Sevimlilərə əlavə edin
Paylaşın

Eksuro N7 Vag Tb

Məhsul Kodu : 111-17501
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
14,64 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

EKSURO, vaginal tabletlər

EKSURO tərkibi

Təsiredici maddə: 1 vaginal tabletin tərkibində 750 mq metronidazol, 200 mq mikonazol nitrat və 100 mq lidokain hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

- Candida albicans tərəfindən törədilən vaginal kandidoz; - anaerob bakteriyalar və Gardnerella vaginalis tərəfindən törədilən bakterial vaginit, Trichomonas vaginalis tərəfindən törədilən trixomanad vaginit ilə qarışıq vaginal infeksiyaların müalicəsi.

Əks göstərişlər

- Hamiləliyin I trimestri, hamiləliyin ilk 3 ayı ərzində trixomonal vaginitis olan pasiyentlər; - porfiriya; - epilepsiya; - qaraciyər funksiyalarının ağır pozğunluğu; - preparatın komponentlərinə qarşı yüksək həssaslıq; -müalicə dövründə və ya bitdikdən sonra alkoqol istifadə edən pasiyentlər; -müalicə dövründə və ya son 2 həftə ərzində disulfiram qəbul edən pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Metronidazol və lidokain B-kateqoriyaya, mikonazol isə C-kateqoriyaya aiddir. Hamiləliyin birinci trimestrində əks göstərişdir. II və III trimestrində isə ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda, həkim nəzarəti altında istifadə edilə bilər. Metronidazol ana südünə keçdiyindən, preparatla müalicə zamanı döşlə qidalandırma dayandırılmalıdır.

Döşlə qidalandırma müalicə bitdikdən 24-48 saat sonra bərpa oluna bilər. Lidokainin ana südünə keçməsi naməlumdur. Süd verən analar lidokaini ehtiyatla qəbul etməlidirlər. Qaraciyər funksiyaları pozulmuş xəstələrdə istifadəsi Ağır qaraciyər çatışmazlığı zamanı əks göstərişdir.

Qaraciyər funksiyalarının ciddi pozğunluğu zamanı metronidazolun klirensi azala bilər. Metronidazolun səviyyəsi plazmada yüksəldikdə ensefalopatiya simptomları törədə bilər, buna görə də qaraciyər ensefalopatiyası olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Qaraciyər ensefalopatiyasından əziyyət çəkən xəstələrə metronidazolun gündəlik dozasının 1/3-i təyin olunmalıdır. Qaraciyər funksiyaları zəifləmiş xəstələrdə lidokainin yarımxaricolma dövrü 2 dəfə və ya daha çox arta bilər.

Böyrək funksiyaları pozulmuş xəstələrdə istifadəsi Böyrək çatışmazlığı zamanı metronidazolun dozası azaldılmalıdır. Böyrək funksiyalarının zəifləməsi lidokainin farmakokinetikasına təsir göstərmir, lakin metabolitlərin orqanizmdə toplanmasına səbəb ola bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Eksuro nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.

EKSURO istifadə qaydası və dozası

Əgər həkim tərəfindən başqa təyinat verilməmişdirsə, 7 gün ərzində 1 vaginal tablet axşam yatmazdan əvvəl vaginaya dərinə yeridilir. Residivləşən xəstəliklər və ya digər müalicələrə rezistent vaginitlər zamanı müalicə kursunun 14 günə qədər artırılması məsləhət görülür.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-17501

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce