Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə:1ml preparatın tərkibində 50mq etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddə: inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
- Beyin qan-dövranının kəskin pozğunluqları;
- Kəllə-beyin travmaları və onların fəsadları;
- Dissirkulyator ensefalopatiya;
- Vegeto-damar distoniyası (neyrosirkulyator distoniya);
- Baş beynin ateroskleroz nəticəsində baş vermiş funksional pozğunluqları (yüngül koqnitiv pozğunluqlar);
- Nevrotik və nevrozabənzər hallarda həyəcan pozğunluqları;
- Kəskin miokard infarktı (ilk günlərdən), kompleks müalicənin tərkibində;
- Kliniki şəkildə nevrotik və vegeto-damar pozğunluqlarının üstünlüyü ilə alkoqolizm zamanı abstinensiya sindromu; - Neyroleptiklərlə törədilmiş kəskin intoksikasiya;
- Qarın boşluğunda kəskin irinli-iltihabi proseslər (kəskin nekrotik pankreatit, peritonit), kompleks müalicənin tərkibində;
- Müxtəlif dərəcəli birincili açıqbucaqlı qlaukoma, kompleks müalicənin tərkibində.
Əks göstərişlər:
- Hiperhəssaslıq.
- Kəskin qaraciyər və/ya böyrək çatışmazlığı.
- Uşaqlar və 18 yaşa qədər yeniyetmələr.
- Hamiləlik.
- Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Tək-tək hallarda, xüsusilə sulfitlərə qarşı yüksək həssaslıq olduqda bronxial astmaya meylli xəstələrdə ağır hiperhəssaslıq reaksiyaları əmələ gələ bilər. Yüksək arterial təzyiqi (˃ 180/100 mm c.s.), arterial hipertenziyanın kriz gedişi və nəzərəçarpan qeyri-sabit affektivliyi olan xəstələrdə müalicə zamanı AT-ə ciddi nəzarət tələb edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Müalicə zamanı nəqliyyat vasitəsini idarə etdikdə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyalı olmaq lazımdır.
Elfunat əzələdaxili və venadaxili(şırnaq və ya damcı üsulu ilə) istifadə edilir. İnfuziya üsulu ilə yeritmə zamanı preparat 0,9%-i natrium-xlorid məhlulunda həll olunmalıdır. Şırnaq üsulu ilə preparat 5-7 dəqiqə ərzində yavaş-yavaş yeridilir, damcı üsulu ilə - dəqiqədə 40-60 damcı sürətlə. Maksimal gündəlik doza 1200 mq-dan çox olmamalıdır. Beyin qan-dövranının kəskin pozulmalarında – ilk 10-14 gün ərzində gündə 2 dəfə 200-500mq venadaxili damcı üsulu ilə, sonra – 2 həftə ərzində gündə 2-3 dəfə 200-250mq əzələdaxili. Kəllə-beyin travmaları, və onların fəsadlarında - 10-15 gün ərzində gündə 2-4 dəfə 200-500mq venadaxili damcı üsulu ilə. Dekompensasiya fazasında dissirkulyator ensefalopatiya zamanı - 14 gün ərzində gündə1- 2 dəfə 200-500mq venadaxili damcı və ya şırnaq üsulu ilə, sonra – 2 həftə ərzində gündə 100-250mq əzələdaxili. Dissirkulyator ensefalopatiyanın kurs profilaktikası üçün - 10-14 gün ərzində gündə 2 dəfə 200- 500mq əzələdaxili. Vegeto-damar distoniyası və nevrotik və nevrozabənzər hallarda həyəcan pozğunluqları zamanı - 14 gün ərzində gündə 50-400mq əzələdaxili. Yüngül koqnitiv pozğunluqlar zamanı – 14-30 gün ərzində gündə 100-300mq əzələdaxili. Kəskin miokard infarktı zamanı kompleks müalicənin tərkibində Elfunat miokard infarktının ənənəvi müalicəsi fonunda (nitratlar, beta-adrenoblokatorlar, angiotenzinçevirici fermentin (AÇF)inhibitorları, trombolitiklər, antikoaqulyantlar və antiaqreqant vasitələr, həmçinin göstərişlər üzrə simptomatik vasitələr daxil olmaqla) 14 gün ərzində venadaxili və ya əzələdaxili yeridilir. Maksimal effekti əldə etmək üçün preparat ilk 5 gün ərzində venadaxili, sonra isə 9 sutka ərzində əzələdaxili yeridilə bilər. Preparat venadaxili damcı üsulu ilə 100-150 ml 0,9%-li natrium-xlorid və ya 5%-li dekstroza (qlükoza) məhlulunda tədricən - 30-90 dəqiqə ərzində infuziyaşəklində yeridilir.Lazım gələrsə, preparatın tədrici şırnaq üsulu ilə yeridilməsi mümkündür, lakin yeridilmə müddəti 5 dəqiqədən az olmamalıdır. Preparat gündə 3 dəfə hər 8 saatdan bir yeridilir(venadaxili və ya əzələdaxili). Gündəlik müalicəvi doza gündə 6-9mq/kq bədən çəkisinə təşkil edir, birdəfəlik doza – 2-3 mq/kq bədən çəkisinə. Maksimal gündəlik doza 800mq, birdəfəlik doza isə - 250mq-dan çox olmamalıdır. Alkoqolizm zamanı abstinensiya sindromu - 5-7 gün ərzində gündə 2 dəfə 200-500 mq venadaxili damcı üsulu ilə və ya əzələdaxili. Antipsixotik vasitələrlə törədilmiş kəskin intoksikasiya zamanı–7-14 gün ərzində gündə200- 500mq venadaxili. Qarın boşluğunda kəskin irinli-iltihabı proseslər (kəskin nekrotik pankreatit, peritonit) zamanı preparat həm əməliyyatdan öncə , həmdə əməliyyatdan sonraki dövrdə ilk sutka ərzində təyin edilir. Yeridilən dozalar xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, kliniki gedişatın növlərindən asılıdır. Preparat tədricən, yalnız davamlı müsbət kliniki-laborator effektin əldə edilməsindən sonra ləğv olunmalıdır. Kəskin ödemli (interstisial) pankreatit zamanı – gündə 3 dəfə 200-500 mq venadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda) və ya əzələdaxili. Yüngül dərəcəli ağır nekrotik pankreatit zamanı – gündə 3 dəfə 100-200 mqvenadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda) və ya əzələdaxili. Orta ağır nekrotik pankreatit zamanı – gündə 3 dəfə 200 mq venadaxili damcı üsulu ilə (0,9%-li natrium-xlorid məhlulunda). Ağır dərəcəli nekrotik pankreatit zamanı–iki dəfə yeritmə rejimi zamanı ilk sutka ərzində 800 mq dozada venadaxili damcı üsulu ilə; sonra – gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə 200-500 mq. Çox ağır dərəcəli nekrotik pankreatit zamanı başlanğıc doza pankreatogen şok əlamətlərinin davamlı dayandırılmasına qədər ilk sutka ərzində 800 mq təşkil edir, vəziyyət stabil olduqda - gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə300-500 mq venadaxili damcı üsulu ilə (0,9%- li natrium-xlorid məhlulunda). Müxtəlif dərəcəli birincili açıqbucaqlı qlaukoma zamanı kompleks müalicənin tərkibində - 14 gün ərzində gündə1- 3 dəfə100-300 mq əzələdaxili.