Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Depratal 30 mq N28 tablet

Məhsul Kodu : 111-27607
Reseptlə satılır
İstehsalçı ölkə: Polsa
17,80 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Depratal, 30 mq; 60 mq qastro-rezistent tabletlər

Depratal tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 30 mq və ya 60 mq  duloksetin (hidroxlorid şəklində) vardır.

Əks göstərişlər 

Aşağıdakı hallarda DEPRATAL-ın istifadəsi əks göstərişdir:                                                 - duloksetinə və ya bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı  
allergiya (yüksək həssaslıq)                                                                                                  - qaraciyər xəstəliyi varsa                                                                                                    - ağır böyrək xəstəliyi varsa                                                                                                - son 14 gün ərzində monoaminooksidazaanın inhibitoru (MAOI) kimi məlum olan başqa bir dərman qəbul edir və ya qəbul edirsinizsə                                                          - adətən depressiyanın müalicəsi üçün istifadə olunan fluvoksaminin, bəzi infeksiyaların 
müalicəsində istifadə olunan siprofloksasin və ya enoksasinin istifadəsi                            - duloksetin tərkibli digər dərmanların istifadəsi. 
Yüksək təzyiqiniz və ya ürək xəstəliyiniz varsa, həkiminizlə danışın. DEPRATAL qəbul 
etməyiniz lazım olduqda həkiminiz Sizə deyəcəkdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin.  
• DEPRATAL qəbul edərkən hamilə qalmısınızsa və ya hamilə qalmağa cəhd edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Siz DEPRATAL-ı yalnız həkiminizlə doğulmamış uşağınız üçün ola biləcək fayda/risk nisbətini müzakirə etdikdən sonra istifadə etməlisiniz.  Mama həkiminizə və/və ya müalicə həkiminizə Sizin DEPRATAL ilə müalicə aldığınızı mütləq bildirin. Hamiləlik dövründə qəbul edildiyi zaman oxşar dərmanlar (SSGUİ) körpələrdə yenidoğulmuşun davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəlik riskini artıra bilər. 
Yenidoğulmuşun davamlı ağciyər hipertenziyası körpənin daha sürətli nəfəs almasına və göyərməsinə səbəb olur. Bu simptomlar adətən körpə doğulduqdan sonra ilk 24 saat ərzində başlayır. Körpənizdə bu baş verərsə, dərhal mama həkimi ilə və/və ya həkiminizlə əlaqə saxlamalısınız. 
Əgər hamiləliyinizin sonuna yaxın DEPRATAL qəbul etsəniz, körpəniz doğulanda bəzi 
simptomlar meydana çıxa bilər. Bunlar adətən doğuşdan və ya körpənizin doğulmasından bir neçə gün sonra başlayır. Bu simptomlara əzələlərin elastikliyi, titrəmə, əsəbilik, düzgün qidalanmama, nəfəs almaqda çətinlik və qıcolmalar aid ola bilər. Körpəniz doğulanda bu simptomlardan hər hansı biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, Sizə məsləhət verə biləcək həkiminizlə və ya mama həkimi ilə əlaqə saxlayın. Əgər körpənizi ana südü ilə qidalanırsınızsa, bu barədə həkiminizə məlumat verin.Laktasiya dövründə DEPRATAL-ın istifadəsi tövsiyə edilmir. Məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət etməlisiniz.                                        

İstifadə qaydası və dozası 

Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. 
DEPRATAL oral istifadə (daxilə qəbul) üçündür. Tableti bütöv halda su ilə içərək qəbul etmək lazımdır.  
Depressiya və diabetik neyropatik ağrı üçün 
DEPRATAL-ın adi dozası gündə bir dəfə 60 mq təşkil edir, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir.  
Generalizəolunmuş həyəcan pozğunluğu üçün 
DEPRATAL-ın başlanğıc dozası gündə bir dəfə 30 mq-dır, sonra xəstələrin əksəriyyəti gündə bir dəfə 60 mq alacaq, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir. Doza, DEPRATAL-a cavabınızdan asılı olaraq, gündə 120 mq-a qədər artırıla bilər. DEPRATAL qəbul etməyi unutmamağınıza kömək üçün onu hər gün eyni vaxtda qəbul etmək faydalı ola bilər. 
DEPRATAL-ı nə qədər müddət ərzində qəbul etməli olduğunuz barədə həkiminizlə danışın. Həkiminizlə danışmadan DEPRATAL qəbul etməyi dayandırmayın və ya dozanızı dəyişdirməyin. Sağalmağınıza kömək ütmək üçün düzgün müalicə almağınız vacibdir. Əgər müalicə olunmasanız, vəziyyətiniz düzəlməyəcək və daha da ciddiləşə və müalicəsi çətinləşə bilər. 
DEPRATAL-ın qida və içkilərlə və alkoqolla istifadəsi 
DEPRATAL qida ilə və onsuz qəbul edilə bilər. DEPRATAL ilə müalicə müddətində alkoqoldan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır.   
Əgər DEPRATAL-ı istifadə etməyi unutmusunuzsa 
Əgər bir dozanın qəbulunu unutmusunuzsa, xatırlayan kimi onu qəbul edin. Lakin növbəti dozanızın vaxtı gəlmişdirsə, buraxılmış dozanı atın və hər zaman olduğu kimi yalnız bir doza qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Bir gün ərzində DEPRATAL-ın Sizin üçün təyin edilmiş gündəlik dozasından artıq doza qəbul etməyin. 
Əgər DEPRATAL-ın istifadəsini dayandırırsınızsa 
Özünüzü yaxşı hiss etsəniz də həkiminizin tövsiyəsi olmadan tabletinizin qəbulunu 
dayandırmayın. Həkiminiz artıq DEPRATAL-a ehtiyacınızın olmadığını düşünürsə, müalicəni tamamilə dayandırmadan ən azı 2 həftə ərzində dozanızı azaltmağı xahiş edəcəkdir. 
DEPRATAL qəbul etməyi kəskin şəkildə dayandıran bəzi xəstələrdə aşağıdakı simptomlar meydana çıxır: 
• başgicəllənmə, sancma (iynəbatma) hissi və ya elektrik şokuna bənzər hisslər (xüsusən də başda), yuxu pozğunluqları (parlaq xəyallar, kabuslar, yuxuya gedə bilməmək), yorğunluq, yuxusuzluq, narahatlıq hissi və ya oyanıqlıq, həyəcan hissi, özünü xəstə hiss etmək ( ürəkbulanma) və ya xəstə olmaq (qusma), titrəmə (tremor), baş ağrısı, əzələ ağrısı, qıcıqlanma, ishal, həddindən artıq tərləmə və ya vertiqo (fırlanma hissi). 
Bu simptomlar adətən ciddi deyil və bir neçə gün ərzində yox olur, lakin xoşagəlməz 
simptomlarınız varsa, məsləhət üçün həkiminizə müraciət etməlisiniz. 
Əgər bu dərmanın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.

 

Prepared by  T-Soft E-Commerce.