Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq essitalopram oksalat vardır.
ESPA 20 depressiyanın (böyük depressiv epizodlarda) v ə panik pozğunluqlar (məs., aqarafobiyalı (açıq yerl ərdən qorxmaq) v ə ya onsuz)), sosial h əyəcan pozğunluqlarının, generalizəolunmuş h əyəcan pozğunluqlarının v ə obsessiv-kompulsiv pozğunluqların müalic əsi üçün istifadə olunur. Essitalopram serotoninin geriy ə tutulmasının selektiv inhibitorları (SSRI - SGTSİ) adlanan antidepressantlar qrupuna aiddir. Bu d ərmanlar beyində serotonin sisteminə təsir göstərərək onun səviyyəsini yüks əldir. Serotonin sisteminin pozğunluqlarında depressiyanın v ə onunla əlaqədar olan xəstəliklərin inkişafı mühüm faktor hesab edilir.
Aşağıdakı hallarda ESPA 20 istifadə etməyin. Əgər Sizin Essitaloprama və ya ESPA 20 -nin digər komponentlərindən hər hansı birinə (bax: “Köməkçi maddələr”) qarşı allergiyanız varsa. Əgər Siz selegilin (Parkinson xəstəliyinin müalicəsində istifadə olunur), moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunur) və ya linezolid (antibiotik) daxil olmaqla, MAO - nun (monoaminooksidaza) inhibitorları adlanan qrupa daxil olan digər dərmanlar qəbul edirsinizsə. Əgər Siz pimozid (antipsixotik) istifadə edirsinizsə.
Əgər Siz qeyri-normal ürək ritmi ilə doğulmusunuzsa və ya Sizdə belə bir hal olmuşdursa (ürəyin necə işlədiyini öyrənmək üçün aparılan EEQ-də görünən), QT intervalını uzadan preparatlarla birgə istifadəsi.
Əgər hamil əsinizsə və ya hamil ə olmağı planlaşdırırsınızsa v ə ya süd əmər uşağınız varsa, bunu həkiminizə bildirin. Siz və həkiminiz bu dərmanın fayda və risk nisbətini qiymətləndirməyənə və həkiminiz bu dərmanı sizin üçün münasib bilməyənə qədər ESPA 20 qəbul etməyin. Əgər Siz hamiləliyin son üçaylığı ərzində ESPA 20 q əbul edirsinizs ə, Siz bilməlisiniz ki, yenidoğulmuş uşaqda aşağıdakı hallar yarana bil ər: tənəffüslə bağlı problemlər, dərinin göyümtül rəngə çalması, qıcolmalar, b ədən temperaturunun d əyişməsi, ç ətin qidalanma, qusma, qanda şəkərin miqdarının azalması, hipertoniya, hipotoniya, əzələlərin bərk və ya elastik olması, güclü reflekslər, tremor, əsəbilik, qıcıqlanma, əzginlik, daim ağlama, yuxululuq v ə çətin yuxuyagetmə. Əgər Sizin yenidoğulmuş uşağınız bu simptomlardan h ər hansı birin ə malikdirsə, dərhal həkimlə əlaqə yaradın.
Həkiminiz S izin ESPA 20 istifad ə etdiyinizi bilm əlidir. Hamil əlik zamanı, xüsusil ə hamiləliyin son üçaylığında ESPA 20 kimi d ərmanların istifad əsi uşaqlarda yenidoğulmuşların davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəliyin başvermə riskini yüksəldə bilər. Bu zaman uşaq tez-tez nəfəs alır v ə göyümtül çalar alır. Bu simptomlar ad ətən uşaq doğulduqdan sonra ilk 24 saat ərzində meydana çıxır.
Əgər Sizin uşağınızda bu hal yaranarsa, Siz dərhal həkimə müraciət etməlisiniz. Əgər hamil əlik dövründ ə ESPA 20 istifad ə olunarsa, onunla müalic əni q əflətən dayandırmaq olmaz. Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, S iz v ə həkiminiz bu d ərmanın fayda v ə risk nisb ətini qiymətləndirməyənə və həkiminiz bu d ərmanı S izin üçün münasib bilm əyənə qədər ESPA 20 qəbul etməyin.
ESPA 20-nin Sizə necə təsir etdiyini bilməyənə qədər Sizə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
Həmişə ESPA 20-ni həkiminizin dediyinə dəqiq əməl etməklə qəbul edin. Böyüklər Böyük depressiv epizodlar ESPA 2 0-in tövsiyə edilən normal dozası günd ə bir d əfə 10 mq -dır. Doza h əkiminiz t ərəfindən gündə maksimum 20 mq -a q ədər artırıla bil ər. Antidepresiv təsir əldə etmək üçün, adətən, 2 -4 həftə lazım olur.
Simptomlar aradan qaldırıldıqdan sonra əldə olunan təsiri möhkəmləndirmək üçün müalicəni minimum 6 ay ərzində davam etdirmək lazımdır. Panik pozğunluqlar ESPA 20-in başlanğıc dozası dozanı gündə 10 mq-a qədər artırmazdan əvvəl ilk həftə üçün gündə 1 dəfə 5 mq-dır. Sonra doza h əkiminiz tərəfindən gündə maksimum 20 mq -a qədər artırıla bil ər. Maksimum müalicə təsiri müalicə başlandıqdan sonra 3 ay ərzində əldə olunur.
Müallicə bir neçə ay davam edir. Sosial həyəcan pozğunluqları ESPA 2 0-in tövsiy ə edilən normal dozası günd ə bir d əfə 10 mq -dır. Xəstəliyin simptomlarını yüngülləşdirmək üçün, ad ətən, 2 -4 h əftə tələb olunur. Həkiminiz Sizin d ərmana reaksiyanızdan asılı olaraq dozanı gündə 5 mq-a qədər azalda və ya gündə maksimum 20 mq-a qədər artıra bilər.
Sosial narahatlıq pozğunluğu xroniki gedişatı olan xəstəlikdir, buna görə də, nəticəni möhkəmləndirmək üçün müalicəni 12 həftə ərzində davam etdirmək tövsiyə olunur. Respondentlərin uzunmüddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər, residivin qarşısını almaq üçün müalicə fərdi təyin oluna bilər. Generalizəolunmuş həyəcan pozğunluqları ESPA 2 0-in tövsiyə edilən normal dozası günd ə bir d əfə 10 mq -dır. Doza h əkiminiz t ərəfindən gündə maksimum 20 mq -a q ədər artırıla bil ər.
Gündə 20 mq qəbul etmiş xəstələrdə respondentlərin uzun müddətli müalicəsini 6 ay ərzində tədqiq ediblər. Mütəmadi olaraq, müalicənin və dozalamanın faydasının yenidən qiymətləndirilməsini həyata keçirmək lazımdır. Obsessiv-kompulsiv pozğunluqlar ESPA 20-in tövsiyə edilən normal dozası gündə bir dəfə 10 mq-dır. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər artırıla bilər.
OKP xroniki xəstəlikdir, simptomların aradan qalxmasını zəmanət altına almaq üçün xəstələr kifayət qədər müddət ərzində müalicə almalıdırlar. ESPA 20-i qida ilə və ya onsuz qəbul etmək olar. Tabletləri müəyyən qədər su ilə udun. Tableti çeynəməyin, belə ki, o, acıdır.
Lazım gələrsə, Siz tableti hamar səthi yuxarı vəziyyətdə tutmaqla bölə bilərsiniz. Siz tabletləri iki şəhadət barmağınızla onların hər bir ucundan şəkildə göstərildiyi kimi aşağı basmaqla bölə bilərsiniz. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələr (18 yaşa qədər) ESPA 20 adətən uşaq və yeniyetmələrdə istifadə edilməməlidir. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) ESPA 20-in tövsiyə edilən başlanğıc dozası gündə 1 dəfə 5 mq-dır.
Doza həkiminiz tərəfindən gündə 10 mq -a q ədər artırıla bil ər. Yaşlı xəstələrdə sosial narahatlıq pozğunluğunun müalicəsi üçün essitalopramın təsirliliyi tədqiq edilməyib. Böyrəklərin funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə dozanın fərdi seçimi tələb olunmur. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır (CL CR (kreatinin klirensi) < 30 ml/dəq.).
Qaraciyər funksiyasının zəifləməsi Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə tövsiyə olunan başlanğıc gündəlik doza 5 mq təşkil edir. Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq -a qədər artırmaq olar. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır. CYP2C19 sitoxromunun ləng metabolizatorları CYP2C19 sitoxromu ilə əlaqədar olaraq, metabolizmin aşağı sürəti ilə səciyyələnən xəstələrdə müalicənin ilk iki həftəsində tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir.
Xəstənin fərdi reaksiyasından asılı olaraq, dozanı gündə 10 mq-a qədər artırmaq olar. Müalicə müddəti Özünüzü yaxşı hiss etməniz üçün bir neçə həftə lazım gələ bilər. Özünüzü yaxşı hiss etmək üçün müəyyən vaxt lazım gəlsə də, ESPA 20 istifadə etməyi davam etdirin. Həkiminizlə məsləhətləşmədən dərmanınızın dozasını dəyişdirməyin.
Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESPA 20-in qəbulunu davam etdirin. Əgər Siz müalicəni çox tez dayandırsanız, Sizin simptomlarınız yenidən meydana çıxa bilər. Tövsiyə olunur ki, Siz özünüzü yaxşı hiss etdikdən sonra ən azı daha 6 ay müddətində müalicəni davam etdirəsiniz. Müalicəni qəfil dayandırmaqdan yayınmaq lazımdır.
Essitalopram preparatı ilə müalicəni dayandıran zaman, ləğvetmə simptomunun yaranması riskindən yayınmaq məqsədi ilə, dozanı bir - iki həftə ərzində tədricən azaltmaq lazımdır. Dozanı azaltdıqdan və ya müalicəni dayandırdıqdan sonra dözülməz simptomlar əmələ gəldiyi zaman preparatın təyin edilmiş dozaları ilə müalicəni yeniləmək mümkündür. Beləliklə, müalicə həkimi dozanı azaltmağa davam edə bilər, lakin bu, kəskin şəkildə olmamalıdır.