkibində.
Kəskin qaraciyər və/ya böyrək çatışmazlığı, preparata qarşı yüksək fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü
Preparatdan hamiləlik və laktasiya dövründə istifadə əks göstərişdir, belə ki hamiləlik və laktasiya dövründə preparatdan istifadənin təhlükəsizliyi ilə bağlı ciddi nəzarətli klinik tədqiqatlar aparlmayıb.
Psixofiziki reaksiyaların sürətini tələb edən işlər (avtomobil sürmə, mexanizmlərlə iş və s.) zamanı ehtiyatlı olmaq lazımdır.
Preparat əzələdaxili yaxud venadaxili (şırnaq və ya damcı üsulu ilə) yeridilir. Preparatın infuziya üsulu ilə yeritmə zamanı 0,9%-li natrium xlorid məhlulunda həll olunmalıdır. Preparat şırnaq üsulu ilə 5-7 dəqiqə ərzində tədricən yeridilır, damcı üsulu ilə - dəqiqədə 40-60 damcı sürətlə yeridilir. Maksimal sutkalıq doza 1200 mq-dan çox olmamalıdır.
Beyin qan dövranının kəskin pozulmalarında ilk 10-14 gün ərzində sutkada 2-4 dəfə 200-500 mq dozalarla venadaxili damcı üsulu ilə, sonra isə – 2 həftə ərzində sutkada 2 -3 dəfə 200 -250 mq dozalarla əzələdaxili yeridilir. Kəllə-beyin travmalarında və kəllə-beyin travmalarının fəsadlarında preparat sutkada 2-4 dəfə 200-500 mq dozalarla venadaxili damcı üsulu ilə 10-15 gün ərzində istifadə edilir. Dekompensasiya faza sında dissirkulyator ensefalopatiya zamanı preparat sutkada 1 -2 dəfə 200 -500 mq dozalarla venadaxili damcı və ya şırna q üsulu ilə 14 gün ərzində istifadə olunmalıdır, sonra isə növbəti 2 həftə ərzində sutkada 100-250 mq dozalarla əzələdaxili yeridilir. Dissirkulyator ensefalopatiyanın kurs profilaktikasında preparat sutkada 2 dəfə 200 -250 mq dozalarla əzələdaxili 10-14 gün ərzində yeridilir.
Yaşlı xəstələrdə yüngül koqnitiv pozulmalarda və həy əcanlı pozğunluqlarda preparat 100 -300 mq/sut sutkalıq dozalarla əzələdaxili 14-30 gün ərzində yeridilir. Kəskin miokard infarktında kompleks terapiyanın tərkibində nitratlar, β-adrenoblokatorlar, angiotenzinçevirici fermentin inhibitorları, trombolitiklər, antikoaqulyant və antiaqreqant vasitələr, həmçinin göstərişlər üzrə simptomatik vasitələr daxil olmaqla miokard infarktının ənənəvi müalicəsi fonunda venadaxili və ya əzələdaxili 14 gün ərzində yeridilir. Maksimal effekti əldə etmək üçün ilk 5 gün ərzində preparat venadaxili yeridilməlidir, sonrakı 9 gün ərzində əzələdaxili yeridilə bilər. Preparatın venadaxili yeridilməsi damcı infuziya yolu, tədriclə (yan təsirlərin qarşısını almaq üçün), 0,9%-li natrium xlorid və ya 5% -li dekstroza məhlulunun (qlükoza) 100 -150 ml həcmində 30-90 dəqiqə ərzində aparılır.
Zərurət olduqda preparatın şırnaq üsu lu ilə tədriclə, müddəti 5 dəqiqədən az olmadan yeridilməsi mümkündür. Preparatın yeridilməsi (venadaxili və ya əzələdaxili) gündə 3 dəfə hər 8 saatdan bir baş verməlidir. Sutkalıq terapevtik doza gündə 6 -9 mq/kq bədən çəkisi, bi rdəfəlik doza isə – 2-3 mq/kq bədən çəkisi təşkil edir. Maksimal sutkalıq doza 800 mq-dan, birdəfəlik doza isə 250 mq-dan çox olmamalıdır.
Müxtəlif mərhələdə ilkin açıqbucaqlı qlaukoma zamanı kompleks terapiyanın tərkibində preparat sutkada 1- 3 dəfə 100-300 mq dozalarla 14 gün ərzində əzələdaxili yeridilir. Alkoqol abstinent sindrom u zamanı preparat sutkada 2 -3 dəfə 200 -500 mq dozalarla 5 -7 gün ərzində venadaxili damcı üsulu ilə və ya əzələdaxili yeridilir. Antipsixotik vasitələrlə kəskin intoksikasiya zamanı preparat sutkada 200-500 mq dozalarla 7-14 gün ərzində venadaxili yeridilir. Qarın boşluğunun kəskin irin -iltihabi proseslərində (kəskin nekrotik pankreatit, peritonit) zamanı preparat həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonrakı dövrd ə ilk günlərdə təyin edilir.
Yeridilən dozalar xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, klinik gedişatın variantlarından asılıdır. Preparat yalnız davamlı müsbət klinik-laborator effektin əldə edilməsindən sonra tədriclə ləğv olunmalıdır. Kəskin ödemli (interstisial) pankreratit zamanı preparat sutkada 3 dəfə 200 -500 mq dozalarla venadaxili damcı üsusu ilə (0,9%-li natrium xlorid məhlulunda) və əzələdaxili təyin edilir. - Nekrotik pankreatitin yüngül dərəcəsi – gündə 3 dəfə 100-200 mq venadaxili damcı üsusu ilə (0,9% -li natrium xlorid məhlulunda) və əzələdaxili.
- Orta ağırlıq dərəcədə – gündə 3 dəfə 200 mq venadaxili damcı üsusu ilə (0,9% -li natrium xlorid məhlulunda) - Ağır gedişatı olduqda – ilk günlər ərzində 2 dəfə 800 mq puls-dozalaşma rejimində yeridilir; sonra isə – sutkalıq dozanın tədriclə azalması ilə gündə 2 dəfə 200-500 mq. - Çox ağır gedişatı olduqda – sutkada 800 mq başlanğıc dozada pankreatogen şokun əlamətlərinin davamlı dayandırılmasına qədər təyin edilir, xəstənin vəziyyəti stabilləşdikdən sonra sutkalıq dozanın tədri cən azalması ilə gündə 2 dəfə 300-500 mq venadaxili damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda) təyin edilir. Uşaqlar üçün istifadəsi Preparatın uşaqlar üçün istifadəsi əks göstərişdir, belə ki uşaqlar üzərində ciddi nəzarətli klinik təhlükəsizlik tədqiqatları aparılmayıb.