Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq tadalafil vardır.
Böyük kişilərdə erektil disfunksiyanın müalicəsi. Erektil disfunksiyanın müalicəsi zamanı tadalafilin effektiv olması üçün seksual stimulyasiyanın olması zəruridir. Böyük kişilərdə prostat vəzinin xoşxassəli hiperplaziyasının əlamət və simptomlarının müalicəsi. Tadalafil qadınlarda istifadə üçün nəzərdə tutulmayıb.
- Preparatın istənilən komponentinə qasrşı yüksək həssaslıq; - son 90 gün ərzində miokard infarktı keçirmiş pasiyentlər; - qeyri-stabil stenokardiyası olan pasiyentlər və ya cinsi əlaqə zamanı yaranan stenokardiya; - Nyu York kardioloji Assosiasiyasının təsnifatına görə 2-ci və ya daha yuxarı sinif ürək çatışmazlığı olan pasiyentlər, son 6 ay ərzində; -nəzarət olunmayan aritmiyası, hipotoniyası (< 90/50 mm c.st.) və ya nəzarət olunmayan hipertoniyası olan pasiyentlər; - son 6 ay ərzində insult keçirmiş pasiyentlər; - orqanik nitratlar qəbul edən xəstələr; - bir gözündə görməni itirmiş xəstələr; - Quanilat sitraza stimulyatorları ilə (riosiquat) birlikdə istifadəsi (hipotenziya yarada bilər). Xüsusi göstərişlər və ehtiyay tədbirləri Tadalafillə müalicədən əvvəl Farmakoloji müalicəni nəzərdən keçirməzdən əvvəl erektil disfunksiyanın və ya prostat vəzinin xoşxassəli hiperplaziyasınındiaqnostikası üçün və potensial əsas səbəbləri təyin etmək üçün xəstəlik tarixi nəzərdən keçirilməli və fiziki müayinə aparmaq lazımdır. Ürək-damar sistemi Miokard infarktı, ürəklə bağlı qəfil ölüm, qeyri-stabil stenokardiya, mədəcik aritmiyası, insult, keçici işemik tutmalar, sinədə ağrı, ürəkdöyünmə və taxikardiya daxil olmaqla, ciddi ürək-damar xəstəlikləri barədə ya postmarketinq dövründə və ya klinik sınaqlarda məlumat verilmişdir. Bu halların qeyd edildiyi pasiyentlərin əksəriyyəti əvvəllər ürək-damar xəstəliklərinin risk faktorlarına malik olmuşdur.
Lakin, bu halların bilavasitə bu risk faktorları ilə, tadalafillə, seksual aktivliklə və ya bu və ya digər faktorların kombinasiyası ilə bağlı olub-olmamasını dəqiq müəyyən etmək mümkün deyil. Yanaşı olaraq hipotenziv dərman preparatları alan pasiyentlərdə tadalafil arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Tadalafillə gündəlik müalicənin başlanması zamanı antihipertenziv müalicənin dozasında mümkün düzəlişə dair müvafiq klinik təsəvvürləri nəzərə almaq lazımdır. Alfa-1-blokatorlar qəbul edən pasiyentlərdə eyni zamanda tadalafilin istifadəsi bəzi pasiyentlərdə simptomatik hipotenziyaya gətirib çıxara bilər.
Tadalafillə doksazozinin birlikdə istifadəsi tövsiyə olunmur. Böyrək və qaraciyər çatışmazlığı Tadalafilin yüksək ekspozisiyası (AUC) ilə, məhdud klinik təcrübə ilə və dializ vasitəsilə klirensə təsir qabiliyyətinin olmaması ilə əlaqədar olaraq, ağır böyrək çatışmazlığı olan pasiyentlərə tadalafilin gündə birdəfə birdəfəlik dozası tövsiyə olunmur. Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə C sinfi) olan pasiyentlərdə tadalafilin birdəfəlik dozada istifadəsinin təhlükəsizliyinə dair məhdud klinik məlumatlar vardır. Erektil disfunksiyanın və prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün gündə bir dəfə istifadə qaraciyər çatışmazlığı olan pasiyentlərdə qiymətləndirilməmişdir.
Əgər Tadalafil təyin edilmişdirsə, onu təyin edən həkim fayda/risk nisbətini fərdi olaraq ciddi qiymətləndirməlidir. Priapizm və cinsiyyət üzvünün anatomik deformasiyası 4 saat və daha çox davam edən ereksiya hiss edən pasiyentlərə dərhal tibbi yardımın lazım olması barədə təlimat verilməlidir. Əgər priapizm dərhal müalicə olunmazsa, bu, cinsi toxumanı zədələnməsinə bə potensiyanın itməsinə gətirib çıxara bilər. Cinsiyyət üzvünün anatomic deformasiyası (məsələn, anqulyasiya, kavernoz fibroz və ya Peyroni xəstəliyi) olan pasiyentlərdə və ya priapizmə meyillilik yarada bilən vəziyyəti olan (məsələn, oraqvarı-hüceyrə anemiyası, multiformalı myeloma və ya leykoz) pasiyentlərdə tadalafil ehtiyatla istifadə edilməlidir.
Tadalafil və erektil disfunksiya üçün digər müalicələr Tadalafilin FDE-5-in digər inhibitorlarının kombinasiyasının və ya erektil dixfunksiyanın digər müalicə metodlarının təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Pasiyentləri məlumatlandırmaq lazımdır ki, tadalafili belə kombinasiyalarda istifadə etməsinlər. Tadalafillə müalicədə eşitmə hissiyyatının qəflətən itməsi barədə məlumat daxil olmuşdur. Preparatın tərkibində laktoza monohidrat vardır, bu səbəbə görə qalaktoza qarşı iris dözümsüzlüyü, Lapp laktaza defisi və qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər tadalafildən istifadə etməməlidir.
Doza Böyük kişilərdə erektil disfunksiya Adətən, tövsiyə olunan doza nəzərdə tutulan seksual aktivliyə qədər 1o mq təşkil edir və qida ilə və ya onsuz qəbul edilir. 10 mq tadalafilin adekvat effekt vermədiyi pasiyentlərdə 20 mq-ı sınamaq olar. O, seksual aktivliyə ən azı 30 dəqiqə qalmış qəbul edilə bilər. Maksimal qəbul tezliyi gündə bir dəfədir.
Tadalafil 10 və 20 mq düşünülən seksual aktivliyə qədər istifadə üçün nəzərdə tutulmuşdur və daimi gündəlik istifadə üçün tövsiyə olunmur. Tadalafilin tez-tez istifadəsini gözləyən pasiyentlərdə (daha doğrusu, həftədə iki dəfə), gündəlik birdəfəlik qəbulla tadalafilin ən aşağı dozaları ilə ilə istifadə pasiyentin seçiminə və həkimin mülahizəsinə əsasən münasib hesab edilə bilər. Bu pasiyentlərdə tövsiyə olunan doza gündə bir dəfə, təqribən sutkanın eyni vaxtında qəbul edilməklə, 5 mq təşkil edir. Doza fərdi dözümlülük əsasında gündə 2,5 mq-a qədər azaldıla bilər.
Gündəlik rejimin sonrakı istifadəsinin məqsədyönlülüyü vaxtaşırı olaraq yenidən qiymətləndirilməlidir. İstifadə qaydası Tadalafil peroral istifadə üçün 2,5; 5; 10 və 20 mq tablet şəklində buraxılır. Hiperplaziya zamanı dozalanması Gündə 1 dəfə 5 mq dozada 1 tablet təyin edilir. 18 yaşdan aşağı yeniyetmələrdə istifadə etmək olmaz.