Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: dutasteride 0.5 mq
DUODART dutasteridə, digər 5-alfa reduktaza inhibitorlarına, tamsulozin hidroxloridə və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslığı olan xəstələrdə əks göstərişdir .
DUODART-ın qadın və uşaqlarda istifadəsi əks göstərişdir.
DUODARTın hamiləlik, laktasiya və fertilliyə təsirini öyrənən tədqiqatlar aparılmamışdır.
Aşağıda göstərilən məlumatlar hər komponent üçün ayrılıqda verilmişdir.
Fertillik
Dutasterid
0,5 mq/sutka dozada dutasteridin spermanın xüsusiyyətlərinə təsiri 18-52 yaşlı könüllülərdə (n=27 dutasterid, n=23 plasebo), 52 həftəlik müalicə dövründə və müalicədən sonra da 24 həftəlik müşahidə dövründə tədqiq edilmişdir. 52-ci həftədə plasebo qrupunda ilkin göstəricilərə nisbətən dəyişikliklərin korreksiyasından sonra dutasterid qrupunda spermatozoidlərin ümumi sayında, spermanın həcmində və spermatozoidlərin hərəkətliliyində ilkin göstəricilərə nisbətən orta azalma faizi müvafiq olaraq 23%, 26% və 18% təşkil etmişdir. Spermanın konsentrasiyası və
morfologiyasında dəyişiklik olmamışdır. 24 həftəlik müşahidədən sonra dutasterid qrupunda spermatozoidlərin ümumi sayında azalma ilkin göstəricidən 23% az olaraq qalmışdır. Bütün müddət ərzində spermanın istənilən parametrlərinin orta göstəricilərinin normal diapazonda qalmasına və əvvəlcədən müəyyən edilmiş klinik əhəmiyyətli dəyişiklik (30%) meyarına uyğun olmamasına baxmayaraq, dutasterid qrupunda 2 nəfərdə 52 həftə ərzində spermatozoidlərin sayı ilkin göstəriciyə nisbətən 90%-dən artıq azalmışdır, sonrakı 24 həftə müşahidə ərzində qismən bərpa olunmuşdur. Dutasteridin spermanın xüsusiyyətlərinə göstərdiyi təsirin fərdi olaraq xəstənin fertillik qabiliyyəti üçün klinik əhəmiyyət kəsb edib-etməməsi məlum deyil.
Tamsulozin
Tamsulozin hidroxloridin spermatozoidlərin sayına və funksiyasına təsirləri tədqiq edilməmişdir.
Hamiləlik
DUODART qadınlarda istifadəsi əks göstərişdir.
Dutasterid
Dutasterid qadınlar üzərində öyrənilməmişdir, belə ki, klinikayaqədərki tədqiqatlar göstərmişdir ki, dutasteridin təsirinə məruz qalan qadınlarda sirkulyasiya edən dihidrotestosteronun miqdarının azalması onların daşıdığı kişi cinsli döldə xarici cinsiyyət üzvlərinin inkişafını ləngidə bilər.
Tamsulozin
Tamsulozin hidroxloridin terapevtik dozalardan yüksək dozalarda hamilə dişi siçovullarda və dovşanlarda istifadəsi dölə zərərli təsir göstərməmişdir.
Laktasiya
DUODARTın qadınlarda istifadəsi əks göstərişdir.
Dutasterid və ya tamsulozinin ana südü ilə xaric olub-olmaması məlum deyil.
Yetkin yaşlı kişilər (yaşlılar da daxil olmaqla)
DUODARTın tövsiyə olunan dozası hər gün eyni yemək qəbulundan 30 dəq. sonra peroral qəbul edilən 1 kapsuldur (0,5 mq/0,4 mq). Kapsullar çeynənilmədən və açılmadan bütöv udulmalıdır.
Sərt örtüklü kapsulun tərkibindəki dutasteridlə təmas ağız və udlağın selikli qişasının
qıcıqlanmasına səbəb ola bilər.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığının dutasterid-tamsulozin farmakokinetikasına təsiri öyrənilməmişdir. Buna baxmayaraq, böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehiyac yoxdur.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığının dutasterid-tamsulozin farmakokinetikasına təsiri öyrənilməmişdir.
İstifadə qaydası üzrə təlimat
Dutasterid dəridən sorulur, buna görə də uşaqlar və qadınlar möhtəviyyatı sızan kapsullarla təmasdan çəkinməlidirlər. Sızmış kapsullar ilə təmas baş verərsə, toxunan nahiyə dərhal sabun və su ilə yuyulmalıdır.