Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq və ya 60 mq duloksetin (hidroxlorid şəklində) vardır.
DEPRATAL böyüklərdə aşağıdakı halların müalicəsi üçün istifadə olunur: • depressiya • ümumiləşdirilmiş həyəcan pozğunluğu (xroniki həyəcan hissi və ya əsəbilik) • diabetik ne yropatik ağrı (tez -tez yanma hissi, zərbə vurmaq, sancma (iynəbatma) hissi, kəskin ağrı və ya ağrı və ya elektroşok kimi təsvir olunur. Təsirə məruz qalan nahiyədə hissiyat itə bilər və ya toxunma, istilik, soyuqluq və ya təzyiq kimi hisslər ağrıya səbəb ola bilər). DEPRATAL, müa licəyə başladıqdan iki həftə müddətində depressiya və ya narahatlıq keçirən insanların əksəriyyətində təsir göstərməyə başlayır, lakin özünüzü yaxşı hiss edənə qədər 2-4 həftə keçə bilər. Bu müddətdən sonra özünüzü yaxşı hiss etməyə başlamasanız, həkiminə söyləyin.
Depressiyanızın və ya narahatlığınızın geri dönməsinin qarşısını almaq üçün özünüzü daha yaxşı hiss etdiyiniz zaman həkiminiz Sizə DEPRATAL verməyə davam edə bilər. Diabetik neyropatik ağrısı olan insanların özlərini daha yaxşı hiss etməsi üçün b ir neçə həftə keçə bilər. 2 aydan sonra özünüzü yaxşı hiss etmirsinizsə, həkiminizlə danışın.
Aşağıdakı hallarda DEPRATAL-ın istifadəsi əks göstərişdir: - duloksetinə və ya bu dərmanın digər komponentlərindən hər ha nsı birinə qarşı (bax: “Tərkibi”) allergiya (yüksək həssaslıq) - qaraciyər xəstəliyi varsa - ağır böyrək xəstəliyi varsa - son 14 gün ərzində monoaminooksidazaanın inhibitoru (MAOI) kimi məlum olan başqa bir dərman qəbul edir və ya qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) - adətən depressiyanın müalicəsi üçün istifadə olunan fluvoksaminin, bəzi infeksiyaların müalicəsində istifadə olunan siprofloksasin və ya enoksasinin istifadəsi - duloksetin tərkibli digər dərmanların istifa dəsi (bax: “Digər dərm an vasitələri ilə qarşılıqlı təsiri”). Yüksək təzyiqiniz və ya ürək xəstəliyiniz varsa, həkiminizlə danışın. DEPRATAL qəbul etməyiniz lazım olduqda həkiminiz Sizə deyəcəkdir.
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. • DEP RATAL qəbul edərkən hami lə qalmısınızsa və ya hamilə qalmağa cəhd edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Siz DEPRATAL -ı yalnız həkiminizlə doğulmamış uşağınız üçün ola biləcək fayda/risk nisbətini müzakirə etdikdən sonra istifadə etməlisiniz. Mama həkiminizə və/və ya müalicə həkiminizə Sizin DEPRATAL ilə müalicə aldığınızı mütləq bildirin.
Hamiləlik dövründə qəbul edil diyi zaman oxşar dərmanlar (S SGUİ) körpələrdə yenidoğulmuşun davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəlik riskini artıra bilər. Yenidoğulmuşun davamlı ağciyər hipertenziyası körpənin daha sürətli nəfəs alması na və göyərməsinə səbəb olur. Bu simptomlar adətən körpə doğulduqdan sonra ilk 24 saat ərzində başlayır. Körpənizdə bu baş verərsə, dərhal mama həkimi ilə və/və y a həkiminizlə əlaqə saxlamalısınız.
Əgər hamiləliyinizin sonuna yaxın DEPRATAL qəbul etsəni z, körpəniz doğulanda bəzi simptomlar meydana çıxa bilər. Bunlar adətən doğuşdan və ya körpənizin doğulmasından bir neçə gün sonra başlayır. Bu simptomlara əzələlərin elastikliyi, titrəmə, əsəbilik, düzgün qidalanmama, nəfəs almaqda çətinlik və qıcolmalar aid ola bilər. Körpəniz doğulanda bu simptomlardan hər hansı biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, Sizə məsləhət verə biləcək həkiminizlə və ya mama həkimi ilə əlaqə saxlayın.
