Bitib
Stokda olanda mənə xəbər verin.örtüklü tabletlər
1 tabletin tərkibində 20 mq tadalafil vardır. Köməkçi maddələr:laktoza monohidrat, laktoza monohidrat (püskürtməklə qurudulmuş), hidroksipropil sellüloza (çox xırdalanmış), natrium kroskarmelloza, hidroksipropil sellüloza (çox xırdalanmış), natrium laurilsulfat, mikrokristallik sellüloza (Granular-102), maqnezium stearat (bitki mənşəli), Opadry II sarı rəng qarışığı (32K12884), talk.
İstifadəsinə göstərişlər:
Yetkin kişilərdə erektil disfunksiyanın müalicəsi üçün göstərişdir. Tadalafilin effektiv olması üçün seksual stimulyasiya tələb olunur. Sialis® qadınlarda istifadə üçün göstəriş deyil.
Əks göstərişlər:
Təsiredici maddəsi və ya “Tərkibi” bölməsində sadalanmış köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Klinik tədqiqatlarda tadalafilin nitratların hipotenziv effektini artırması müşahidə olunmuşdur. Güman olunur ki, bu, nitratlar və tadalafilin azot oksid/sQMF metabolizm yoluna kombinə olunmuş təsiri ilə bağlıdır. Bu səbəbdən, istənilən növ üzvi nitrat preparatı qəbul edən pasiyentlərə Sialis® təyini əks göstərişdir. Ürək xəstəliyi ilə bağlı seksual aktivlikdən çəkinməsi məsləhət görülən kişilərdə Sialis® istifadə olunmamalıdır. Həkim ürək-damar xəstəliyi olan pasiyentlərdə, cinsi aktivliyin müəyyən kardial risk daşıması ehtimalını nəzərə almalıdır. Kardiovaskulyar xəstəliyi olan aşağıdakı pasiyent qruplarında klinik sınaqlar aparılmamışdır və ona görə bu şəxslərə tadalafilin təyini əks göstərişdir: - Son 90 gün ərzində miokard infarktı keçirmiş pasiyentlər; - Qeyri-stabil stenokardiyası olan və ya cinsi əlaqə zamanı stenokardiya tutması baş vermiş pasiyentlər; - Son 6 ayda, Nyu-York Ürək Assosiasiyasının təsnifatına görə 2-ci sinif və daha ağır dərəcəli ürək çatışmazlığı olan pasiyentlər; - İdarə olunmayan aritmiyalar, hipotenziya (˂90/50 mm c. süt.) və ya idarə olunmayan hipertenziya ilə pasiyentlər; - Son 6 ay ərzində insult keçirmiş pasiyentlər. Bu epizodun FDE5 inhibitorunun qəbulu nəticəsində baş verib-verməməsindən asılı olmayaraq, qeyri-arteritik ön işemik optik neyropatiya (QÖİON) ilə bağlı bir gözündə görməni itirmiş pasiyentlərə Sialis® əks göstərişdir (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). FDE5 inhibitorlarının, o cümlədən tadalafilin riosiquat kimi quanilat siklaza stimulyatorları ilə yanaşı təyini əks göstərişdir, çünki simptomatik hipotenziya törətməsi mümkündür (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”)
Fertillik, hamiləlik və laktasiya dövründə istifadəsi:
Sialis® qadınların istifadəsi üçün göstəriş deyil. Fertillik İtlər üzərində müşahidə olunmuş effektlər, preparatın fertillik funksiyasına mənfi təsirinin göstəricisi ola bilər. Sonradan insanlar üzərində aparılmış iki tədqiqatda, bəzi kişilərdə spermatozoidlərin konsentrasiyasında azalma qeyd olunsa da, dərmanın insanların fertilliyinə oxşar təsir etməsi ehtimalı azdır (bax: “Farmakodinamikası”).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Sialis®-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri cüzidir. Klinik sınaqlarda tadalafil və plasebo qruplarında başgicəllənmənin rastgəlmə tezliyi eyni olmuşdur. Buna baxmayaraq, pasiyentlər nəqliyyat vasitələrini və ya potensial təhlükəli mexanizmləri idarə etməkdən öncə, Sialis® qəbulunun onlara necə təsir etməsinə diqqət yetirməlidirlər.
İstifadə qaydası və dozası:
Preparat peroral (daxilə) qəbul edilməlidir. Böyüklər Tövsiyə edilən maksimal dozası 20 mq olub, ehtimal olunan cinsi əlaqədən öncə, yemək ilə və ya acqarına qəbul edilir. Dərmanı cinsi aktivlikdən ən azı 30 dəq qabaq içmək lazımdır. Dərmanı ən çoxu gündə bir dəfə qəbul etmək olar. 20 mq-lıq tadalafil, gözlənilən cinsi əlaqədən əvvəl qəbul edilməlidir və ondan fasiləsiz, hər gün istifadə etmək məsləhət görülmür. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlı kişilərdə preparatın dozasında düzəliş etmək tələb olunmur. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrəklərin funksiyası yüngül və orta dərəcədə pozulmuş xəstələrdə dozanı dəyişdirməyə ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün maksimal tövsiyə olunan doza 10 mq-dır. Qaraciyər çatışmazlığı olan pasiyentlər Bu xəstələrdə Sialis®-in tövsiyə edilən dozası 10 mq olub, ehtimal olunan cinsi əlaqədən öncə, yemək ilə və ya acqarına qəbul edilməlidir. Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatı üzrə C sinfi) olan pasiyentlərdə Sialis®-in təhlükəsizliyi haqda klinik məlumatlar məhduddur. Ona görə preparatı təyin etməzdən öncə, həkim dərmanın individual faydası və riskini diqqətlə qiymətləndirməlidir. Qaraciyər funksiyasında pozğunluq olan insanlara tadalafilin 10 mq-dan yüksək dozalarının təyini haqda yetərli məlumat yoxdur. Şəkərli diabeti olan pasiyentlər Diabetik xəstələrdə dərmanın dozasında düzəliş etmək tələb olunmur. Pediatrik populyasiya Pediatrik pasiyentlərdə erektil disfunksiyanın müalicəsi məqsədilə istifadə olunmur.