Sevimlilərə əlavə edin
Paylaşın

Danifos 3 Qr N2 Paket

Məhsul Kodu : 111-21077
İstehsalçı ölkə : Italiya
0 Şərh Şərh
12,60 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

DANİFOS, 3 q oral məhlul hazırlamaq üçün qranullar.

Danifos tərkibi 

Təsiredici maddə:1 paketdə 3 q fosfomisin (5,631 q fosfomisin trometamol şəklində) vardır. Köməkçi maddələr: portağal aromatı, saxarin natrium, saxaroza, maqnezium sitrat.

İstifadəsinə göstərişlər:

 Fosfomisin sidik yollarının fosfomisinə həssas ştammlar tərəfindən törədilən kəskin və ağırlaşmamış iltihablarının müalicəsi və ya profilaktikası üçün istifadə edilir.

 • kəskin bakterial sistit, residivləşən sistit, kəskin bakterial interstisial sistit, bakterial qeyrispesifik uretrit;

 • massiv asimptomatik bakteriuriya (hamiləlikdə);

 • sidik yollarının cərrahi əməliyyatdan sonrakı infeksiyaları;

 • cərrahiyyədə sidik kisəsi traktının infeksiyalarının profilaktikası və transuretral diaqnostik cərrahi əməliyyatlar zamanı sidik yollarının iltihabı.

Əks göstərişlər:
 - Fosfomisinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq;

 - Kəskin böyrək çatışmazlığı;

 - Sidik ifrazında çətinliklər;

 - Hemodializdən keçən xəstələr;

 - 12 yaşdan kiçik uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlik Hamiləliyin 1-ci trimestrində (n=152) fosfomisinin təhlükəsizliyinə dair məhdud sayda məlumatlar vardır və bu məlumatlar indiyə qədər heç bir teratogenlik göstərməmişdir. Fosfomisin plasentadan keçir. Hamiləlik zamanı yalnız çox vacib olduqda Danifos istifadə edilə bilər. Laktasiya Fosfomisin ana südü ilə az miqdarda ifraz olunur. Laktasiya dövründə çox vacib olarsa, fosfomisinin birdəfəlik dozası qəbul edilə bilər. Reproduktivlik İnsanlara təsirinə dair məlumat yoxdur.

Danifos istifadə qaydası, dozası

 Qadınlarda və yeniyetmə qızlarda (12 yaşdan yuxarı) ağırlaşmamış kəskin sistit: 3 q fosfomisin birdəfəlik qəbul edilir. Prostatın transrektal biopsiyası zamanı əməliyyatönü antibiotikoprofilaktika: Prosedurdan 3 saat öncə fosfomisin 3 q və prosedurdan 24 saat sonra fosfomisin 3 q. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı (kreatinin klirensi <10ml/dəq, “Farmakokinetikası” bölümünə baxın) olan pasiyentlərdə Danifos istifadəsi məsləhət görülmür. Pediatrik pasiyentlər 12 yaşından kiçik uşaqlarda Danifos-un effektivliyi və təhlükəsizliyi təsdiqlənməmişdir. İstifadə qaydası Peroral qəbul edilir. Qadınlarda və yeniyetmə qızlarda ağırlaşmamış sistitlərdə Danifos acqarına qəbul edilməlidir (təxminən yeməkdən 2-3 saat əvvəl və ya yeməkdən 2-3 saat sonra). Sidik kisəsinin boşalmasından sonra və yuxudan öncə qəbul edilməsi daha yaxşıdır. Dozanı bir stəkan suda həll edib, dərhal daxilə qəbul etmək lazımdır. Qida və ya içkilərlə birgə qəbulu Qida fosfomisin trometamolun absorbsiyasını ləngidərək, qan plazmasında və sidikdə onun konsentrasiyasını azalda bilər. Bu səbəbdən Fosfamisin-i acqarına qəbul etmək məsləhətdir (yemək qəbulundan bir saat əvvəl və ya yeməkdən 2-3 saat sonra).

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21077

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce