Sevimlilərə əlavə edin
Paylaşın

CLOPIXOL DEPOT 200MG 1ML N1 AMP

Məhsul Kodu : 111-14036
İstehsalçı ölkə : Danimarka
Reseptlə satılır
1 Şərh Şərh
17,16 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

KLOPİKSOL DEPO, əzələdaxili yeridilmə üçün yağli məhlul

KLOPİKSOL DEPO tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 200 mq zuklopentiksol dekanoat vardır.

İstifadəsinə göstərişlər

Kəskin və xroniki şizofreniya və xüsusilə də hallüsinasiyalar, paranoid sayıqlamalar, düşünmə qabiliyyətinin pozuntuları, həyəcan, narahatlıq, düşmənçilik və ya aqressivlik əlamətləri olan digər psixotik pozuntular.

Əks göstərişlər

Alkoqolla, barbituratlarla və tiryəklə kəskin zəhərlənmələr, komatoz vəziyyət. KLOPİKSOL DEPO preparatını hamiləlik və laktasiya dövründə təyin etmək məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

KLOPİKSOL DEPO preparatının avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri mümkündür. Buna görə də müalicənin əvvəlində xəstənin müalicəyə reaksiyası müəyyən edilənə qədər ehtiyatlı olmaq lazımdır.

KLOPİKSOL DEPO istifadə qaydası və dozası

KLOPİKSOL DEPO sağrı nahiyəsinin yuxarı xarici kvadrantına əzələdaxilinə dərinə yeridilir. Doza və inyeksiyalar arasındakı fasilə xəstənin vəziyyətinə uyğun olaraq müəyyənləşdirilir. KLOPİKSOL DEPO 200 mq/ml: Dozalar arasmdakı fasilə adətən hər 2-4 həftədə 200-400 mq (1- 2 ml) təşkil edir, bəzi xəstələr üçün daha yüksək doza və ya inyeksiyalar arasında daha qısa fasilələr tələb olunur.

Əgər əzələ daxilinə yeridilən məhlulun (200 mq/ml) həcmi 2-3 ml-dən çox olarsa, daha böyük konsentrasiyalı məhluldan (KLOPİKSOL DEPO 500 mq/ml) istifadə etmək məsləhətdir. KLOPİKSOL DEPO 500 mq/ml: adətən hər 1-4 həftədən bir 250-750 mq (0,5 ml-1,5 ml) yeridilir. Peroral KLOPİKSOL və ya KLOPİKSOL-AKUFAZ-la müalicədən KLOPİKSOL DEPO ilə dəstəkləyici müalicəyə keçən zaman aşağıdakı sxemdən istifadə olunur: Peroral KLOPİKSOL-dan əzələdaxili KLOPİKSOL DEPO-ya keçid: KLOPİKSOL-un peroral gündəlik dozasi (mq) x 8 = 2 həftədən sonra əzələ daxilinə Xəstələr birinci inyeksiyadan sonrakı ilk həftə ərzində KLOPİKSOL-un aşağı dozada olsa da peroral qəbulunu davam etdirməlidirlər. KLOPİKSOL-AKUFAZ-dan əzələdaxili KLOPİKSOL DEPO-ya keçid: KLOPİKSOL-AKUFAZ-ın son inyeksiyası ilə eyni vaxtda əzələ daxilinə 200-400mq (1-2ml) KLOPİKSOL DEPO təyin etmək lazımdır. KLOPİKSOL DEPO-nun təkrar inyeksiyalarını 2 həftədə 1 dəfə həyata keçirirlər. Lazım gələrsə daha böyük dozalar və ya inyeksiyalar arasında daha qısa fasilələr istifadə oluna bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14036

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce