Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq essitalopram oksalat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 102, krospovidon, natrium kroskarmelloza, susuz kolloidal silisium dioksid, natrium laurilsulfat, povidon K30, maqnezium stearat (E572). Örtük: PVA GL-05FS, PEG 3350 tozu, titan dioksid, talk.
İstifadəsinə göstərişlər:
ESPA 10 depressiyanın (böyük depressiv epizodlarda) və panik pozğunluqlar (məsələn, aqarafobiyalı (açıq yerlərdən qorxmaq) və ya onsuz)), sosial həyəcan pozğunluqlarının, generalizə olunmuş həyəcan pozğunluqlarının və obsessiv-kompulsiv pozğunluqların müalicəsi üçün istifadə olunur. Essitalopram serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SSRI–SGTSİ) adlanan antidepressantlar qrupuna aiddir. Bu dərmanlar beyində serotonin sisteminə təsir göstərərək onun səviyyəsini yüksəldir. Serotonin sisteminin pozğunluqlarında depressiyanın və onunla əlaqədar olan xəstəliklərin inkişafı mühüm faktor hesab edilir.
Əks göstərişlər:
Aşağıdakı hallarda ESPA 10 istifadə etməyin. Əgər Essitaloprama və ya ESPA 10-un digər komponentlərindən hər hansı birinə (bax: “Köməkçi maddələr”) qarşı allergiyanız varsa. Əgər Siz, selegilin (Parkinson xəstəliyinin müalicəsində istifadə olunur), moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunur) və ya linezolid (antibiotik) daxil olmaqla, MAO-nun (monoaminooksidaza) inhibitorları adlanan qrupa daxil olan digər dərman preparatları qəbul edirsinizsə. Əgər Siz, pimozid (antipsixotik) istifadə edirsinizsə. Əgər Siz, qeyri-normal ürək ritmi ilə doğulmusunuzsa və ya Sizdə belə bir hal olmuşdursa (ürəyin necə işlədiyini öyrənmək üçün aparılan EEQ-də görünən), QT intervalını uzadan preparatlarla birgə istifadəsi.
Hamiləlik və laktasiya dövründə:
istifadəsi Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin. Siz və həkiminiz bu dərmanın fayda və risk nisbətini qiymətləndirməyənə və həkiminiz bu dərmanı Sizin üçün münasib bilməyənə qədər ESPA 10 qəbul etməyin. Əgər Siz hamiləliyin son üçaylığı ərzində ESPA 10 qəbul edirsinizsə, Siz bilməlisiniz ki, yenidoğulmuş uşaqda aşağıdakı hallar yarana bilər: tənəffüslə bağlı problemlər, dərinin göyümtül rəngə çalması, qıcolmalar, bədən temperaturunun dəyişməsi, çətin qidalanma, qusma, qanda şəkərin miqdarının azalması, hipertoniya, hipotoniya, əzələlərin bərk və ya elastik olması, güclü reflekslər, tremor, əsəbilik, qıcıqlanma, əzginlik, daim ağlama, yuxululuq və çətin yuxuyagetmə. Əgər sizin yenidoğulmuş uşağınız bu simptomlardan hər hansı birinə malikdirsə, lütfən dərhal həkimlə əlaqə yaradın. Həkiminiz sizin ESPA10 istifadə etdiyinizi bilməlidir. Hamiləlik zamanı, xüsusilə hamiləliyin son üçaylığında ESPA10 kimi dərmanların istifadəsi uşaqlarda yenidoğulmuşların davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəliyin başvermə riskini yüksəldə bilər. Bu zaman uşaq tez-tez nəfəs alır və göyümtül çalar alır. Bu simptomlar adətən uşaq doğulduqdan sonra ilk 24 saat ərzində meydana çıxır. Əgər sizin uşağınızda bu hal yaranarsa, Siz dərhal həkimə müraciət etməlisiniz. Əgər hamiləlik dövründə ESPA 10 istifadə olunarsa, onunla müalicəni qəflətən dayandırmaq olmaz. Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, Siz və həkiminiz bu dərmanın fayda və risk nisbətini qiymətləndirməyənə və həkiminiz bu dərmanı Sizin üçün münasib bilməyənə qədər ESPA 10 qəbul etməyin.
Həmişə ESPA 10-nu həkiminizin dediyinə dəqiq əməl etməklə qəbul edin. Böyüklər Böyük depressiv epizodlar ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Antidepresiv təsir əldə etmək üçün, adətən, 2-4 həftə lazım olur. Simptomlar aradan qaldırıldıqdan sonra əldə olunan təsiri möhkəmləndirmək üçün müalicəni minimum 6 ay ərzində davam etdirmək lazımdır. Panik pozğunluqlar ESPA 10-un başlanğıc dozası dozanı gündə 10 mq-a qədər artırmazdan əvvəl ilk həftə üçün gündə 1 dəfə 5 mq-dır. Sonra doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Maksimum müalicə təsiri müalicə başlandıqdan sonra 3 ay ərzində əldə olunur. Müallicə bir neçə ay davam edir. Sosial həyəcan pozğunluqları ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Xəstəliyin simptomlarını yüngülləşdirmək üçün, adətən, 2-4 həftə tələb olunur. Həkiminiz Sizin dərmana reaksiyanızdan asılı olaraq dozanı gündə 5 mq-a qədər azalda və ya gündə maksimum 20 mq-a qədər artıra bilər. Sosial narahatlıq pozğunluğu xroniki gedişatı olan xəstəlikdir, buna görə də, nəticəni möhkəmləndirmək üçün müalicəni 12 həftə ərzində davam etdirmək tövsiyə olunur. Respondentlərin uzunmüddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər, residivin qarşısını almaq üçün müalicə fərdi təyin oluna bilər. Generalizəolunmuş həyəcan pozğunluqları ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. Gündə 20 mq qəbul etmiş xəstələrdə respondentlərin uzun müddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər. Mütəmadi olaraq, müalicənin və dozalamanın faydasının yenidən qiymətləndirilməsini həyata keçirmək lazımdır. Obsessiv-kompulsiv pozğunluqlar ESPA 10-un tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər. OKP xroniki xəstəlikdir, simptomların aradan qalxmasını zəmanət altına almaq üçün xəstələr kifayət qədər müddət ərzində müalicə almalıdırlar. ESPA 10-u qida ilə və ya onsuz qəbul etmək olar. Tabletləri müəyyən qədər su ilə udun. Tableti çeynəməyin, belə ki, o, acıdır. Lazım gələrsə, Siz tableti hamar səthi yuxarı vəziyyətdə tutmaqla bölə bilərsiniz. Siz tabletləri iki şəhadət barmağınızla onların hər bir ucundan şəkildə göstərildiyi kimi aşağı basmaqla bölə bilərsiniz. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələr (18 yaşa qədər) ESPA 10 adətən uşaq və yeniyetmələrdə istifadə edilməməlidir. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) ESPA 10-un tövsiyə edilən başlanğıc dozası gündə 1 dəfə 5 mq-dır. Doza həkiminiz tərəfindən gündə 10 mq-a qədər artırıla bilər. Yaşlı xəstələrdə sosial narahatlıq pozğunluğunun müalicəsi üçün essitalopramın təsirliliyi tədqiq edilməyib. Böyrəklərin funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozanın fərdi seçimi tələb olunmur. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır (CLCR (kreatinin klirensi) < 30 ml/dəq.). Qaraciyər funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə tövsiyə olunan başlanğıc gündəlik doza 5 mq təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq-a qədər artırmaq olar. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır. CYP2C19 sitoxromunun ləng metabolizatorları CYP2C19 sitoxromu ilə əlaqədar olaraq, metabolizmin aşağı sürəti ilə səciyyələnən xəstələrdə müalicənin ilk iki həftəsində tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq-a qədər artırmaq olar. Müalicə müddəti Özünüzü yaxşı hiss etməniz üçün bir neçə həftə lazım gələ bilər. Özünüzü yaxşı hiss etmək üçün müəyyən vaxt lazım gəlsə də, ESPA 10 istifadə etməyi davam etdirin. Həkiminizlə məsləhətləşmədən dərmanınızın dozasını dəyişdirməyin. Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESPA 10-un qəbulunu davam etdirin. Əgər Siz müalicəni çox tez dayandırsanız, Sizin simptomlarınız yenidən meydana çıxa bilər. Tövsiyə olunur ki, Siz özünüzü yaxşı hiss etdikdən sonra ən azı daha 6 ay müddətində müalicəni davam etdirəsiniz. Müalicəni qəfil dayandırmaqdan yayınmaq lazımdır. Essitalopram preparatı ilə müalicəni dayandıran zaman, ləğvetmə simptomunun yaranması riskindən yayınmaq məqsədi ilə, dozanı bir-iki həftə ərzində tədricən azaltmaq lazımdır. Dozanı azaltdıqdan və ya müalicəni dayandırdıqdan sonra dözülməz simptomlar əmələ gəldiyi zaman preparatın təyin edilmiş dozaları ilə müalicəni yeniləmək mümkündür. Beləliklə, müalicə həkimi dozanı azaltmağa davam edə bilər, lakin bu, kəskin şəkildə olmamalıdır.