Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 kapsulda 400 mq pirasetam, 25 mq sinnarizin vardır.
• ateroskleroz v ə arterial hipertoniya zamanı xroniki v ə latent beyin qan dövranı ça tışmazlığı; beyin insultundan sonra bərpa dövrü; • posttravmatik serebrasteniya; • müxtəlif mənşəli ensefalopatiya; • yaddaş və digər koqnitiv funksiyaların pozulması və ya emosional-iradi sfera pozğunluqları ilə müşahidə olunan psixoorqanik sindrom; • labirintopatiyalar – başgicəllənmə, qulaqlarda küy, ürəkbulanma, qusma, nistaqm; • Menyer sindromu; • kinetozların profilaktikası.
Fessetam aşağıdakı hallarda istifadə üçün əks göstərişdir: • pirasetam və sinnarizinə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; • ağır böyrək çatışmazlığı; • hemorragik insult.
Hər hansı dərman vasitəsinin qəbulundan öncə müalicə həkiminizlə və ya əczaçıyla məsləhətləşin. Fessetamın hamiləlik zamanı (xüsusilə birinci trimestrdə) qəbulu məsləhət görülmür. Pirasetam ana südün ə keçir, buna gör ə də onun ana südü il ə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.
Preparatın nəqliyyat vasitələrini və digər potensial t əhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
Fessetamı həmişə həkiminiz təyin etdiyi şəkildə qəbul edin. Böyüklərə: xəstəliyin ağırlığından asılı olaraq 1-2 kapsuldan gündə 3 dəfə 1-3 ay müddətində. 5 yaşdan böyük uşaqlara: 1-2 kapsuldan gündə 1-2 dəfə Preparatı fasiləsiz, 3 aydan artıq qəbul etmək olmaz! Əgər Fessetamın t əsirinin çox z əif və ya çox güclü olması bar ədə təəssürat yaranarsa, o zaman müalicə həkimi və ya əczaçıyla məsləhətləşin.