Sevimlilərə əlavə edin
Paylaşın

FENIKS 250MG N10 SASE

Məhsul Kodu : 111-28514
İstehsalçı ölkə : Belarus
Reseptlə satılır
0 Şərh Şərh
18,00 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

FENİKS, 100 mq, 250 mq və ya 500 mq daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz

FENİKS tərkibi

Təsiredici maddə: 1 paketin içərisində 500,0 mq, 250,0 mq və ya 100,0 mq fenibut vardır.

İstifadəsinə göstərişlər

Preparat yüksək sinir oyanıqlığı (nevrasteniya) və yuxu pozğunluqları zamanı istifadə olunur. Uşaqlarda – kəkələmələrin, tiklərin müalicəsi üçün təyin edilir.

Əks göstərişlər

 Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;  hamiləlik və laktasiya dövrü;  kəskin böyrək çatışmazlığı;  fenilketonuriyadan əziyyət çəkən pasiyentlər (dərman preparatının tərkibində aspartam vardır);  şəkərli diabet.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mərkəzi sinir sistemində pozğunluqların (yuxuya meyillilik, başgicəllənmə) inkişaf etmə ehtimalını nəzərə alaraq, dərman preparatının istifadəsi müddətində nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

FENİKS istifadə qaydası və dozası

Paketin möhtəviyyatını yarım stəkan isti suda həll etmək və yeməkdən sonra daxilə qəbul etmək lazımdır. Hazırlanmış dərman preparatı saxlanılmamalıdır və hazırlandıqdan dərhal sonra istifadə edilməlidir. Müalicə kursunun davametmə müddəti xəstəliyin, dərman preparatına qarşı tolerantlığın və əldə olunan effektin nəzərə alınması ilə həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Yüksək sinir oyanıqlığı (nevrasteniya) və yuxu pozğunluqları zamanı – gündə 3 dəfə 300-500 mq dozada təyin edilir.

Preparatın maksimal birdəfəlik dozası – 750 mq təşkil edir. Müalicə kursunun davametmə müddəti – 2-3 həftə təşkil edir. Zərurət yarandığı halda, müalicə kursunu 4-6 həftəyə qədər uzatmaq olar. Xüsusi pasiyent qrupları Uşaqlar 3 yaşdan 8 yaşa qədər uşaqlara – gündə 2-3 dəfə 100 mq dozada, 8 yaşdan 14 yaşa qədər uşaqlara – gündə 3 dəfə 200 mq dozada təyin edilir.

14 yaşdan yuxarı uşaqlarda böyüklər üçün nəzərdə tutulan dozalar istifadə edilir. Uşaqlar üçün preparatın maksimal birdəfəlik dozaları: 3 yaşdan 8 yaşa qədər uşaqlara – 100 mq, 8 yaşdan 14 yaşa qədər uşaqlara – 200 mq. Yaşlı (65 yaşdan yuxarı) pasiyentlərdə istifadəsi 60 yaşdan yuxarı pasiyentlərdə preparatın maksimal birdəfəlik dozası – 500 mq təşkil edir. Qaraciyər və böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlər Qaraciyət funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə Feniks dərman preparatının yüksək dozalarının istifadəsi, hepatotoksik effektin meydana çıxmasına səbəb ola bilər.

Göstərilən qrupa daxil olan pasiyentlərə dərman preparatının nisbətən aşağı dozaları təyin olunmalı və bu zaman, qaraciyər funksiyalarına nəzarət edilməlidir. Kəskin böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə dərman preparatının istifadəsi əks göstərişdir. Preparatı qaraciyər və/və ya böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə uzun müddət ərzində istifadə etdikdə, qaraciyər və böyrək funksiyalarının göstəricilərinə nəzarət etmək tələb olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28514

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce