Sevimlilərə əlavə edin
Paylaşın

Fareston 60MG N30 Tb

Məhsul Kodu : 111-00666
İstehsalçı ölkə : Finlandiya
1 Şərh Şərh
59,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

FARESTON, tаbletlər

FARESTON tərkibi

təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 60 mq toremifenə ekvivalent miqdarda toremifen sitrat vardır.

İstifadəsinə göstərişlər

Postmenopauza dövründə süd vəzisinin hormondanasılı metastatik xərçənginin müalicəsində birinci sıra preparatı kimi. Süd vəzisinin dishormonal hiperplaziyasının profilaktikası və müalicəsi. Fareston estrogenreseptorneqativ şişli pasiyentlərə məsləhət görülmür.

Əks göstərişlər

Anamnezdə endometriumun hiperplaziyası və aydın ifadə olunmuş qaraciyər çatışmazlığı, toremifenin uzunmüddətli istifadəsinə əks göstərişlər. Toremifenə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Toremifenin istifadəsi zamanı ürəyin elektrik keçiriciliyinin dəyişməsi, məhz – QT intervalının uzanması müşahidə edilmişdir, ona görə də preparat aşağıdakı pasiyentlərə əks göstərişdir:

− QT intervalının anadangəlmə və ya qazanılmış uzanması olan;

− Elektrolit balansının pozğunluqları olan, xüsusilə korreksiya olunmamış hipokaliemiyası olan;

− Кlinik əhəmiyyətli bradikardiyası olan;

− Кlinik əhəmiyyətli ürək çatışmazlığı sol mədəciyin atım fraksiyasının azalması ilə olan;

− Anamnezdə simptomatik aritmiyaları olan. Toremifenin QT intervalını uzadan preparatlarla birlikdə istifadəsi tövsiyə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat menopauza dövründə olan pasiyent qadınlar üçün tövsiyə olunur. Fareston hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır, belə ki, bu dövrdə onun təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Adətən preparat avtonəqliyyatı idarə edərkən və ya digər mexanizmlərlə işləyərkən reaksiya sürətinə təsir göstərmir, lakin tək-tək hallarda başgicəllənmə yarana bilər. Belə hallarda avtoinəqliyyatı idarə etməkdən və ya digər mexanizmlərlə işləməkdən imtina etmək lazımdır.

FARESTON istifadə qaydası və dozası

Preparat qida qəbulundan asılı olmayaraq peroral istifadə üçün nəzərdə tutulmuşdur. Süd vəzisinin dishormonal hiperplaziyası. Tövsiyə olunan doza – gündə 20 mq. Süd vəzisinin estrogendənasılı xərçəngi. Birinci sıra hormonoterapiya üçün tövsiyə olunan doza gündə 60 mq təşkil edir Böyrək çatışmazlığı. Böyrək çatışmazlığı zamanı dozanın korreksiyası tələb olunmur. Qaraciyər çatışmazlığı. Qaraciyər çatışmazlığı zamanı toremifen ehtiyatla təyin edilməlidir. Uşaqlar Uşaqlarda preparatın istifadəsinə dair məlumat yoxdur, ona görə də preparat bu qrup pasiyentlərdə istifadə üçün göstəriş deyildir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00666

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce