Sevimlilərə əlavə edin
Paylaşın

Dimeks 125 ml Srp

Məhsul Kodu : 111-03777
İstehsalçı ölkə : Bolqaristan
0 Şərh Şərh
7,48 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

DİMEKS, 9,96 mq/5 ml + 99,6 mq/5 ml şərbət

DİMEKS tərkibi

Təsiredici maddələr: 5 ml şərbətin tərkibinə 9,96 mq difenhidramin hidroxlorid, 99,6 mq ammonium xlorid vardır.

İstifadəsinə göstərişlər

Dimeks şərbət kombinəolunmuş dərman vasitəsidir və güclü öskürəkəleyhinə təsirə malikdir. Preparatdan tənəffüs yollarının iltihabı xəstəlikləri zamanı qıcıqlandırıcı və spastik öskürəyin simptomatik müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

− Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı hiperhəssaslıq; − Kəskin astmatik tutmalar; − Yüksək gözdaxili təzyiq; − Prostat vəzinin böyüməsi; − Sidikçıxarıcı yolların daralması; − Stenozlaşmış peptik xora; − Ağır böyrək və qaraciyər pozğunluqları; − Metabolik alkoloz (xloridlərin azalması zamanı baş verir) − Hamiləlik və laktasiya dövrü − 6 yaşdan aşağı uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə və ya südəmər uşağınız varsa və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Dimeks preparatı hamiləlik və laktasiya dövrü zamanı istifadə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dimeksdən istifadə yuxuyameyillilik və koordinasiya pozğunluqları əmələ gətirə bilər. Əgər Siz belə bir simptomlar hiss etmisinizsə, bu simptomlar itənə qədər nəqliyyat vasitələrdən istifadə etməyin və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət göstərməyin.

DİMEKS istifadə qaydası və dozası

Şərbət daxilə qəbul edilir. Bu dərman vasitəsini həmişə həkiminizin, əczaçınızın və ya tibb bacınızın təyinatlarına və ya bu içlik vərəqədəki qeydlərə dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr: gündə 3-4 dəfə və hər dəfə 5-10 ml; 9-14 yaşlı uşaqlar: gündə 3-4dəfə və hər dəfə 5 ml; 6-8 yaşlı uşaqlar: gündə 3-4 dəfə hər dəfə 2,5-5 ml; 6 yaşa qədər uşaqlarda istifadə olunmur!

Dimeks preparatının qəbulunu unutduqda Əgər Siz tək bir dozanı qəbul etməyi unutmusunuzsa, onu mümkün qədər tez qəbul etməyə çalışın. Əgər növbəti dozanın vaxtı demək olar ki, gəlib çatıbsa unudulmuş dozanı buraxıb, onu adi doz a kimi qəbul edin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Sizdə bu dərman preparatının qəbulu barədə hər hansı əlavə sual yaranarsa, həkiminzə və ya əczaçınıza müraciət etməyiniz xahiş olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03777

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce