Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ESTOLAM 10MG N28 TB

Məhsul Kodu : 111-16048
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
11,22 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ESTOLAM, 10 mq örtüklü tabletlər

ESTOLAM tərkibi

Təsiredici maddə: 1 tabletin təkibində 10 mq essitaloprama ekvivalent miqdarda essitalopram oksalat vardır.

İstifadəsinə göstərişlər

ESTOLAM-ın tərkibində essitalopram vardır və o, depressiya (böyük depressiv epizod lar) və həyəcan pozğunluqları (aqorafobiyalı və aqorafobiyasız pani k pozğunluq, sosial həyəcan pozğunluğu, generalizəolunmuş həyəcan pozğunluğu və obsessiv -kompulsiv pozğunluq kimi) zamanı göstərişdir.

Əks göstərişlər

• Essitaloprama və ya ESTOLAM-ın köməkçi maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). • S elegilin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur), mo klobemid (depressiyanın müalicəsi üçün istifadə olunur) və MAO-nun inhibitorları adlanan qrupa daxil olan linezolid (antibiotik) ilə birlikdə istifadə. • Pimozidlə (antipsixotik) birlikdə istifadə. • Əgər Siz qeyri -normal ürək ritmi ilə doğulmusunuzsa və ya anamnezinizdə qeyri -normal ürək ritmi epizodu varsa (EKQ -də görünən; ürəyin necə fəaliyyət göstərməsini qiymətləndirmək üçün müayinə metodu).

• Əgər Siz ürək ritminin problemləri ilə əlaqədar və ya ürək ritminə təsir göstərə bilən dərman vasitəsi qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu barədə həkimi məlumatlandırın. Əgər Siz hamiləsinizsə, həkiminizlə müalicənin risk və faydası ilə bağlı müzakirə aparmadan ESTOLAM qəbul etməyin. Əgər Siz hamiləliyin son trimestrin də ESTOLAM istifadə edirsinizsə, bilməlisiniz ki, Sizin yenidoğulmuş uşağınızda aşağıdakı hallar müşahidə edilə bilər: tənəffüsün çətinləşməsi, göyümtül dəri, qıcolmalar, bədən temperaturunun dəyişməsi, qida qəbulu ilə bağlı çətinlik, qanda şəkərin səviyyəsinin aşağı düşməsi, əzələlərin bərkiməsi və ya passiv olması, hə ddindən artıq canlı reflekslər, tremor, narahatlıq, əsəbilik, letargiya, ağlağanlıq, yuxululuq və yuxuyagetmənin çətinləşməsi.

Əgər bu simptomlardan hər hansı biri Sizin uşağınızda meydana çıxarsa, dərhal həkimə müraciət edin. Əgər Siz ESTOLAM qəbul edirsinizsə, mütləq bu barədə həkiminizə məlumat verin. Hamiləlik dövründə, xüsusilə hamiləliyin son trimestrində ESTOLAM kimi dərmanların istifadə edilməsi körpələrdə yenidoğulmuşun persistəedici ağciyər hipertenziyası adlanan ciddi xəstəliyin yaranması riskini yüksəldə bilər. Bu, uşağı sürətlə nəfəs almağa məcbur edir və uşaq göyərmiş kimi görünür.

Bu simptomlar adətən uşağın doğulmasından sonra ilk 24 saat müddətində meydana çıxır. Əgər Sizin uşağınızda bu baş verərsə, dərhal həkimə müraciət edin. Əgər Siz hamiləlik dövründə ESTOLAM istifadə edirsinizsə, heç bir zaman onun istifadəsini kəskin şəkildə dayandırmayın. Əgər Siz müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Laktasiya dövrü Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, həkiminizlə müalicənin risk və fa ydası ilə bağlı müzakirə aparmadan ESTOLAM qəbul etməyin. Müalicə zamanı südvermə tövsiyə olunmur. 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsi ESTOLAM bir qayda olaraq, 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, 18 yaşa qədər pasiyentlərdə belə dərmanlardan istifadə zamanı intihara cəhd, intihar barədə fikirlər və düşmənçilik (əsasən aqressiya, müxalif mövqe və qəzəb) kimi əlavə təsirlərin başvermə riski daha yüksək olur. Buna baxmayaraq, həkim 18 yaşa qədər pasiyentlər üçün bu müalicənin daha yaxşı olduğunu hesab edərsə, ESTOLAM təyin edə bilər. Əgər həkim 18 yaşa qədər pasiyentə ESTOLAM təyin etmişdirsə və Siz bunu müzakirə etmək istəyirsinizsə, bu barədə həkimə məlumat verin. Əgər Siz 18 yaşdan aşağı yaşdasınızsa və ESTOLAM qəbul edərkən yuxarıda sadalanan simtomlardan hər hansı biri inkişaf edərsə və ya pisləşərsə, bu barədə həkiminizə məlumat verin.

Bundan başqa, boyatma ilə, yetişkənliklə və davranışla bağlı inkişafla əlaqədar essitalopramın bu yaş qrupunda uzun vədəli təhlükəsizlik effektləri bu vaxta qədər nümayiş etdirilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ESTOLAM-ın Sizə necə təsir etdiyini bilməyənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmək tövsiyə olunmur.

ESTOLAM istifadə qaydası və dozası

Həmişə ESTOLAM-ı həkiminizin tövsiyələlərinə dəqiq əməl e tməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Tabletləri bir stəkan su ilə udaraq qəbul etmək lazımdır.

Onu çeynəməyin, dadı acıdı r. Əgər lazım gələrsə, tableti b ölmə xətti yuxarı olmaqla düz səth üzərinə qoyub, şəhadət barmaqları ilə kənarlarından basmaqla iki bərabər hissəyə bölmək olar. Böyüklərdə depressiya ESTOLAM-ın tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər.

Panik pozğunluq ESTOLAM-ın başlanğıc dozası birinci həftə ərzində dozanın gündə 10 mq -a qədər yüksəldilməsinə qədər bir gündəlik doza şəklində 5 mq təşkil edir. Doza həkimin iz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Sosial həyəcan pozğunluğu ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir. Sizin dərmana cavab reaksiyanızdan asılı olaraq, həkiminiz dozanı ya gündə 5 mq -a qədər azalda, ya da 20 mq/gün-ə qədər artıra bilər.

Generalizəolunmuş həyəcan pozğunluğu ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Obsessiv-kompulsiv pozğunluq ESTOLAM-ın tövsiyə olunan dozası g ündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər.

Müxtəlif yaş qrupları Uşaqlar və yeniyetmələr (18 yaşdan aşağı) ESTOLAM uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Əlavə məlumat üçün “Əks göstərişlər” bölməsinə baxın. Yaşlı pasientlər (65 yaşdan yuxarı) ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəb ul edilməklə 5 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə 10 mq-a qədər yüksəldilə bilər.

Müalicə müddəti Özünüzü daha yaxşı hiss etməyiniz üçün bir neçə həftə vaxt lazım gələ bilər. Vəziyyətinizdə hər hansı bir yaxşılaşma hiss etməyiniz üçün müəyyən vaxt lazım gəlsə də ESTOLAM istifadə etməyə davam edin. Həkiminizlə danışmadan dərmanınızın dozasını dəyişdirməyin. Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESTOLAM-ın qəbulunu davam etdirin.

Əgər müalicəni lazım olduğundan əvvəl dayandırsanız, xəstəliyin əlamətləri təkrarlana bilər. Özünüzü yenidən yaxşı hiss etdikdən sonra müalicəni ən azı 6 ay davam etdirməyiniz tövsiyə olunur. ESTOLAM-ın qida və içkilərlə birlikdə istifadəsi ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər (bax: “İstifadə qaydası və dozası”). ESTOLAM-ın alkoqolla qarşılıqlı təsiri gözlənilmir.

Lakin, bir çox dərmanlar kimi, ESTOLAM-ın alkoqolla birlikdə qəbul edilməsi tövsiyə olunmur. ESTOLAM-ın təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürs ünüzsə, zəhmət olmasa, bu barədə həkiminizə və ya əczacınıza məlumat verin. ESTOLAM-ın qəbulu unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz dozanın qəbulunu unutmusunuzsa və onu yatmazdan qabaq xatırlamısınızsa, onu dərhal qəbul edin.

Növbəti gün preparatın qəbulunu adi qaydasında qəbul edin. Əg ər Siz unutduğunuz dozanı gecə və ya növbəti gün xatırlamısınızsa, unudulmuş dozanı buraxıb preparatın qəbulunu adi qaydada davam etdirin. ESTOLAM-la müalicəni dayandırmazdan əvvəl Həkiminizin tövsiyəsi olmadan, ESTOLAM-ın qəbulunu dayandırmayın. Əgər Siz müalicə kursunu bitirmisinizsə, ESTOLAM-ın dozasını bir neçə həftə ərzində tədricən azaltmaq tövsiyə olunur.

Əgər ESTOLAM-ın qəbulunu qəfil dayandırsanız, Siz ləğvetmə simptomu hiss edə bilərsiniz. Bu simptomlar adətən ESTOLAM -la müalicə kəskin şəkildə (qəfil) dayandırıldıqdan sonra meydana çıxır. ESTOLAM-dan uzun müddət və ya yüksək dozalarda istifadə etdikdə və ya dozanın sürətlə azaldılması zamanı bu risk daha yüksək olur. Əksər pasiyentlərdə simptomlar yüngül olur və iki həftə müddətində öz -özünə keçib gedir.

Lakin, bəzi pasiyentlərdə onlar daha ağır və ya daha uzunmüddətli (23 ay və daha çox) ola bilər. Əgər ESTOLAM -ın qəbulunu dayandırdıqda Sizdə ciddi ləğvetmə simptomlar baş verərsə, həkiminizə müraciət edin. Həkiminiz tabletlərinizi yenidən qəbul etməyə başlamağınızı və onların qəbulunu daha yavaş -yavaş dayandırmağı məsləhət görə bilər. Ləğvetmə simptomları aşağıdakılardır: başgicəllənmə (müvazinətin pozulması və ya disbalans), iynəsancmaya oxşar hisslər, yanma hissi və elektrik cərəyanı ilə zədələnmə hissi, o cümlədən başda (nadir hallarda), yuxunun pozulması (parlaq yuxular, gecə qorxulu yuxugörmələri, yata bilməmək), narahatlıq, baş ağrıları, ürəkbulanma, tərləmə (o cümlədən gecələr tərləmə), narahatlıq və ya oyanıqlıq, tremor, çaşqınlıq, emosiya və ya əsəbilik, diareya (duru nəcis), görmə pozğunluqları, çarpıntı və ya palpitasiya (ürəkdöyünmə hissi).

Əgər Sizin bu dərman preparatının istifadəsinə dair hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.

Prepared by  T-Soft E-Commerce.