Əgər körpənizi ana südü ilə qidalanırsınızsa, bu barədə həkiminizə mə lumat verin. Laktasiya dövründə DEPRATAL-ın istifadəsi tövsiyə edilmir. Məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət etməlisiniz.
DEPRATAL Sizdə yuxululuq və ya başgicəllənmə törədə bilər. DEPRATAL -ın Sizə necə təsir etdiyini müəyyən etməyənə qədər nəqliyyat vasitələrini və dig ər potensial təhlükəli mexaniz mləri idarə etməyin.
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. DEPRATAL oral istifadə (daxilə qəbul) üçündür. Tableti bütöv halda su ilə içərək qəbul etmək lazımdır.
Depressiya və diabetik neyropatik ağrı üçün DEPRATAL-ın adi dozası gündə bir dəfə 60 mq təşkil edir, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir. Generalizəolunmuş həyəcan pozğunluğu üçün DEPRATAL-ın başlanğıc dozası gündə bir dəfə 30 mq- dır, sonra xəstələrin əksəriyyəti gündə bir dəfə 60 mq alacaq, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir. Doza, DEPRATAL-a cavabınızdan asılı olaraq, gündə 120 mq-a qədər artırıla bilər. DEPRATAL qəbul etməyi unutmam ağınıza kömək üçün onu hər gün eyni vaxtda qəbul etmək faydalı ola bilər.
DEPRATAL-ı nə qədər müddət ərzində qəbul etməli olduğunuz barədə həkiminizlə danışın. Həkiminizlə danışmadan DEPRATAL qəbul etməyi dayandırmayın və ya dozanız ı dəyişdirməyin. Sağalmağınıza kömək ütmək üçün düzgün müalicə almağınız vacibdir. Əgər müalicə olunmasanız, vəziyyətiniz düzəlməyəcək və daha da ciddiləşə və müalicəsi çətinləşə bilər.
DEPRATAL-ın qida və içkilərlə və alkoqolla istifadəsi DEPRATAL qida ilə və onsuz qəbul edilə b ilər. DEPRATAL ilə müalicə müddətində alkoqoldan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır. Əgər DEPRATAL-ı istifadə etməyi unutmusunuzsa Əgər bir dozanın qəbulunu unutmusunuzsa, xatırlayan kimi onu qəbul edin. Lakin növbəti dozanızın vaxtı gəlmişdirsə, buraxılmış dozanı atın və hər zaman olduğu kimi yalnız bir doza qəbul edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Bir gün ərzində DEPRATAL-ın Sizin üçün təyin edilmiş gündəlik dozasından artıq doza qəbul etməyin. Əgər DEPRATAL-ın istifadəsini dayandırırsınızsa Özünüzü yaxşı hiss etsəniz də həkiminizin tövsiyəsi olmadan tabletinizin qəbulunu dayandırmayın. Həkiminiz artıq DEPRATAL -a ehtiyacınızın olmadığını düşünürsə, müalicəni tamamilə dayandırmadan ən azı 2 həftə ərzində dozanızı azaltmağı xahiş edəcəkdir.
DEPRATAL qəbul etməyi kəskin şəkildə dayandıran bəzi xəstələrdə aşağıdakı simptomlar meydana çıxır: • başgicəllənmə, sancma (iynəbatma) hissi və ya elektrik şokuna bənzər hisslər (xüsusən də başda), yuxu poz ğunluqları (parlaq xəya llar, kabuslar, yuxuya gedə bilməmək), yorğunluq, yuxusuzluq, narahatlıq hissi və ya oyanıqlıq, həyəcan hissi, özü nü xəstə hiss etmək (ürəkbulanma) və ya xəstə olmaq (qusma), titrəmə (tremor), baş ağrısı, əzələ ağrısı, qıcıqlanma, ishal, həddindən artıq tərləmə və ya vertiqo (fırlanma hissi). Bu simptomlar adətən ciddi deyil və bir neçə gün ərzində yox olur, lakin xoşagəlməz simptomlarınız varsa, məsləhət üçün həkiminizə müraciət etməlisiniz. Əgər bu dərmanın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.