Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq, 15 mq və ya 20 mq (7,03 mq, 14,06 mq, 21,09 mq və ya 28,12 mq olanzapin dihidroxlorid trihidrat şəklində) olanzapin vardır.
Böyüklər Olanzapinin istifadəsi şizofreniyanın müalicəsi üçün nəzərdə tutulmuşdur. Olanzapin ilkin olaraq müalicəyə cavab verən pasiyentlərdə dəstəkləyici müalicə müddətində klinik yaxşılaşmanın qorunub saxlanılması üçün effektivdir. Olanzapin maniakal epizodların (orta və ağır dərəcəli) müalicəsi üçün istifadə edilir. Maniakal epizodun olanzapin vasitəsi ilə müalicəsinə cavab verən bipolyar pozğunluq qeyd olunan pasiyentlərdə göstərilən preparatın istifadəsi residivlərin profilaktikası üçün göstərişdir.
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. - Qapalı bucaqlı qlaukoma olan pasiyentlər üçün müəyyən edilmiş risk faktoru.
Hamiləlik dövrü Hamilə qadınların iştirakı ilə adekvat və tələb olunan qaydada nəzarət olunan tədqiqatlar aparılmamışdır. Qadın pasiyentlər olanzapinlə müalicə kursu müddətində hamiləliyin baş verməsi və ya hamiləliyin planlaşdırılması barədə həkimi məlumatlandırmağın zərurəti barədə xəbərdar edilməlidirlər. Bununla belə, preparatın insanlarda istifadə təcrübəsinin kifayət qədər olmamasını nəzərə alaraq, hamiləlik dövründə olanzapin yalnız, preparatın ana üçün gözlənilən faydası və döl üçün riski qiyəmətləndirdikdən sonra təyin edilə bilər. Hamiləlik dövrünün üçüncü trimestrində antipsixotik preparatlardan (o cümlədən, Eqolanza preparatı tabletlərindən) istifadə etdikdə, dünyaya gəldikdən sonra yenidoğulmuş uşaqda ağırlığına və davametmə müddətinə görə müxtəlif dərəcəli ekstrapiramid əlavə reaksiyaların və ləğvetmə simptomlarının inkişaf etmə riski mövcuddur (tremorun, hipertoniyanın, hipotoniyanın, yuxuya meylliliyin, respirator distressin və eləcə də, qida qəbulu ilə əlaqəli əlavə reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur).
Beləliklə, həmin yenidoğulmuş uşaqlar hərtərəfli nəzarət altında saxlanılmalıdırlar. Laktasiya dövrü Körpələrini ana südü ilə qidalandıran sağlam qadınların iştirakı ilə aparılan tədqiqatda olanzapinin ana südünə nüfuz etməsi aşkar olunmuşdur. Tarazlıq vəziyyətində yenidoğulmuş uşağın ekspozisiyasının (mq/kq) orta qiyməti ana tərəfindən istifadə edilən olanzapinin dozasının 1,8 %-ni (mq/kq) təşkil etmişdir. Olanzapinlə müalicə kursu müddətində qadın pasiyentlərə uşaqlarını ana südü ilə qidalandırmamaq tövsiyə olunur.
Fertilliyi Olanzapinin fertillyə təsiri məlum deyildir.
Bu preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətini təsiri öyrənilməmişdir. Olanzapin yuxululuğa və başgicəllənməyə səbəb ola bildiyi üçün pasiyentlər mexanizmləri və nəqliyyat vasitələrini idarə edərkən ehtiyatlı olmalıdırlar.
Dozalanma rejimi Böyüklər Şizofreniya: olanzapinin tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir. Maniakal epizod: preparatın tövsiyə olunan başlanğıc dozası olanzapinlə monoterapiya zamanı gündə 1 dəfə 15 mq və kombinəolunmuş müalicə zamanı gündə 10 mq təşkil edir. Bipolyar pozğunluq residivlərinin profilaktikası: preparatın tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir. Əvvəllər maniakal epizodun müalicəsi üçün olanzapindən istifadə edən pasiyentlər residivin profilaktikası üçün preparatın eyni dozada istifadəsini davam etdirməlidirlər.
Yeni maniakal, qarışıq və ya depressiv epizod inkişaf etdiyi halda, olanzapinin istifadəsi (zərurət yarandığı halda, dozanın dəqiqləşdirilməsi ilə) davam etdirilməlidir; klinik göstərişlər mövcud olduğu halda, əlavə olaraq, əhval-ruhiyyəni stabilləşdirən preparatlar təyin edilməlidir. Şizofreniyanın və maniakal epizodun müalicəsi və eləcə də, bipolyar pozğunluq residivlərinin profilaktikası aparıldıqda, gələcəkdə preparatın sutkalıq dozasını konkret pasiyentin klinik vəziyyətinin nəzərə alnması ilə 5 mq-dan 20 mq-a qədər çərçivələrdə korreksiya etmək olar. Başlanğıc dozanın tövsiyə edilən dozalardan çox artırılması yalnız pasiyentin klinik vəziyyətinin hərtərəfli analizindən sonra aparılmalıdır və bir qayda olaraq, 24 saatdan az olmayan intervallarla həyata keçirilməlidir. Olanzapinin istifadəsini dayandırmaqdan əvvəl dozanı tədricən aşağı salmaq lazımdır.
Xüsusi pasiyent qrupları Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Preparatın təhlükəsizliyi və effektivliyi barədə heç bir məlumatın olmamasını nəzərə alaraq, uşaqlara və 18 yaşa qədər yeniyetmələrə olanzapinin təyin edilməsi tövsiyə olunmur. Yeniyetmələrin iştirakı ilə aparılan qısamüddətli tədqiqatlarda, böyüklərlə müqayisədə, bədən kütləsinin, lipid və prolaktin səviyyələrinin dəyişməsi ilə müşayiət olunan daha əhəmiyyətli dərəcədə artması aşkar edilmişdir. Yaşlı pasiyentlər Preparatın nisbətən aşağı (gündə 5 mq) başlanğıc dozasının istifadəsi bütün pasiyentlər üçün mütləq deyildir, lakin, yaşı 65 və daha yuxarı olan pasiyentlərdə klinik göstərişlər əsasında istifadə edilə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Böyrək və/və ya qaraciyər funksiyalarının pozğunluqları Böyrək və/və ya qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın daha aşağı (5 mq) başlanğıc dozasının istifadəsi tələb oluna bilər.
Orta dərəcəli qaraciyər çatışmazlığı zamanı (sirroz, çayld-Pyu təsnifatına əsasən A və B sinfi) preparat başlanğıc olaraq, 5 mq dozada istifadə edilməli və doza ehtiyatla artırılmalıdır. Pasiyentin cinsi Qadınlara və kişilərə preparat eyni başlanğıc dozalarda və eyni dozalar diapazonunda təyin edilməlidir. Tütün istifadəsi Tütün istifadəçilərinə preparat, tütündən istifadə etməyən pasiyentlərlə eyni başlanğıc dozalarda və eyni dozalar diapazonunda təyin edilməlidir. Tütünün istifadəsi olanzapinin metabolizminin sürətlənməsinə səbəb ola bilər.
Hərtərəfli klinik müşahidənin aparılması tövsiyə olunur və olanzapinin dozasının artırılması üçün zərurət meydana çıxa bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Preparatın metabolizminin ləngiməsinə səbəb ola bilən 1-dən artıq faktor mövcud olduğu halda (qadın pasiyentlər, yaşlı pasiyentlər, tütündən istifadə etməyən pasiyentlər), başlanğıc dozanın azaldılmasının zəruriliyi nəzərdən keçirilməlidir. Həmin pasiyentlərdə preparatın dozasının artırılması tələb olunduqda, dozanı ehtiyatla artırmaq lazımdır. Preparat daxilə istifadə üçün nəzərdə tutulmuşdur.
Qida preparatın sorulmasına təsir göstərmir və bu səbəbdən, olanzapini qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar.