Sevimlilərə əlavə edin
Paylaşın

DEPLORAM-S 10MG N28 TB

Məhsul Kodu : 111-16192
İstehsalçı ölkə : Türkiye
E-Reseptlə satılır
0 Şərh Şərh
11,22 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Deploram-S, 10 mq örtüklü tabletlər

Deploram-S, beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram

Deploram-S tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq essitaloprama ekvivalent 25,55 mq essitalopram oksalat vardır.

İstifadəsinə göstərişlər

- Major depressiv epizodlar
- Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqlar
- Sosial həyəcan pozğunluğu (sosial fobiya)
- Generalizəolunmuş həyəcan pozğunluğu
- Obsessiv-kompulsiv pozğunluq (OKP)

Əks göstərişlər

Təsiredici və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; monoaminooksidazanın qeyri-selektiv geridönməyən inhibitorları ilə birlikdə istifadəsi; geridönən MAO-A və qeyri-selektiv MAO-inhibitorları ilə istifadəsi; QT intervalının uzanması və bu intervalı uzadan dərmanlarla birlikdə istifadə; pimozid ilə birlikdə istifadə; uşaqlarda və yeniyetmələrdə istifadə; bəzi ürək xəstəlikləri və elektrolit pozğunluqları zamanı ehtiyatlı olmaq tələb olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvan tədqiqatlarında reproduktiv toksiklik müşahidə olunmuşdur. Hamiləlik dövründə istifadəsi yalnız ciddi zərurət olduqda və fayda-risk nisbəti diqqətlə qiymətləndirildikdə mümkündür. Laktasiya dövründə essitalopramın ana südünə keçməsi ehtimal edilir, bu səbəbdən müalicə zamanı süd vermək tövsiyə olunmur.

Pediatriyada istifadəsi

Deploram-S 18 yaşdan kiçik uşaqlar və yeniyetmələrdə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Essitalopram idraki və psixomotor fəaliyyətlərə təsir etməsə də, digər psixoaktiv dərman vasitələri kimi diqqət və hərəkət bacarığına təsir edə bilər. Pasiyentlər bu barədə məlumatlandırılmalıdır.

Deploram-S istifadə qaydası

Deploram-S gündə 1 dəfə, qida ilə və ya qidasız qəbul edilir.

Dozalanma:
– Major depressiv epizodlar: gündə 10 mq, lazım olduqda 20 mq-a qədər artırıla bilər.
– Panik pozğunluqlar: başlanğıc 5 mq, sonra gündə 10-20 mq.
– Sosial fobiya: gündə 10 mq, lazım olduqda 5–20 mq.
– Generalizə olunmuş həyəcan pozğunluğu və OKP: gündə 10–20 mq.

Yaşlılar (>65 yaş): başlanğıc 5 mq, maksimum 10 mq.
Qaraciyər çatışmazlığı: başlanğıc 5 mq, maksimum 10 mq.
Böyrək çatışmazlığı: ciddi hallarda ehtiyatla.
CYP2C19 zəif metabolizatorlar: başlanğıc 5 mq, maksimum 10 mq.

Müalicənin qəfil dayandırılması tövsiyə edilmir. Doza bir neçə həftə ərzində tədricən azaldılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16192

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce