Sevimlilərə əlavə edin
Paylaşın

DEPLORAM-S 10MG 15ML DAMLA

Məhsul Kodu : 111-17350
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
12,07 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Deploram-S, 10 mq/ml oral damcı, məhlul

Deploram-S, beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram

Deploram-S tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq essitalopram (12,78 mq essitalopram oksalat) vardır. Hər bir damcının tərkibində 0,5 mq essitalopram vardır.

İstifadəsinə göstərişlər

Deploram-S aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə olunur:
– Böyük depressiv epizodlar
– Aqorafobiya ilə və ya onsuz panik pozğunluq
– Sosial həyəcan pozğunluğu (sosial qorxu)
– Generalizəolunmuş həyəcan pozğunluğu
– Obsessiv-kompulsiv pozğunluq (OKP)

Əks göstərişlər

Essitaloprama və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; MAO inhibitorları ilə birlikdə istifadəsi; QT intervalı uzanmış və ya anadangəlmə uzun QT sindromu olan pasiyentlərdə, pimozidlə birlikdə istifadə; serotonin sindromu riski; 18 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi yalnız zərurət olduqda mümkündür. Laktasiya dövründə ana südü ilə qidalandırma tövsiyə edilmir. Hamiləliyin son trimestrində istifadə edilmişsə, yenidoğulmuşlarda serotonin təsirləri və ya ləğvetmə simptomları müşahidə oluna bilər.

Pediatriyada istifadəsi

Deploram-S 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Klinik sınaqlarda uşaqlarda intihara meyil və aqressiya hallarının artması müşahidə edilmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Essitalopram idraki funksiyalara təsir etməsə də, psixoaktiv dərman kimi qərarvermə və diqqətə təsir göstərə bilər. Nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur.

Deploram-S istifadə qaydası

Gündəlik doza fərdi təyin olunur və 10–20 mq (20–40 damcı) arası dəyişə bilər. Başlanğıc doza adətən 10 mq (20 damcı), bəzi hallarda 5 mq (10 damcı) tövsiyə olunur. Maksimal gündəlik doza 20 mq (40 damcı).
Damcı su, portağal və ya alma şirəsi ilə qarışdırılaraq qəbul edilə bilər. Müalicənin qəfil dayandırılması tövsiyə olunmur, doza tədricən azaldılmalıdır.
Xüsusi pasiyent qrupları üçün:
– Qaraciyər çatışmazlığı: başlanğıc doza 5 mq (10 damcı)
– Böyrək çatışmazlığı: ehtiyatla
– Yaşlı pasiyentlər: başlanğıc doza 5 mq (10 damcı), maksimum 10 mq
– CYP2C19 zəif metabolizatorlar: başlanğıc doza 5 mq (10 damcı), maksimum 10 mq

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-17350

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce