Sevimlilərə əlavə edin
Paylaşın

Cyclogest 200 Mq 15 Ovul

Məhsul Kodu : 111-54308
0 Şərh Şərh
31,92 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

Siklogest, 200 mq pessarilər

Siklogest tərkibi

Təsiredici maddə: 1 pessarinin tərkibində 200 mq  mikronizə olunmuş progesteron vardır.

Əks göstərişlər 

Progesterona və ya bu dərmanın digər tərkib hissələrinin hər hansı birinə qarşı yüksək 
həssaslıq; 
Həkim tərəfindən qiymətləndirilməmiş qeyri-adi vaginal qanaxma; 
Hormon həssaslığı olan məlum və ya şübhəli həssas bədxassəli şişlər; 
Porfiriya (müəyyən fermentlərin irsi və ya qazanılmış pozğunluqları); 
Ağır qaraciyər disfunksiyası və ya xəstəliyi; 
Məlum abort və ya ektopik hamiləlik; 
Aktiv arterial və venoz tromboembolizm, ağır tromboflebit, anamnezdə bu xəstəliklərin 
olması.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövrü 
Siklogest hamiləlik zamanı istifadə edilməmlidir. Anadangəlmə anomaliyaların, o cümlədən kişi və ya qadın cinsli körpələrdə cinsiyyət (genital) anormallıqlarının hamiləlik dövründə ekzogen progesterona məruz qalma riskləri tam olaraq müəyyən edilməmişdir.  
Klinik tədqiqat zamanı  anadangəlmə anomaliyalar, düşük və uşaqlıqdankənar hamiləliyin rastgəlmə tezliyi ümumi populyasiya ilə oxşar olmuşdur və nəticələrin çıxarılmasına imkan vermir. 
Laktasiya dövrü  
Progesteron ana südü ilə ifraz olunur. Laktasiya dövründə Siklogest istifadə olunmamalıdır.

İstifadə qaydası və dozası 

Doza gündə bir dəfə olmaqla 200 mq və ya gündə iki dəfə olmaqla 400 mq, vaginal və ya rektal yol ilə. 
Premenstrual sindrom zamanı  
Müalicə aybaşı dövrünün 14-cü günü başlayıb menstruasiya başlayana qədər davam etdirilir. Əgər simptomlar ovulyasiya zamanı mövcuddursa, o zaman aybaşı dövrünün 12-ci günü müalicəyə başlayın.  
Xüsusi xəstə qruplarında istifadə: Qaraciyər və ya böyrək funksiyası pozulmuş xəstələrdə 
Siklogestin istifadəsi təcrübəsi yoxdur. 
Pediatrik qrupda: Uşaqlarda Siklogest-in müvafiq istifadəsi haqqında məlumat yoxdur. 
Yaşlılar: 65 yaşdan yuxarı xəstələrdə klinik məlumatlar toplanmamışdır. 
Pessari aşağıdakı hallardan asılı olaraq ya vaginaya ya da rektuma daxil edilə bilər.  
Vaginaya: 
kolit (tez-tez selik və ya qan ilə ishal hallarına səbəb olan bağırsaq iltihabı) 
bağırsaq hərəkətlərinizi idarə edən problemlər (nəcis ifrazını idarə edə bilməmək). 
Düz bağırsağa: 
vaginal infeksiyalar 
tez-tez sistit 
yaxın zamanda keçirilmiş doğuş 
hamiləliyin qarşısını alan metodlardan (diafraqma, qapaq və ya prezervativ) istifadə 
zamanı 
Pessarini daxil etməzdən əvvəl və sonra hər zaman əllərinizi yuyun.  
Siklogest- i daxilə qəbul etməyin. Siklogest-i istifadə etməyi unutmusunuzsa, növbəti doza vaxtına az qalmayıbsa, yadınıza düşən kimi istifadə edin. İki dozanı birlikdə istifadə etmək olmaz. Qalan dozaları vaxtında istifadə edin. 
Dozanın qəfil dayandırılması artan narahatlığa, əhval-ruhiyyənin dəyişilməsinə və tutmalara (bayılma, qıcolmalara) meylliyin artmasına səbəb ola bilər.   

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-54308

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce