Sevimlilərə əlavə edin
Paylaşın

Eloksizin 25 mq N200

Məhsul Kodu : 111-27523
İstehsalçı ölkə : Hindistan
Reseptlə satılır
0 Şərh Şərh
15,60 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Eloksizin, örtüklü tabletlər

Eloksizin tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 25 mq hidroksizin hidroxlorid vardır.

Əks göstərişlər

Anamnezdə hidroksizinə  və  ya preparatın tərkibində olan hər hansı komponentə qarşı, setirizinə və piperazinin digər törəmələrinə, aminofillinə və ya etilendiaminə  qarşı yüksək  həssaslıq.          Porfiriya xəstəliyiyindən əziyyət çəkən pasiyentlər 
QT intervalının qazanılmış və ya anadangəlmə uzanması olan pasiyentlər. 
QT intervalının uzanması riski olan xəstələrdə və QT intervalının uzanmasına səbəb olan 
dərmanlarla birlikdə istifadə. 
Hamiləlik  və laktasiya dövrləri.                                                                                                       12 aylığa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövrü 
Hamilə qadınlarda hidroksizinin istifadəsi ilə bağlı etibarlı məlumatlar yoxdur. Hidroksizin plasental baryeri keçdiyi üçün, ana ilə müqayisədə döldə daha yüksək konsentrasiyada olur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi göstərmişdir. Bu səbəbdən hidroksizinin hamiləlik dövründə istifadəsi əks göstərişdir. 
Laktasiya dövrü 
Hidroksizinin əsas metaboliti olan hidroksizin hidroxlorid ana südü ilə xaric olur. Hidroksizinin ana südü ilə ifrazı ilə bağlı heç bir rəsmi tədqiqat aparılmasa da, hidroksizin qəbul edən qadınların ana südü ilə qidalanan yenidoğulmuşlarda ciddi arzuolunmaz təsirlər müşahidə edilmişdir. Buna görə də, laktasiya dövründə hidroksizin əks göstərişdir. Əgər hidroksizinlə müalicəyə ehtiyac olarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Pediatriyada istifadəsi 

Hidroksizin 12 ayadək uşaqlara istifadə edilməməlidir.

İstifadə qaydası və dozası 

Dərman daxilə qəbul edilir. Bir tablet ayırıcı zolaqla ikiyə bölünür və həkimin təyinatı üzrə uşağın 
çəkisindən asılı olaraq bir neçə dəfəyə qəbul oluna bilər. Təyin olunmuş dozanın əzilib su ilə 
qarışdırılması məsləhət görülür. 
Qaşınmanın simptomatik müalicəsi  
12 aydan 6 yaşa qədər uşaqlara: Gündəlik doza 1-2,5 mq/kq, bir neçə qəbula. 
6 yaşdan yuxarı uşaqlara: Gündəlik doza 1-2 mq/kq, bir neçə qəbula 
Böyüklərə: Başlanğıc doza 25 mq təşkil edir, zəruri hallarda doza 4 dəfə artırıla bilər (25 mq-dan gündə 4 dəfə). 
Premedikasiya 
Uşaqlara: Əməliyyatdan 1 saat əvvəl və əlavə olaraq əməliyyatdan əvvəlki gecə 1 mq/kq dozada. 
Həyacan hissinin simptomatik müalicəsi 
Böyüklərə: Gündəlik doza 25-100 mq təşkil edir. Gündəlik doza gecə və ya gün ərzində ayrı-ayrı dozalara bölməklə təyin olunur. 
Orta günlük doza 50 mq (səhər 12,5 mq, günorta 12,5 mq və gecə 25 mq) təşkil edir. Lazım olarsa, gündəlik doza 100 mq-a qədər artırıla bilər. 
Maksimal gündəlik doza 100 mq-dan çox olmamalıdır. 
Dozanın tənzimlənməsi 
Doza pasiyentin müalicəyə reaksiyasına uyğun olaraq verilmiş doza diapazonunda tənzimlənməlidir. 
Ayrı-ayrı pasiyent qrupları  
Məsləhət görülən dozalar diapazonunda aparılan müalicəyə cavabı nəzərə alaraq doza fərdi olaraq həkim tərəfindən təyin edilir. 
Yaşlı pasiyentlər 
Preparatın uzunmüddətli təsiri ilə əlaqədar yaşlı şəxslərə  müalicəni tövsiyə olunan dozanın yarısından başlamaq lazımdır. Yaşlı xəstələrin müalicəsində mümkün olan ən aşağı doza seçilməlidir. Yaşlılarda maksimal gündəlik doza 50 mq/gün təşkil edir. Nəticələr və müalicə ehtiyacı davamlı olaraq qiymətləndirilməlidir. 
Böyrək çatışmazlığı olan xəstələr 
Setirizin metaboliti ifrazının azalması səbəbi ilə əlaqədar orta və ağır böyrək çatışmazlığı olan 
pasiyentərdə doza azaldılmalıdır. 
Qaraciyər çatışmazlığı olan xəstələr 
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə gündəlik dozanın 33% azaldılması tövsiyə olunur. 

 

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27523

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce