Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq və ya 100 mq fluvoksamin maleat vardır.
− Böyük depressiv epizodlar. − Obsessiv-kompulsiv pozğunluqlar (OKP).
Fevarin® preparatının tizanidinlə və monoaminooksidaza (MAO) fermentinin inhibitorları ilə eyni zamanda qəbulu əks göstərişdir (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax). Preparatın tərkibində olan təsiredici maddəyə və ya h ər hansı digər komponent ə qarşı yüksək həssaslıq. Fevarin® tabletlərinin ramelteon preparatı ilə eyni zamanda istifadə olunması əks göstərişdir (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax). 18 yaşa qədər uşaqlar (obsessiv-kompulsiv pozğunluq istisna olmaqla (OKP)).
Aşağıdakı hallarda Fluvoksamin preparatı ilə müalicəyə yalnız müəyyən intervallardan sonra başlamaq olar: - MAO-nun dönməyən inhibitorunun qəbulu dayandırıldıqdan 2 həftə sonra; - MAU-nun dönən inhibitorunun (məsələn, moklobemid, lin ezolid) qəbulu dayandırıldıqdan bir gün sonra. Fluvoksamin preparatının qəbulunun dayandırılması və hər hansı bir MAO inhibitoru ilə müalicənin başlanması arasında vaxt intervalı bir həftədən az olmamalıdır.
Hamiləlik Epidemioloji məlumatlar onu göst ərir ki, hamil əlik dövründə, xüsusilə hamiləliyin son aylarında, serotoninin geriyə udulmasının selektiv inhibitorlarının (SGUSİ) istifad ə olunması, yenidoğulmuşlarda ağciy ərlərin davamlı hipertenziyası riskini yüks əldə bilər (YADH). Mövcud məlumatlar göstərir ki, ağciyərlərin davamlı hipertenziyası 1000 hamiləlikdən 5-də baş verir. Ümumi populyasiyada 1000 hamiləlikdən 1-2-də YADH müşahidə olunur. Qadının klinik vəziyyəti preparatın istifadəsini tələb etmədikdə, hamiləlik dövründə Fluvoksamin preparatının istifadəsi tövsiyə edilmir.
Hamiləliyin sonunda Fluvoksamind ən istifad ə etdikdən sonra yenidoğulmuşlarda l əğvetmə sindromumun tək-tək halları barədə məlumatlar var. Bəzi yenidoğulmuşlarda, hamil əliyin III -cü trimestrind ə SGUSİ-nın t əsirindən sonra qidalanma və/və ya tənəffüs pozğunluqları, qıcolmalar, bədən temperaturunun qeyri-sabitliyi, hipoqlikemiya, tremor, əzələ tonusunun pozulması, sinir -reflektor oyanıqlığın yüks əlməsi sindromu, sianoz, əsəbilik, letargiya, yuxuya meyillilik, qusma, yuxuya getmədə çətinliklər və fasiləsiz ağlama kimi, uzunmüddətli hospitalizasiya tələb edən hallar meydana çıxa bilər. Müşahidə məlumatları doğumdan əvvəlki ay ərzində SSGUI-lərə məruz qaldıqdan sonra doğuşdan sonrakı qanaxma riskinin artdığını (2 d əfədən az) göst ərir ("Xüsusi göst ərişlər", "Əlavə təsirlər" bölmələrinə baxın). Laktasiya dövrü Fluvoksamin az miqdarda ana südün ə nüfuz edir.
Bu s əbəbdən, laktasiya dövründ ə preparatdan istifadə etmək olmaz. Fertillik Heyvanlar üz ərində reproduktiv toksikliyin t ədqiqi onu göst ərir ki, Fluvoksamin erk ək v ə dişi fərdlərin reproduktiv funksiyasına t əsir göstərir. Bu m əlumatların insan üçün əhəmiyyəti məlum deyil. Pasiyentin klinik v əziyyəti preparatın istifad əsini tələb etm ədikdə, hamil əliyi planlaşdıran pasiyentlərə Fluvoksamin preparatını təyin etmək olmaz.
150 mq dozada istifad ə edildikdə Fluvoksamin, pasiyentl ərin n əqliyyat vasit ələrini v ə digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya çox az təsir edir. Sağlam könüllülərdə preparatın istifadəsi zamanı, nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə ilə əlaqəli psixomotor bacarıqlarına heç bir mənfi təsiri aşkar edilməyib. Lakin, Fluvoksaminlə müalicə müddətində yuxuya meyillilik barədə məlumatlar var. Bu səbəbdən, dərman preparatına orqanizmin fərdi cavabı dəqiq müəyyən edilməyənə qədər diqqətli olmaq tövsiyə olunur.
Depressiya Preparatın tövsiyə edilən başlanğıc dozası 50 mq və ya 100 mq-dır (1 dəfə, axşam). Dozanın effektiv səviyyəyə qədər tədricən artırılması tövsiyə olunur. Effektiv sutkalıq doza, adətən 100 mq-dır. Sutkalıq doza, pasiyentin müalicəyə reaksiyasından asılı olaraq, fərdi təyin olunur.
Sutkalıq doza 300 mq-a qədər çatdırıla bilər. 150 mq-dan yüksək sutkalıq dozaları bir neçə qəbula bölmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının təsdiq olunmuş tövsiyələrinə əsasən, antidepressantlarla müalicəni, son depressiv epizoddan sonra ən azı 6 aylıq remissiya müddətində, davam etdirmək lazımdır. Depressiyanın residivlərinin qarşısını almaq məqsədilə, Fevarin® preparatını gündə 1 dəfə 100 mq dozada qəbul etmək tövsiyə edilir.
Obsessiv-kompulsiv pozğunluqlar Böyüklərdə Tövsiyə edilən başlanğıc doza 3-4 gün müddətində sutkada 50 mq təşkil edir. Effektiv sutkalıq doza, adətən 100 mq -dan 300 mq -a qədərdir. Effektiv dozanı əldə edənə qədər preparatın dozasını tədricən artırmaq lazımdır. Böyüklər üçün maksimal sutkalıq doza 300 mq -dır.
150 mq-a qədər dozaları sutkada 1 dəfə, axşam qəbul etmək lazımdır. 150 mq -dan yüksək dozaları 2-3 qəbula bölmək tövsuyə edilir. Preparatın qəbuluna müsbət terapevtik cavab alındıqda, müalicəni fərdi seçilən sutkalıq dozanı istifadə etməklə davam etdirmək lazımdır. 10 həftədən sonra pasiyentin vəziyyəti yaxşılaşmasa, Fluvoksaminlə müalicəni nin effektivliyini yenidən nəzərdən keçirmək lazımdır.
İndiyə qədər Fluvoksamin müalicəsinin hansı müddətdə aparılacağının öyrənilməsi istiqamətində sistematik tədqiqatlar aparılmayıb, lakin obsessiv -konvulsiv pozğunluqların xroniki xarakter daşıdığını nəzərə alaraq, Fluvoksaminlə müalicəyə müsbət cavab verən pasiye ntlərə prepartın istifadəsini 10 həftədən çox müddətə uzat maq məqsədəuyğun hesab edilir. Dozanın seçilməsi, pasiyentin minimal effektiv dozada saxlanılması üçün, fərdi qaydada ehtiyatla həyata keçirilməlidir. Vaxtaşırı, Fluvoksamin preparatı ilə müalicəyə tələbatın olması, yenidən qiymətləndirilməlidir. Bəzi klinisistlər müalicəyə müsbət cavab verən pasiyentlərd ə, farmakoterapiya ilə yanaşı davranış psixoterapiyasının aparılmasını tövsiyə edirlər.
Yaşı 8-dən yuxarı uşaqlar Yaşı 8-dən yuxarı uşaqlar üçün başlanğıc doza 25 mq təşkil edir. Yaxşı olar ki, bu doza yatmaqdan əvvəl qəbul edilsin. Effektiv doza əldə olunana qədər, hər 4 -7 gündən bir, dozanı 25 mq artırmaq olar. Effektiv sutkalıq doza 50 mq-200 mq təşkil edir.
Uşaqlar üçün maksimal sutkalıq doza 200 mqdan artıq olmamalıdır. Ümumi sutkalıq doza 50 mq -dan yüksək olduqda, dozanı 2 qəbula bölmək lazımdır. Dozanı 2 hissəyə böldükdə, hissələrdən biri digərindən çox olduqda, çox dozanı yatmaqdan əvvəl qəbul etmək lazımdır. Fluvoksamin preparatının istifadəsi dayandırıldıqdan sonra “ləğvetmə” sindromu Preparatın qəbulunu birdən -birə dayandırmaq olmaz.
Fluvok samin preparatının istifadəsi dayandırıldıqda, “ləğvetmə” sindromunun riskini aşağı salmaq üçün preparatın dozasını ən azı 1 -2 həftə müddətində tədricən aşağı salmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə bax). Müalicə zamanı dozanı aşağı saldıqda və ya müalicəni dayandırdıqdan sonra dözülməz simptomlar meydana çıxarsa, əvvəllər tövsiyə olunan dozada müalicənin yenidən bərpasına nəzər yetirmək lazımdır. Gələcəkdə həkim dozanı aşağı salmağı davam edə bilər, lakin yenə də tədricən. Qaraciyər və ya böyrək çatışmazlığı Qaraciyər və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsini preparatın aşağı dozalarından başlamaq lazımdır və xəstə ciddi həkim nəzarəti altında olmalıdır.
İstifadə qaydası Fkuvoksamin tabletlərini çeynəmədən, su ilə qəbul etmək lazımdır.