Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 2,00 mq siproteron asetat, 0,035 mq etinilestradiol vardır.
• Reproduktiv yaşda olan qadınlarda androgenə həssaslıqla (seboreya ilə və ya seboreyasız) və/və ya hirsituzmlə əlaqəli orta və şiddətli sızanaqların müalicəsi. Bu preparat sızana qların müalicəsi üçün yalnız topikal terapiya və ya sistemik antibiotik müalicəsi uğursuz olduqdan sonra istifadə olunmalıdır. • Androgenləşmə simptomları olan qadınlarda kontrasepsiya.
• Tromboz (venoz və arterial) və hal -hazırda ya an amnezində tromboemboliya (o cümlədən dərin venaların trombozu, ağciyər arteriyalarının tromboemboliyası, miokard infarktı, serebrovaskulyar pozğunluqlar) olanlar; • Hal-hazırda ya anamnezində t rombozdan əvvəlki vəziyyətlər (tranzitor işemik hücum, stenokardiya) olanlar; • Venoz ya arterial tromboza qarşı irsi və yaz qazanılmı meyllilik, C aktiv zülala rezistentlik daxil olmaqla, antitrombin lll defisiti, protein C və ya protein S defisiti, hiper homosisteinemiya, fosfolipidlərə qarşı anticisimlər (kardiolipinə qarşı anticisimlər, lupus antikoaqulyant). • Anamnezində ocaqlı nevroloji simptomlarla miqren. • Diabetik angiopatiya ilə şəkərli diabet. • Venoz tromboz və ya arterial tromboz üçün çoxsaylı və ya ağır risk faktorları, o cümlədən baş beyin və koronar arteriyaların damar xəstəlikləri, nəzarət olunmayan arteri al hipertenziya, ürəyin qapaq aparatının ağırlaşmış zədələnmələri, arterial hipertenziya, qulaqcıq fibrill yasiyası, yarımkəskin bakterial endokardit, uzun müddətli immobilizasiya ilə genişləndirilmiş cərrahi müdaxilə, geniş travma, piylənmə (bədən çəkisi >30 kq/m2).
• Hal-hazırda ya anamnezində şiddətli hipertriqliseridemiya ilə pankreatit. • Qaraciyərin ağır xəstəlikləri (qaraciyərin funksional sınaqlarının göstəricilərinin normallaşmasından əvvəl və bu göstəricilərin normallaşdırılmasından sonra üç ay müddətində). • Hal-hazırda və ya anamnezində qaraciyər şişləri (xoşxassəli və bədxassəli). • Hormondan asılı bədxassəli xəstəliklər in (cinsi orqanlar və süd vəziləri daxil) mü əyyən edilməsi və ya bunlara şübhə olduqda.
• Səbəbi bilinməyən vaginal qanaxmalar. • Hamiləlik və ya ona şübhə olduqda. • Laktasiya dövrü. • 35 yaşdan yuxarı siqaret çəkən pasiyentlər.
• Laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası. • Preparatın komponentlərinə həssaslığın artması. • Başqa bir hormonal kontraseptivlə eyni vaxtda istifadə. • Meningiomalı və anamnezində meningioma olan pasiyentlər.
• Ombitasvir / paritaprevir / ritonavir və ya dasabuvir tərkibli dərman vasitələri ilə eyni vaxtda istifadə. • Ağır hipertenziya.
Divasteron hamiləlik və laktasiya dövründə əks göst ərişdir. Preparatın qəbulu zamanı hamil əlik aşkar edilərsə, dərmanın istifadəsi dərhal dayandırılmalıdır. Siproteron asetat ana südünə keçir, ona görə də divasteronun qəbulu ana südü ilə qidalanma zamanı əks göstərişdir.
Məlum deyil.
Tabletlər qutuda göstərilmiş qayda ilə, hər gün eyni vaxtda, bir qədər su ilə dax ilə qəbul edilməlidir. 21 gün davamlı olaraq (aybaşının ilk günü 1 -ci gün hesab olunur) gündə 1 tablet qəbul edin. 7 günlük fasilədən sonra növbəti qutuya keçmək olar. Effektiv kontrasepsiyanı təmin etmək və terapevtik effekt əldə etmək üçün Divasteron müntəzəm qəbul edilməlidir.
Divasteron preparatının q əbuluna başlamazdan əvvəl dig ər hormonal kontraseptiv q əbul edirsinizsə, onun q əbulunu dayandırmalısı nız. Divas teronun dozalanma rejimi bir çox dig ər oral hormonal kontraseptivlərlə eynidir. Preparatın qeyri -müntəzəm qəbulu as iklik qanaxmalara, terapevtik v ə kontraseptik effektl ərin azalmasına gətirib çıxara bilər. Əvvəlki ayda heç bir hormonal kontraseptiv qəbul etməmisinizsə, Divasteron preparatını aybaşı siklinin 1-ci günü qəbul etmək lazımdır.
Menstruasiya siklinin 2 -5-ci günlərində qəbuluna icazə verilir, lakin bu halda tabletləri ilk qutudan götürdükdən sonrakı ilk 7 gün ərzində əlavə baryer kontrasepsiya metodundan istifadə etmək tövsiyə olunur. Vaginal halqaya ya kontraseptiv bandana keçid Divasteron preparatının q əbuluna əvvəlki qutudan son hormonal tableti q əbul etdikd ən sonrakı gün başlamağa üstünlük verilir, lakin heç bir halda adi 7 günlük fasilə dən sonrakı gündən gec olmamalıdır (qutuda 21 tablet olan preparatlar üçün) ya sonuncu qeyri -aktiv tabletin qəbulundan sonr a (qutuda 28 tablet olan preparatlar üçün). Vaginal halqa ya bandın çıxarıldığı gün Divasteron preparatının qəbuluna başlamaq lazımdır. Ancaq hestagen t ərkibli kontraseptivlərdən (mini-tabletlər, inyeksion forma, implantat) və ya uşaqlıq daxili hestagen kontraseptivlərdən keçid Mini-tabletdən istənilən gün (fasiləsiz) divasterona keçmək olar, implantat ya uşaqlıqdaxili hestagen kontraseptivdən – onların çıxarıldığı gün, inyeksion forma - növbəti inyeksiyanın ediləcəyi gün divasteron preparatına keçmək olar.
Bütün hallarda tablet qəbulunun birinci 7 günü əlavə baryer kontraseptiv metoddan istifadə lazımdır. Hamiləliyin I trimestrində abortdan sonra Qadın abortdan sonra dərhal preparatı n qəbuluna başlaya bilər. Bu şərt yerinə yetirilərsə qadına əlavə kontraseptivə ehtiyac yoxdur. Hamiləliyin II trimestrində abortdan sonra Preparatın qəbuluna doğuşdan sonra ya hamiləliyin II trimestrində 21-28-ci gündən tez olmayaraq başlamaq lazımdır.
Doğuşdan sonra preparatın qəbuluna südlə əmizdirmə olmayan hallarda başlamaq lazımdır. Əgər qəbula gec başlanarsa, tabletlərin qəbulunun birinci 7 günündə əlavə baryer kontraseptiv üsulundan istifadə etmək zəruridir. Əgər qadın artıq cinsi həyat yaşamışsa, preparatın qəbulundan ə vvəl hamiləlik istisna edilməli, ya da birinci mensturasiyanı gözləmək lazımdır. Buraxılmış tabletləri qəbul etmək Əgər preparatın qəbuluna gecikmə 12 saatdan az olarsa, kontraseptiv müdafiə azalmayacaq.
Qadın tableti mümkün qədər tez qəbul etməlidir, növbəti tablet adi vaxtında qəbul edilməlidir. Əgər prep aratın qəbuluna gecikmə 12 saatdan ç ox olarsa, kontraseptiv müdafiə azala bilər. Nə qədər ç ox tablet buraxılarsa və buraxılma 7 günlük tablet qəbulu fasiləsinə nə qədər yaxındırsa, hamiləlik ehtimalı bir o qədər çoxdur. Bu vəziyyətdə, aşağıdakı iki əsas qaydanı rəhbər tuta bilərsiniz: 1) preparatın qəbulu 7 gündən artıq dayandırılmamalıdır.
2) Hipotalamo-hipofizar-yumurtalığın adekvat requlyasiyasına nail olmaq üçün tabletin 7 gün fasiləsiz qəbulu tələb olunur. Əgər tabletin qəbulunda gecikmə 12-36 saatdan çox olarsa aşağıdakı tövsiyələr verilə bilər: − preparatın qəbulunun birinci həftəsi: qadın xatırladığı anda son buraxılmış tableti mümkün qədər tez qəbul etməlidir (hətta eyni vaxtda 2 tablet qəbulu olsa belə). Növbəti tableti adi vaxtında qəbul etməlidir. Əlavə olaraq 7 gün müddətində baryer kontraseptiv üsulu (məsələn, prezervativ) istifadə olunmalıdır.
Əgər cinsi əlaqə buraxılmış tabletdən bir həftə əvvəl olmuşsa hamiləlik ehtimalı nəzərə alınmalıdır. − preparatın qəbulunun ikinci həftəsi: qadın xatırladığı anda son buraxılmış tableti mümkün qədər tez qəbul etməlidir (hətta eyni vaxtda 2 tablet qəbulu olsa belə). Növbəti tableti adi vaxtında qəbul etməlidir. Qadın ilk buraxılmış tabletdən əvvəl 7 gün ərzində tableti düzgün qəbul etmişsə, əlavə kontraseptiv tədbirlərdən istifadə etməyə ehtiyac yoxdur.
Əks halda iki və daha çox tabletin buraxılması əlavə olaraq 7 gün ərzində baryer kontrasepsiya üsullarından (məsələn, prezervativ) istifadə edilməlidir. − preparatın qəbulunun üçüncü həftəsi: tablet qəbulunda fas iləyə yaxınlaşma səbəbiylə hamiləlik riski artar, əgər ilk buraxılmış tabletdən əvvəlki 7 gün ərzində bütün tabletlər düzgün qəbul edilmişsə, əlavə kontrasepsiya üsullarından istifadə edilməsinə ehtiyac yoxdur. Aşağıdakı iki variantdan birinə ciddi şəkildə riayət etməlisiniz: 1. Qadın xatırladığı anda son buraxılmış tableti mümkün qədər tez qəbul etməlidir (hətta eyni vaxtda 2 tablet qəbulu olsa belə).
Növbəti tableti adi vaxtında qəbul etməlidir, mövcud qutudakı tabletlər bitənə qədər. Növbəti qutu dərhal ba şlanmalıdır. İkinci qutu qurtarana qədər qanaxmanın kəsilməsi ehtimalı azdır, lakin tabletin qəbulu zamanı bir az ifrazat və qanaxma ola bilər. 2.
Qadın mövcud qutudakı tabletlərin qəbulunu dayandıra bilər. Sonra buraxılmış tabletlər günü də daxil olmaqla 7 g ün fasilə verməli və yeni qutudan tablet qəbuluna başlamalıdır. Əgər qadın tablet qəbulunu bura xmışsa və fasilə zamanı qanaxmanın kəsilməsi yoxdursa, hamiləliyi istisna etmək lazımdır. Mədə-bağırsaq pozğunluğu hallarında tövsiyyə olunur: Qusma və diareya h allarında tablet qəbulundan 4 saat sonra, sorulma tam olmaya bilər, arzuolunmaz hamiləlikdən qorunmaq üçün əlavə tədbirlər görülməlidir.
Belə hallarda tableti buraxan zaman yuxarıdakı tövsiyələrə əməl etmək lazımdır. Menstruasiyayabənzər qanaxmanın başlanğıc günündə dəyişikliklər Kəsilmiş qanaxmanın başlanmasını gecikdirmək üçün, qadın mövcud qutudakı bütün tabletləri qəbul etdikdən dərhal sonra fasilə vermədən yeni qutudan tabletin qəbulunu davam etdirməlidir. Bu qutudakı tabletlər lazım olduğu qədər qəbul edilə bilər. (o vaxta qədər ki, hələ qutu qu rtarmayıb).
İkinci qutudan preparatın qəbulu fonunda qadında az ifrazat və ya uşaqlıq qanaxması ola bilər. Adi 7 günlük fasilədən sonra yeni qutudan preparatın qəbuluna davam etmək lazımdır. Mensturasiya qanaxma sının başlanğıc gününü həftənin başqa gününə keçirmək üçün tablet qəbulu fasiləsini lazım olduğu günə qədər qısaltmaq lazımdır. İnterval nə qədər qısa olarsa qanaxmanın kəsilməsinin əmələ gəlməmək riski bir o qədər yüksəkdir və gələcəkdə ikinci qutudan ta blet qəbulu zamanı az ifrazat və qanaxma olacaqdır (gecikmiş qanaxma vəziyyətində olduğu kimi).
Preparatın qəbul müddəti Divasteron preparatının qəbul müddəti kontrasepsiya və androgenizasiya simptomlarının ağırlığından asılıdır. Adətən preparat bir neçə a y qəbul edilir. Sızanaq səpgiləri və seboreyaya təsir effekti tez olur, nəinki hirsutizm və alopesiyaya. Preparatın qəbulunu hiperandrogenizasiya əlamətləri itəndən sonra 3 -4 kursdan az olmayaraq davam etdirmək lazımdır.
Preparatın qəbulunu dayandırdıqdan bir neçə həftə ya aydan sonra xəstəliyin residivləşməsi hallarında müalicə təkrarlana bilər. Preparatın qəbulunun təkrarlanması zamanı (4 və daha cox həftəlik fasilədən sonra) venoz tromboemboliya riskinin artdığını nəzərə almaq lazmdır. Preparatın xüsusi qrup pasiyentlərdə qəbulu Divasteron yeniyetmələrdə ancaq menarxedən sonra müntəzəm menstural sikl başladıqdan sonra qəbul edilə bilər. Divasteron menopauza başladıqdan sonra göstəriş deyil.
Divasteron qaraciy ər funksiyasının göst əriciləri normal olmadığı ağır qaraciy ər x əstəliklərində əks göstərişdir. Divasteron böyrək funksiyasının pozğunluqlarında öyrənilməmişdir. Mövcud məlumatlar bu xəstələrdə müalicədə bir dəyişiklik olmadığını göstərir.