Sevimlilərə əlavə edin
Paylaşın

Ecofucin 100 Mq Vaginal Şam

Məhsul Kodu : 111-28123
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
13,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

Ekofusin, vaginal suppozitoriyalar

Ekofusin tərkibi

Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 100 mq natamisin vardır.

Əks göstərişlər 

Preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Ekofusin vaginal suppozitoriyaların hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

İstifadə qaydası və dozası  

Vaginitlərdə, vulvitlərdə, vulvovaginitlərdə 3-6 gün müddətində 1 vaginal suppozitoriya hər gecə yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilir. Xəstəliyin simptomları itdikdən sonra müalicəni daha bir neçə gün davam etdirmək tövsiyə edilir. Müalicə kursunun müddəti fərdi olaraq müəyyən edilir.  
Vaginal suppozitoriyanın tətbiqindən əvvəl əllərinizi yuyun və qurudun. Suppozitoriyanı konturlu yuvalı qablaşmasından azad edin. Uzanıq vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın. Suppozitoriyanı uşaqlıq yoluna mümkün qədər dərinə yeridin. Yarım saat ərzində uzanıq vəziyyətdə qalmağa çalışın. İstifadədən sonra əllərinizi bir daha yuyun. Vaginal suppozitoriyaların effektivliyinin mümkün azalmasından və ya yeridilmə ilə bağlı çətinliklərindən menstruasiya dövründə istifadəsi tövsiyə edilmir. 
Candida albicans tərəfindən törədilən vaginitlərin davamlı gedişi zamanı bağırsaqda kandidoz infeksiyasının sanasiyası üçün əlavə olaraq, natamisin daxilə qəbul üçün tablet formasında (10-20 gün müddətində gündə 4 dəfə 1 tablet) təyin edilir. Cinsi tərəfdaşın cinsiyyət orqanlarının kandidoz zədələnməsinin müalicəsi üçün natamisin krem şəklində istifadə edilir.  
Pediatrik xəstələr  
14 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır. 
Xüsusi qrup xəstələrə dair əlavə məlumat 
Böyrək/qaraciyər funksiyası pozulmuş xəstələr 
Ekofusin yerli istifadə olunur. Preparatın aktiv maddəsi praktiki olaraq selikli qişa səthindən sorulmur və sistem təsir göstərmir, buna görə də, böyrək və/və ya qaraciyər funksiyası pozulmuş xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur. 
Yaşlı xəstələr 
Cavan xəstələrdə olduğu kimi eyni dozalarda istifadə edilir.  
Bakirələrdə istifadə olunmur. 
Daxilə və başqa üsullarla istifadə olunmamalıdır.

 

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28123

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce